Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, cinayət işi açılıb
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı təhdidlərin yer aldığı video ilə bağlı cinayət işi başlanıb.
“Armenpress”in xəbərinə görə, bu barədə Ermənistan İstintaq Komitəsindən məlumat verilib.
Məlumata görə, bir qrup şəxs tərəfindən qətlə hazırlıq, kompüter təxribatı və odlu silah-sursatın qanunsuz dövriyyəsi ilə bağlı cinayət işləri başlanıb.
Bildirilib ki, onların şəxsiyyətinin müəyyən edilməsi üçün ilkin istintaq aparılır.
Qeyd edək ki, mayın 18-də sosial şəbəkələrdə yayılan videoda əli avtomatlı silahlı şəxslər Ermənistan və qondarma “Artsax”ın bayraqları fonunda Baş nazir Nikol Paşinyana qarşı təhdid səsləndirərək, onu ölümlə hədələyiblər.
Belə ki, videoda Paşinyana xitabən “hər şeyə görə cavab verəcəksən” deyilir.
Baş nazir Nikol Paşinyan "Vətəndaş Müqaviləsi" partiyasının seçkiqabağı kampaniyası zamanı videoya cavab verib. Baş nazir onu təhdid edən şəxslərin məsuliyyətə cəlb olunacağını vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 18 May 2026 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















