Icma.az
close
up
RU
Əli Əhmədov: Vaşinqton razılaşması Azərbaycanın diplomatik qələbəsidir

Əli Əhmədov: Vaşinqton razılaşması Azərbaycanın diplomatik qələbəsidir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 9 sentyabr, AZƏRTAC

Azərbaycanın xarici siyasəti və Prezident İlham Əliyevin liderliyi yalnız ölkənin daxilində yeni reallıqlar yaratmaqla kifayətlənmir, eyni zamanda, regionun tarixini yenidən formalaşdırmaq kimi mühüm bir missiyanı öz üzərinə götürür. Vaşinqtonda aparılan danışıqlar və əldə olunan razılaşma təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyətə malikdir və yeni mərhələnin başlanğıcını qoyur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov parlamentin növbədənkənar sessiyası çərçivəsində “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda keçirilən bugünkü xüsusi iclasda çıxışı zamanı səsləndirib.

O, Azərbaycan diplomatiyasının əldə etdiyi uğurları yüksək qiymətləndirib: “Azərbaycan iqtisadiyyatının dayanıqlığı, ordusunun gücü və dövlət idarəetməsində qazanılan uğurlar ölkəmizin nüfuzunu qlobal miqyasda artırıb. 2020-ci ildə əldə olunmuş Qələbə və ölkənin ərazi bütövlüyünün bərpası Azərbaycanın hərbi qüdrətinin və siyasi iradəsinin bariz nümunəsidir”.

Ə.Əhmədov vurğulayıb ki, diplomatik sahədə əldə edilən uğurların əsasında şəxsiyyət və liderlik amili dayanır: “Azərbaycanın diplomatik qələbəsinin simvolu Prezident İlham Əliyevdir. Bu, onun nüfuzunun və liderliyinin təntənəsidir. Vaşinqton danışıqlarından sonra dünya liderlərinin Prezident İlham Əliyevi təbrik etməsi bunun əhəmiyyətini bir daha sübut edir”.

Sədr müavini Vaşinqton razılaşmasının praktik əhəmiyyət daşıdığını, Azərbaycan-ABŞ tərəfdaşlığının möhkəmləndiyini və beynəlxalq iqtisadi əlaqələrin yeni mərhələyə keçdiyini bildirib. O, Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən Zəngəzur dəhlizi layihəsinin regional əməkdaşlıq üçün böyük imkanlar açdığını diqqətə çatdırıb və əlavə edib ki, bu layihəyə mane olmağa çalışan qüvvələr artıq bu niyyətlərindən geri çəkilməyə məhkum olacaqlar. O, Zəngəzur dəhlizinin reallaşmasının təkcə Azərbaycan üçün deyil, region ölkələri üçün də yeni və parlaq bir səhifə olacağını vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri