Icma.az
close
up
RU
Əli Kərimlinin Varşavaya getmək “dərdi”

Əli Kərimlinin Varşavaya getmək “dərdi”

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Lazım olanda hakimiyyət də Əli Kərimlidən istifadə edir, təbii ki, pul ödəməklə...”

Sentyabrın 29-30-da nüfuzlu Kazimir Pulavski Fondunun təşkilatçılığı ilə Varşavada Təhlükəsizlik Forumu keçiriləcək. Cebheinfo.az yazır ki, bu tədbirə dəvət alan AXCP sədri Əli Kərimli son günlər diqqəti üzərinə çəkmək üçün özünü az qala beynəlxalq əhəmiyyətli siyasi fiqur kimi təqdim etməyə cəhd edir.

Bildirilir ki, Varşava Təhlükəsizlik Forumu transatlantik əməkdaşlığa həsr olunmuş Avropa təhlükəsizlik konfranslarından biridir. O, Mərkəzi və Şərqi Avropanın təhlükəsizliyinə diqqət yetirməklə, ümumi çağırışlara ortaq cavabların işlənib hazırlanmasına yönəlib. Xüsusi bir siyasi əhəmiyyət daşımayan və 2014-cü ildən təşkil edilən tədbir daha çox qeyri-hökumət təşkilatları səviyyəsində təşkil olunan müzakirə platformasıdır. Bu toplantı Mərkəzi və Şərqi Avropada təhlükəsizliyin təmin olunmasında heç bir rol oynamır.

O da vurğulanır ki, Əli Kərimliyə bu dəvət onun ətrafında siyasi şou təşkil etmək, eləcə də Azərbaycan əleyhinə növbəti təbliğat aparmaq üçün tribuna kimi lazımdır.

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a dedi ki, Əli Kərimli bu tədbiri öz şəxsi piarına çevirmək niyyəti ilə bu cür çıxışlar edir: “O, sanki beynəlxalq əhəmiyyətli bir siyasi fiqur imiş kimi, dəvət aldığı forumu dünyanı dəyişəcək məkan kimi qələmə verir və onunla eyni məntiqə, eyni məqsədlərə xidmət edən şəxslər bu kontekstdə manipulyativ cəhdlər edirlər. Halbuki Varşava Təhlükəsizlik Forumu nə Münhen Təhlükəsizlik Konfransı, nə NATO Zirvə görüşü, nə də ATƏT səviyyəli toplantıdır. Bu, əsasən qeyri-hökumət təşkilatları müstəvisində keçirilən, regional təsir gücü məhdud bir diskussiya platformasıdır. Azərbaycanın balanslı xarici siyasət dilemması onu göstərir ki, uzaqgörən və düşünülmüş idarəetmə mexanizmi istənilən müsbət və mənfi tendensiyalara adekvat reaksiya vermək potensialındadır. Rəsmi Bakı yeni dünya nizamında Qərb və Şərq qütbü ilə qarşılıqlı faydalı maraqlar əsasında strateji tərəfdaşlıq formalaşdırır. Yəni mövcud geosiyasi reallıqlar fonunda ölkəmizin beynəlxalq nüfuzunu və siyasi çəkisini müəyyən edən əsas amil Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən müstəqil siyasətdir. Azərbaycanın dünyada artan nüfuzu, mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, strateji əməkdaşlıqlar qurması təsadüfi deyil. Bu reallıq fonunda Əli Kərimlinin hər hansı forum ətrafında siyasi şou yaratmaq cəhdləri əslində daxili auditoriyaya hesablanmış uğursuz təbliğatdan başqa bir şey deyil. Azərbaycan ictimaiyyəti də yaxşı bilir ki, Kərimlinin məqsədi ölkəmizin milli maraqlarına xidmət etmək deyil, xaricdə özünə tribuna axtarmaq, müxtəlif qüvvələrin əlində alət olmaqdır. Bu, nə milli müxalifət mövqeyidir, nə də demokratiya anlayışı ilə uzlaşır. Əksinə, belə addımlar yalnız Azərbaycanın dövlət maraqlarına zərər vurmaq, daxildə çaşqınlıq yaratmaq niyyəti daşıyır. Xalqımızın dövlətə bağlılığı, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasətə güclü dəstəyi Azərbaycanın mövqeyini daha da möhkəmləndirir. Bu birliyə və həmrəyliyə söykənən Azərbaycanı heç bir xarici təbliğat, yaxud şəxsi maraqlar naminə edilən ucuz siyasi şoular yolundan döndərə bilməz”.

Niyaməddin Orduxanlı

ƏHD partiyasının baş katibi Niyaməddin Orduxanlı AXCP sədrinin dərdinin ancaq pul qazanmaq olduğunu qeyd etdi: “Əli Kərimli özü haqqında şou yaratmağı bacarır. O, özünü artıq siyasətçi kimi deyil, bloger və tiktoker kimi aparır. Hər il Varşavada Təhlükəsizlik Forumu keçirilir və Azərbaycandan onlarla QHT sədri və ya sədr müavinləri bu tədbirdə iştirak edir. Bu tip tədbirlər Avropanın başqa şəhərlərində də keçirilir. Tədbirin formatı vətəndaş cəmiyyəti institutları ilə həmin təşkilatların birgə əməkdaşlığının artırılmasına həsr edilir. Bır sıra hallarda QHT-lərə ayrılan qrantların verilməsi də baş verir. Stimulverici mükafatlar təqdim edirlər. Görünür, Əli Kərimli bu cür canfəşanlıq etməklə, özünü Qərbdə "demokrat" obrazında göstərmək və yeni qrant layihələri qazanmaq istəyir. Bu adam bu illər ərzində müxtəlif adamların adlarına açılmış QHT-lər vasitəsilə qrant layihələri əldə edib. Gürcüstan dövlətində öz yaxın adamlarının adına açdırdığı QHT-lər vasitəsilə külli miqdarda pul qazanırdı. Ümumiyyətlə, ən maraqlısı odur ki, Əli Kərimli bu günə qədər Avropadan, Amerikadan, Rusiyadan və İrandan belə pul almağı bacarıb. Bir-birinə qarşı olan qüvvələrdən məharətlə pul qoparmağı bacaran Əli Kərimli ancaq pul qazanmağın yollarını düşünür".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 11 Sentyabr 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see329

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see319

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see288

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see288

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see277

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see275

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see250

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see250

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see239

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see233

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see227

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see223

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see223

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see218

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see217

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see212

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see210

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see207

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see195

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri