Elektron Təhlükəsizlik Xidməti: “Youtube”da fişinq hücumlarının sayı artır AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 17 yanvar, AZƏRTAC
Son zamanlar “YouTube” sosial şəbəkəsində eyni məzmundan istifadə edilərək müxtəlif domenlər üzərindən həyata keçirilən fişinq hücumlarının sayı artmaqdadır.
AZƏRTAC xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
“Sözügedən hücumlarda hər bir domen reklam kampaniyası vasitəsilə hədəf auditoriyalara çatdırılır. Keçirilən saxta kampaniya çərçivəsində vətəndaşlardan keçidə daxil olaraq fərdi məlumatlarını (ad, soyad, e-poçt, telefon nömrəsi) daxil etmək tələb olunur. Daha sonra zəng vasitəsilə maliyyə vəsaitinin ələ keçirilməsi üçün bank kartı məlumatları istənilir. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, hər hansı qurum adından kampaniya tipli məlumatlarla rastlaşdıqda həmin məlumatı qurumun özündən dəqiqləşdirməyi, şübhəli keçidlər, zənglər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir”, - deyə məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 17 Yanvar 2025 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















