Elektron siqaret bir çox xəstəliklərin yaranmasına səbəb olur Komitə sədri qadağadan DANIŞDI
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək.
Bu məsələ Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə olunan "Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Redaktor.az-a açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qeyd etdi ki, elektron siqaret insan sağlamlığı üçün çox təhlükəlidir.
Onun sözlərinə görə, elektron siqaret bir çox xəstəliklərin yaranmasına biləvasitə səbəb olur:
"Bu barədə dəfələrlə Milli Məclisdə müzakirələr aparılıb, deputat həmkarlarım öz fikirlərini bildiriblər və müəyyən nəticələr var. Ancaq bu gün elektron siqaretlərdən gənclərin və insanların istifadəsi, eləcə də istifadə edənlərin sayının artması təəssüf doğurur. Bunu nəzərə alaraq, komitə sədri, deputat Fazil Mustafa qanunvericilik təşəbbüsü ilə çıxış edib və elektron siqaretin ziyanları barədə öz fikirlərini ümumiləşdirərək qanunvericilik təşəbbüsü təqdim edib. Bu əsasda bir neçə qanuna əlavə dəyişikliklərin edilməsi məqsədəuyğun hesab olunub.
Vergi Məcəlləsində “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlara edilmiş dəyişikliklər bilavasitə elektron siqaretin istifadəsinə, onların alışına, satışına, idxalına və ixracına qadağa qoyulmasını nəzərdə tutur. Eyni zamanda elektron siqaret aksiz mallar siyahısından çıxarılır".
Millət vəkili vurğuladı ki, bu, çox vacib bir məsələdir:
"Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Aqrar siyasət komitələrində geniş müzakirə olunub. Mütəxəssislər və deputatlar öz çıxışlarında elektron siqaretin insanlara vurduğu ziyan və zərərli tərəflərindən geniş danışıb, bunun plenar iclasda müzakirə olunması tövsiyə edilib.
Bu gün bu istiqamətdə nəinki Azərbaycanda, həm də dünyanın bir çox ölkələrində tədbirlər həyata keçirilir. Artıq 46 ölkədə elektron siqaretlərin istifadəsi və satışı qadağan edilib. 83 dövlət bu istiqamətdə müəyyən tədbirlər görür. Azərbaycanda da elektron siqaretin satışının və istifadəsinin qadağan edilməsi insanların sağlamlığı üçün çox vacibdir. Çünki insanların sağlamlığı və həyatının yaxşılaşdırılması dövlətin başlıca vəzifələrindən sayılır və bu istiqamətdə həyata keçirilən hər bir tədbir sözsüz ki, təqdirəlayiqdir".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 17 Dekabr 2025 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















