Elhad Nəzirinin yeni iş yeri bəlli oldu
Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan millisinin sabiq müdafiəçisi, gənc məşqçi Elhad Nəzirinin yeni iş yeri müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, o, bundan sonra Region Liqasında çalışacaq.
Nəziri bundan sonra Region Liqasında çalışacaq. O, yarışın iddialı komandalarından olan "Zəngilan"ı çalışdıracaq.
Xatırladaq ki, Elhad Nəzirinin son olaraq "Səbail"də çalışıb. O, Elvin Məmmədovun köməkçilərindən olub. Paytaxt klubunda baş məşqçi dəyişikliyi reallaşdıqdan sonra o da, postundan ayrılmaq məcburiyyətində qalıb.
"Zəngilan" Region Liqasının paytaxt zonasında yarışır və 1/8 final mərhələsinə məğlubiyyətsiz adlayıb.
Mirağa
Baxış sayı:158
Bu xəbər 14 Mart 2026 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















