Əli İbrahim Olimpiakos a niyə gedib?
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
"Qarabağ" Akadamiyasının futbolçusu Əli İbrahim "Olimpiakos" klubunda təcrübə keçmək üçün Yunanıstana yollanıb.
"AzPolitika" xəbər verir ki, bu barədə "Report"a açıqlamasında Ağdam təmsilçisinin Futbol Akademiyasının meneceri Nail Kərimov bildirib.
O, Azərbaycanın U-20 millisinin üzvünün hazırda Afinada olduğunu söyləyib:
"Əli İbrahim şəxsi təşəbbüsü, bizim klubun da icazəsi ilə 1 həftəlik "Olimpiakos"un düşərgəsinə yollanıb".
N.Kərimov hücumçunun sözügedən kluba mümkün transferinə də toxunub:
"Hazırda belə söhbət və ya müzakirə yoxdur. Futbolçumuz təcrübə keçmək üçün Yunanıstan təmsilçisinin düşərgəsindədir. Gələcəkdə əlavə nəsə olsa, danışa bilərik".
Baxış sayı:84
Bu xəbər 08 Oktyabr 2026 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















