Icma.az
close
up
RU
Əli Kərimin oğlunun hökmü 12 il sonra dəyişdi Müsadirə edilən pullar qaytarıldı

Əli Kərimin oğlunun hökmü 12 il sonra dəyişdi Müsadirə edilən pullar qaytarıldı

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Korrupsiya cinayətlərində təqsirli bilinərək şərti məhkum edilmiş Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin sabiq müdir müavini Orxan Kərimovun hökmü 12 il sonra dəyişdirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, cəzalandıqdan 2 il sonra vəfat edən O. Kərimovun hökmündə qanun pozuntuları üzə çıxıb.

Sözügedən pozuntular hökmün xüsusi müsadirə hissəsinə aiddir. 

Belə ki, Orxan Kərimova 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda rüşvət alma cinayətlərində təqsirli bilinib. O. Kərimov həmin vaxt şərti məhkum edilməklə azadlıqda qala bilib. 

Bəhs edilən hökmə əsasən, təqsirləndirilən şəxsin faktiki yaşadığı evdən (qayınanasının adına rəsmiləşdirilmiş-red) götürülmüş 97 min 100 avro və 67 min 500 manat məbləğində pullar dövlət nəfinə müsadirə edilib. 

Orxan Kərimov hələ məhkəmə istintaqı vaxtı ifadəsində demişdi ki, evdən götürülən pullar qayınanası və qayınatasına məxsusdur. Onlar eyni evdə, fərqli mənzillərdə yaşayırlar. 

Məhkum Kərimovun vəfatından sonra qayınanası Fədayə Qayıbova müsadirə edilən pullar üçün məhkəmə çəkişmələri başladıb. Ən sonda Avropa İnsan Hüquqları Məhkəməsi onun şikayətini əsaslı hesab edib.

Amma o, mübarizəsinin yekununu görə bilməyib. Belə ki, Fədayə Qayıbova Avropa Məhkəməsinin xeyrinə çıxardığı qərardan sonra vəfat edib. 

Azərbaycandakı sonrakı məhkəmələrdə onu nümayəndəsi təmsil edib.

Bundan sona Azərbaycan Ali Məhkəməsində işə yenidən baxılıb, aşağı instansiyanın əvvəlki qərarındakı xüsusi müsadirə hissəsi ləğv edilib. 

Bu məsələnin araşdırılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Zamin İbrahimovun sədrlik etdiyi hakimlər dəlil və sübutları yenidən tədqiq edib, tərəflərin çıxışlarını dinləyiblər.

Prokuror yenə hökmün dəyişdirilmədən qüvvədə saxlanılmasını istəyib.

Amma müdafiə tərəfi ortaya işin seyrini dəyişdirə biləcək sübutlar qoyub. Beləliklə, Orxan Kərimovun cinayətinə görə müsadirə edilən pulların onun özünə aid olmadığı təsdiq edilib. 

Qeyd edilib ki, məhkumun yaxınlarının evində axtarış aparılması qanunsuz olub, müstəntiqin həmin qərarı əsaslandırılmayıb. 

Nəhayət məhkəmə bu işlə bağlı yekun qərarını açıqlayıb. 

Qərara əsasən, hökmdən “Baş Prokurorluğun depozit hesabına keçirilmiş 97 min 100 avro və 67 min 500 manat pul müsadirə edilsin” hissəsi xaric edilib. 

Həmin pullar Fədayə Qayıbovanın vərəsəsi olan Orxan Kərimovun həyat yoldaşı Nigar Kərimovaya qaytarılıb. 

Qeyd edək ki, Orxan Kərimov cinayətinə görə bir müddət həbsdə olub. O, xəstəliyi ilə bağlı azadlığa buraxılıb. 2015-ci ildə 47 yaşında vəfat edib.

Xatırladaq ki, Orxan Kərimov şair-tərcüməçi Əli Kərimin oğludur.

Sail Ağasəlim

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Yanvar 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri