Icma.az
close
up
RU
Əli Kərimli xalqın faciəsi ilə nəfəs alır, insanların çətinlikləri ilə qidalanır

Əli Kərimli xalqın faciəsi ilə nəfəs alır, insanların çətinlikləri ilə qidalanır

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

Əli Kərimovun bu gün paylaşdığı status təkcə Elçibəyə qarşı deyil, həm də Azərbaycanın müstəqillik tarixinin təhrif olunmasına yönəlib.

Əli Kərimov 1993-cü ildə Milli Məclisdəki çıxışını paylaşaraq (görünür özünün keçmiş videolarına baxıb həzz alır), Elçibəyin Kələkiyə qaçması və məğlubiyyətə uğraması faktını indi etiraf etməsinin, Elçibəyi hədəf göstərməsinin daha dərin səbəbləri var.

Çünki o gözəl bilir ki, "Surət Hüseynov bəlası”nı da, Gəncə qiyamının əsas səbəbkarları Elçibəy, komandası və Müsavat partiyası olub.

Surət Hüseynovu Baş Nazirin müavini, Prezidentin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi və eyni zamanda milli ordunun korpus komandiri vəzifələrinə Elçibəy təyin eidb. Ona "Milli Qəhrəman" adını da məhz Elçibəy vermişdi. Ardınca isə onu vətənə xəyanətdə ittiham edən də Elçibəyin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi olmuşdu.

Azərbaycan Xalq Cəbhəsinin İcraiyyə Komitəsinin sədri Fərəc Quliyev 1993-cü ilin fevralında imzaladığı bəyanatda "Milli qəhrəman" Surət Hüseynovu vətənə xəyanətdə ittiham etmişdi. Bəyanatı statusa əlavə edirəm. Ancaq pərdəarxasında Surət Hüseynovla münaqişələrinin əsas səbəbi "yeni Baş nazirin kim olacağı” ilə bağlı yaranmış siyasi qarşıdurma idi.

Kərimovun bu gün ittiham etdiyi dövrdə əli Azərbaycan xalqının qanına batanlar, məhz AXC və Müsavat hakimiyyətində təmsil olunan şəxslər olub. Bu məsələyə qiyməti isə elə hər iki partiyanın çox geniş təmsil olunduğu Milli Məclis vermişdi.

Görünür Əli Kərimov bununla demək istəyir ki, bu faciələrin səbəbkarı təkcə Elçibəy olub, mənlik deyil. Bəlkə demək istəyir ki, Elçibəy qaçdı, mən qaçmazdım. Ancaq onu da tanıyanlar yaxşı bilir ki, Əli Kərimov kimi araqatan, sözünün üstündə durmayan, öz-özünü inkar edən ikinci birisi yoxdur.

Milli Məclisin 1993-cü il 16 iyul tarixli, 648 nömrəli qərarını yenidən nəzərdən keçirmək kifayət edir. Həmin qərarda açıq şəkildə qeyd olunur ki, Gəncə hadisələri Azərbaycan Respublikası Prezidentinin və onun ətrafındakı şəxslərin səbatsız siyasətinin nəticəsidir.

Qərarın sonunda bildirilir ki, 1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş qanlı hadisələr Prezident Əbülfəz Elçibəyin və digər yüksək vəzifəli şəxslərin əvvəlcədən planlaşdırılmış və düşünülmüş siyasətinin nəticəsidir.

Eyni zamanda həmin qərarda 17 yüksək vəzifəli şəxsin adı qardaş qırğınında məsuliyyət daşıyanlar kimi göstərilmişdir. Həmin siyahıda dördüncü şəxs Əli Kərimovdur (onda Kərimli deyildi; "milli” olmaq görüntüsü yaratmaq üçün "-li” şəkilçisini sonradan qəbul edib).

Əli Kərimovun isti yay günündə Elçibəyi bu formada yenidən hədəf göstərməsinin səbəbi elə ən çox günahın özündə olması travması ilə bağlı ola bilər.

İkinci məqamla bağlı qeyd edim ki, o dövrdə AXC rəhbərliyində yeni bir "trend” yaranmışdı: "Vəzifəmi dondururam”. Tarixdə yüksək vəzifəyə seçilmək də var, o vəzifəni yerinə yetirə bilməmək də. Ancaq rəsmi istefa vermədən vəzifədən qaçmaq məhz o illərdə Azərbaycanda "icad edilmiş” davranış idi.

Bütün Azərbaycan xalqı gözəl bilir ki, Əbülfəz Elçibəy çətin günlərdə xalqı tək qoyaraq Kələkiyə qaçdı. İstefa verməyə belə cəsarəti çatmadı. Bəlkə də düşünürdü ki, Heydər Əliyev vəziyyəti sabitləşdirəcək, o da geri qayıdaraq Milli Məclisin sədarətində siqaret çəkəcək, Prezident Aparatında axşamları ənənəvi məclislərini davam etdirəcək.

Milli Məclisin 1993-cü il 24 iyun tarixli iclasında isə Azərbaycanın o dövrdə qüvvədə olan hüquqi aktlarına uyğun olaraq, Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi haqqında qərar qəbul edildi. Zaman göstərdi ki, həmin qərarlar həm də dövlətçiliyin qorunmasına və dağılmanın qarşısının alınmasına xidmət etdi.

Burada əsas məqam ondan ibarətdir ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqın qətiyyətli iradəsi ilə baş verdi. Milli Məclis sadəcə xalqın iradəsini rəsmiləşdirdi. Faktiki qalib Azərbaycan xalqı oldu.

Əli Kərimov bu gün "Qarabağ zəfəri elə də böyük uğur deyil” deyə bilər, amma unudur ki, Qarabağın işğalına zəmin yaradan da, Gəncədə qardaş qırğınını doğuran da, ölkəni konstitusion böhrana salan da məhz o, görünür daha çox o, və onun təmsil olunduğu AXC-Müsavat hakimiyyəti olmuşdur.

Əli Kərimovun bu günə qədər davam etdirdiyi fəaliyyətin əsas səbəbi şəxsi kin və siyasi maraq ola bilməz — izah etmək çətindir, ancaq hiss edirsən ki, bu, daha dərindir, daha sistemlidir, daha çirklidir: bu onun Azərbaycan xalqına qarşı içində illərlə qoruyub saxladığı dərin nifrətdir.

O qədər dərin görsənir ki, bəzən düşünürsən, bəlkə bu nifrət genetikdir. Çünki bir insan öz xalqının uğuruna bu qədər qəzəbli, sevincinə bu qədər allergik, zəfərinə bu qədər qıcıq ola bilməz. Elçibəy rəhmətə gedəndə, Azərbaycanda ən çox sevinən şəxs də Əli Kərimov olub.

Elə bil Qarabağın azad olunması onun şəxsi məğlubiyyəti, xalqın güclənməsi onun zəifliyidir.

Sanki xalqın faciəsi ilə nəfəs alır, insanların çətinlikləri ilə qidalanır.

Allah şeytana lənət eləsin.

Kamal Cəfərov

Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 06 Avqust 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see262

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see165

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see145

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see144

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see138

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see137

Polşanın Çinlə sazişi Avropa İttifaqında narazılıq yaradıb

21 Sentyabr 2025 03:39see137

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see135

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

21 Sentyabr 2025 04:04see134

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see134

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see133

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see128

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see127

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see120

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see117

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see116

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see116

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see116

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see115

Ukraynada təklif: Gənclərin xaricə çıxışı qadağan edilsin!

22 Sentyabr 2025 02:25see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri