Icma.az
close
up
RU
Əli Kərimlinin 100 mini... Yaxud onlar qayıtmalıdırlarmı?

Əli Kərimlinin 100 mini... Yaxud onlar qayıtmalıdırlarmı?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

 Paşinyanın dünən xalqa müraciəti tarixi müraciət oldu.

O, erməni xalqına müraciətində “net” bir fikir bildirdi ki, Qarabağı könüllü tərk etmiş ermənilərin geri qayıtması müzakirə mövzusu deyil:"Bu barədə bildirmişdim, təkrar edirəm: onların Azərbaycana qayıtması qeyri-realdır və sülh üçün təhlükəlidir. Ermənistan beynəlxalq ictimaiyyətlə birlikdə onların ölkəmizdə yaşaması və inteqrasiyası üçün şərait yaratmalıdır”. 

Özünü müxalifət hesab edən, milli qüvvə adlandıran Əli Kərimli isə Fransa Beynəlxalq Radiosuna (RFİ) verdiyi müsahibədə Paşinyandan fərqli olaraq, bunun əksini hesab edir. Onun RFİ-yə bildirdiyinə görə, ermənilər geri qayıtmalıdırlar: 

“Erməni tərəfinin məlumatına görə, 2023-cü ilin sentyabrında Qarabağ təqribən 100 min nəfər erməni tərk edib. Hesab edirəm ki, sülh prosesi başa çatdıqdan və xalqlar arasında barış yaradıldıqdan sonra həm ermənilərin, həm də azərbaycanlıların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq imkanı olmalıdır”.

Elə burada pərdə bağlanır və kimin kim olduğu üzə çıxır. Əli Kərimli ilə Paşinyanın fikirləri haçalanır. Yəni Paşinyan bir söz deyir, Əli Kərimli başqa söz... Paşinyan Ermənistandan qovulmuş azərbaycanlılardan danışmasa da, Əli Kərimli müsahibəsində “azərbaycanlılar da geri qayıtmalıdır” fikrini özünə yönələcək qınaqlardan sığortalanmaq üçün deyir. Əli Kərimlinin Fransa radiosuna bu açıqlaması ilə onun kimin bostanına su daşıdığı bir daha təsdiqlənir. Əsas və əcəb məsələ də budur! 

Ermənistanda belə bu həddə şişirdilə bilməyən rəqəmi Əli Kərimli hansı üsullarlasa bu qədər çoxaldıb və 100 min rəqəmini alıb. Gerçəklikdə isə Qarabağda heç Sovetlər Birliyi zamanı faktiki 100 min erməni yaşamayıb. Sənəd üzərində sayları çox görünsə də, məskunlaşma faizi onun yarısından da az olub. Rusiyanın müxtəlif şəhərlərinə və Avropaya köçüb gediblər. Azərbaycan torpaqlarının işğalından sonra Qarabağda məskunlaşdırmaq niyyəti ilə həm Ermənistandan, həm də xarici ölkələrdən ora xeyli erməni köçürülsə də, demokqrafik vəziyyət dəyişmədi. Əksinə, Qarabağda erməni əhalisi azalmaqda davam edirdi. Bu faktlar rəsmi hesabatlarda belə qeyd olunduğu halda Əli Kərimli üçün erməni mənbələri təkzibolunmaz rol oynayırsa, onun hansı məqsədlər güddüyü aydındır. Əli Kərimlinin erməni mənbələrinə istinadən dediklərinin əksinə olaraq, İkinci Qarabağ müharibəsindən sonra Xankəndidə,  ətraf rayonlarda Rusiyanın və Ermənistanın uydurduğu rəqəmə görə ermənilərin sayı 50 min nəfərə qədər, real statistikaya görə isə 20 min nəfərdən də aşağı olub. Bütün bunlar faktlarla sübut olunduğu təqdirdə, Əli Kərimlinin 100 mini haradan çıxdı? 

Kərimlinin müxalifətçiliyi artıq müxalifətçilik anlayışından çoxdan çıxıb. Ona görə ki, müxalifətçilik hakimiyyətə qarşı olar, saxta mənbələrin fikirlərini beynəlxalq arenalarda tirajlamaqla dövlətə, torpağa, dövlətçiliyə qarşı yox. Kərimlinin müxalifətçiliyi isə hirs və hikkədən dövlətə, xalqa qarşıdır. Birinci və İkinci Qarabağ müharibəsində minlərlə şəhidimizin qanı üzərindən bu rəqəmi söyləmək, onların Qarabağa qayıtmasını beynəlxalq tribunalardan səsləndirmək hansı siyasi əxlaqa uyğundur? Əli Kərimlinin hakimiyyət hərisliyi o həddədir ki, mənəvi və siyasi əxlaq unudulub, xalq, torpaq belə gözünə görünmür. Azərbaycanlıların Ermənistandan qovulması ilə bağlı da qəsdən və təhriflə edilən müqayisə eyni mahiyyətin göstəricisidir. Qərbi azərbaycanlılar Ermənistandan qovulub, deportasiya ediliblər. Özü də bir dəfə yox, dəfələrlə... Bir əsrdə dörd dəfə - 1905, 1918, 1948, 1988-ci illərdə... Yurd-yuvaları dağıdılıb, var-dövlətləri talan edilib, əsirlikdən, girovluqdan güclə canlarını qurtarıb Azərbaycana gəliblər. Erməniləri isə Azərbaycandan kimsə qovmayıb. Azərbaycan qanunlarına tabe olmaq istəmədiklərindən könüllü şəkildə Qarabağı tərk ediblər. Reallıq budur. 

Azərbaycan cəmiyyəti də, müxalifəti də belə düşünür. Hətta beynəlxalq aləmdə də bu rəy artıq oturuşub ki, erməniləri kimsə Azərbaycandan qovmayıb, özləri könüllü olaraq tərk ediblər. Paşinyan da bu qənaətdədir. Bir Əli Kərimlidən başqa. Onun fəaliyyəti isə müxalifətçilik deyil... Öz hikkəsinin əsirinə çevrilməkdir... 
Rəfail Becanov
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Avqust 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see290

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see256

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see236

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see235

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see234

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see220

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see215

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see206

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see203

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see202

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see202

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see202

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see200

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see200

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see189

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see189

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see188

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see185

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see184

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri