Ələt qəsəbəsində Vətən Müharibəsi şəhidinin xatirəsi anılıb
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də Ələt qəsəbəsində Vətən Müharibəsi şəhidi Əhmədov Cavanşir Xeyrulla oğlunun xatirəsi anılıb.
Qaradağ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, anım mərasimində rayon icra hakimiyyətinin başçısı Natiq Əliyev, Milli Məclisin deputatı Aydın Hüseynov, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin rəisi Bəxtiyar Hümbətov, Rayon İcra Hakimiyyəti aparatının vəzifəli şəxsləri və şəhid ailə üzvləri iştirak ediblər.
Əvvəlcə şəhidlər xiyaban ziyarət edilib, şəhidlərin məzarı üzərinə gül dəstələri düzülüb və dualar oxunub. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə edib, qazanılan Qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 15 Oktyabr 2026 21:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















