Icma.az
close
up
RU
Əli Əhmədov: Heydər Əliyev xalqın tarixini yaradan və yaşadan dahi liderdir

Əli Əhmədov: Heydər Əliyev xalqın tarixini yaradan və yaşadan dahi liderdir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 8 may, AZƏRTAC

Xalqa verilən ən böyük nemət onun sabitliyi, rifahı və gələcəyinə olan inamıdır. Əgər bu neməti bir lider xalqa təqdim edə bilirsə, o zaman sözün əsl mənasında milli sərvətə çevrilir. Belə şəxs həm xalqın, həm də dövlətin tarixini yaradan və yaşadan lider kimi qəbul olunur. Ulu Öndər Heydər Əliyev məhz belə bir lider idi. Onun dahi lider kimi qiymətləndirilməsinin əsas səbəbi odur ki, o, heç bir siyasətçiyə müyəssər olmayan çətin vəzifələri ən yüksək səviyyədə həyata keçirməyi bacardı. Xalqın siyasətə olan inamı sarsıldığı bir zamanda yalnız Heydər Əliyev xalqın səsinə çevrildi, xalq da onun səsinə səs verdi. Bu, əsl lider-xalq birliyinin təzahürü idi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov bu gün parlamentdə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda keçirilən xüsusi iclasda çıxışı zamanı səsləndirib.

O vurğulayıb ki, Ulu Öndər parçalanmış və ümidsiz duruma düşmüş Azərbaycan xalqını öz ətrafında birləşdirərək onu güclü və əzəmətli milli gücə çevirməyə nail oldu: “Heydər Əliyev xoş taleyə malik lider idi. Onun başladığı siyasət bu gün də yaşayır, inkişaf edir və davam etdirilir. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin siyasi xəttinə sadiqliyini əməli fəaliyyətlə sübut edir”.

Ə.Əhmədov əlavə edib ki, Heydər Əliyev sözün həqiqi mənasında həm demokrat, həm də böyük ədalət mücəssəməsi idi. “O, heç vaxt başqasına rəva görmədiyini özü etməzdi, etdiyini isə başqasına qadağan etməzdi. Bu səbəbdəndir ki, Azərbaycan xalqı öz liderinə qarşı hər zaman dərin hörmət və məhəbbət bəsləyib və bu sevgi əbədi yaşayacaq”, – deyə Milli Məclis sədrinin birinci müavini vurğulayıb.

Sonra Əli Əhmədov Ümummilli Liderin məşhur fikrini xatırladaraq bildirib: “Heydər Əliyev özü demişdi ki, nə qədər Azərbaycan var, mən də varam. Bu fikir bu gün də aktuallığını saxlayır. Çünki Heydər Əliyev var, onun irsi yaşayır, inkişaf edir və Azərbaycan xalqı bu siyasi irsə sadiqliyini hər gün əməlləri ilə sübut edir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri