Icma.az
close
up
RU
Əli Kərimli dağıdıcı müxalifətin başıbəlalı simasına çevrilib

Əli Kərimli dağıdıcı müxalifətin başıbəlalı simasına çevrilib

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Uzun illər siyasətdə olmalarına baxmayaraq dağıdıcı müxalifətin üzdə olan simaları cüzi belə siyasi uğur əldə edə bilməyiblər. Səbəbi də dağıdıcı müxalif ünsürlər səhv, yanlış siyasət aparmalarıdır. Yəni xaricdən verilən tapşırıqları analiz etmədən, nəyin pis, nəyin yaxşı olacağını hesablamadan tezisləri yaymaları, anlaqsız ifadələrlə çıxış etmələridir. Dəfələrlə Müsavat, AXCP, Milli Şura rəhbərliyi cəfəng iddialar, ittihamlarla çıxışlar ediblər. Ortaya dəlil və sübutlar qoyulanda məlum olub ki, Ə.Kərimli, Cəmil Həsənli, Arif Hacılı və digərləri bilərəkdən və ya bilməyərəkdən ciddi səhvlərə yol veriblər. Lakin bu halda belə müxalif ünsürlər yol verdikləri kobud səhvlərinə görə, üzrxahlıq etməyiblər, yanlış statuslarını sosial şəbəkələrdən silməyə maraq göstərmirlər. Əksinə, bir növ at kimi üzə durub demək istəyirlər ki, onlar mövqelərində haqlıdırlar.

Zaman sübut etdi ki, Əli Kərimli siyasətdə təsadüfi şəxsdir

Əli Kərimli, Cəmil Həsənli və digərləri 44 günlük Vətən müharibəsinə qədər “ torpaqlarımızın azadlığı mümkün olmayacaq” deyirdilər. Hətta aralarında elələri vardı ki, “bir kənd işğaldan azad edilsə, qulağımı kəsəcəm” deyirdi. Ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu. Xankəndi şəhərində, bayrağımız ucaldıldı, hərbi parad keçirildi. Lakin boşboğazlıq edənlər nə qulaqlarını kəsdilər, nə də ki, sayıqlamalarına görə xalqdan üzr istədilər. Əksinə, utanıb-çəkinmədən nala-mıxa vuran fikirlərini davam etdirdilər. Laçında kömrük postu və sərhəd keçid məntəqəsi qurulan zaman başladılar “Qələbə yarımçıqdır” - deyə mənasız və cəfəng fikirlər səsləndirməyə. Utanmaz məxluqlar bu istiqamətdə bir xeyli vay-şivən qopartdılar. Lakin bu anormal fəaliyyət də uzun çəkmədi. Onlara daha bir sərt şillə 23 saat 44 dəqiqə çəkən antiterror əməliyyatları ilə bölgədəki bütün terrorçu hərbi birləşmələrin məhv edilib, əksər separatçı başların həbs edilərək istintaqa təhvil verilməsi ilə oldu. Oktyabrın 15-də isə Yenilməz Sərkərdə, Ali Baş Komandan, Prezidentimiz İlham Əliyev Xankəndi şəhərində xalqa müjdəli müraciət etdi və əzəmətli binanın qarşısında Azərbaycanın üçrəngli bayrağını ucaltdı. Bu qürurverici anları dünyanın əksər televiziyaları yayımladı, mətbuatları işıqlandırdı, dostlar millətimizə təbrik məktubları ünvanladılar. Yenə də Ə.Kərimli, C.Həsənli, A.Hacılı öz məkrli niyyətlərindən və qərəzli açıqlamalarından əl çəkmədilər. 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində Xankəndi şəhərində səsvermədə iştirak edən Yenilməz Sərkərdə, Ali Baş Koman İlham Əliyev və ailəsi bununla bir daha bütün bəşəriyyəti Xankəndinin, Ağdərənin, Xocavəndin, Şuşanın, Ağdərənin, Əskəranın, Xocalının və digər ərazilərin əbədi olaraq Azərbaycan dövlətinin ayrılmaz hissəsi olduğunu nümayiş etdirdi. Gözləmək olardı ki, özündə cəsarət tapan Ə.Kərimli və digərləri nəhayət, səhvlərini etiraf edəcək və düz yolun yolçusu olmadıqlarını cəmiyyətə nümayiş etdirəcəklər. Hətta düşünmək olardı ki, bundan sonra Ə.Kərimli “siyasətin onluq olmadığını” bəyan edib, AXCP sədrliyini tərk edəcək. Bu da baş vermədi.

Cəmil Həsənli Əli Kərimlinin sözçüsü rolunda çıxış edir

Bu gün də siyasətdə olduğunu iddia edən Ə.Kərimli ardıcıl olaraq yanlış fikirlər söyləyir, qeyri-ciddi davranışlar göstərir. Deputat Razi Nurullayev parlamentdə çıxışı zamanı bildirib ki, müxalifət olmaq olar, amma birinci dövlətçi olmaq lazımdır: “Barmağınızı qatlayın görək İsraildən başqa hansı ölkə cinayətkarları, xüsusən də cibində milyardlarla dollar daşıyan və dünyada söz sahibi olan birini tutub başına torba keçirsin? Ruben Vardanyan kimi bir avantüristi və terroru dəstəkləyən cinayətkarı tutub damlamaq bilirsiniz nə deməkdir? O, İlon Maskın Mars planetini fəth etmək planından daha üstündür. Bu, ağılların kəsmədiyi bir qəhramanlıqdır. Nə qədər gec deyil, birlik olun, düşmən dəyirmanına su tökməyin, xalqla, dövlətlə bir olun ki, gələcək nəsillər siyasi tarix kitablarını oxuyanda sizi nifrətlə anmasın! Sonda təklif edirəm ki, Prezident İlham Əliyev üçün bir orden, ad düşünək. O, təvazökardır deyə bir çox səsləndirilən təklifləri qəbul etməyəcək. Bu sahədə təkliflərim çoxdur və onu parlament rəhbərliyi ilə bölüşə bilərəm. Yaxşı olar ki, təkliflər də parlament rəhbərliyi tərəfindən səsləndirilsin və məmnuniyyətlə dəstəkləyəcəm”. Azad və demokratik şəkildə keçirilən prezident seçkilərindən sonra dağıdıcı müxalifət və onların tör-töküntüləri məkrdən ibarət olan pozucu əməllərini daha geniş şəkildə inkişaf etdirirlər. Demək olar ki, bütün cəbhəçilər trol qismində oturublar sosial şəbəkələrdə, ancaq şər yazır, böhtanlar səsləndirirlər. Yenə də Ə.Kərimli əsas rolda çıxış edir. Yazdığı statusları fərqlidir. Bir saat əvvəl Qərbin müdafiəçisi rolunda çıxış edib, AŞPA-nın Azərbaycan haqqında qəbul etdiyi qərəzli qətnaməyə haqq qazandırıb, özünün qara rəngdən ibarət fikirlərini ifadə edirsə, sonrakı saatlarda hökumətin ünvanına əsassız ittihamlar tirajlayır.

Proseslərə əsasən demək olar ki, Əli Kərimli 44 günlük Vətən müharibəsi başlayandan bu günə qədər ictimai siyasi həyatda baş verən hadisələrə özünün dayaz düşüncəsi, ağılsız yanaşmaları ilə münasibət bildirib. Əksər münasibətləri elə Qərbin qaranlıq dairələrinin və Ermənistandakı revanşistlərin mövqelərindən fərqlənməyib. Bu da onun ermənipərəst dairələrin sifarişləri və göstərişləri əsasında Ermənistandakı revanşistlər kimi düşünüb, fikirlər söylədiyini təsdiqləyir. Ancaq anlamır ki, artıq Azərbaycan 1990-1993-cü illərdəki zəif dövlət deyil. Bu gün güclü və qüdrətli Azərbaycan dövləti var. Hansı ki, bu dövlətlə dünyanın hər bir dövləti hesablaşır və ölkəmizin dəstəyi olmadan regionda heç bir beynəlxalq layihə reallaşa bilməz. Ona görə də, ermənipərəst dairələr, o cümlədən Koçaryan, Sarkisyan, Ohanyan, eyni zamanda Ə.Kərimli, Cəmil Həsənli anlamalıdırlar ki, Azərbaycan dövləti və xalqı istənilən təxribatın, pozucu hadisənin qarşısını qətiyyətlə almağa hazırdır. Hətta bir qədər də irəli gedərək, tarixi Azərbaycan əraziləri olan İrəvanı və digər şəhərləri gəlmə toplumdan təmizləməyi bacarar.

İLHAM ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:239
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Dekabr 2024 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri