Icma.az
close
up
RU
Hay küyə xidmət edən tədbir və ya Əli Kərimlinin Varşava dərdi

Hay küyə xidmət edən tədbir və ya Əli Kərimlinin Varşava dərdi

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əli Kərimlinin bütün resursları tamamilə tükəndiyindən, populist iddialarla gündəmdə qalmağa çalışır. 

Məsələn, son günlər diqqəti üzərinə çəkmək üçün özünü az qala beynəlxalq əhəmiyyətli siyasi fiqur kimi təqdim etməyə cəhd edir. Varşava Təhlükəsizlik Forumuna dəvət alması xəbərini siyasi reklam və şouya çevirən Əli Kərimli “mən də varam” demək istəyir. Onu ən çox narahat edən də budur - unudulmaq! Ona görə də Varşavaya dəvət olunmasını siyasi hay-küy yaratmaqla günün mövzusuna çevirməyə səy göstərir. 

Kərimli sentyabrın 29-30-da Varşavada keçiriləcək Təhlükəsilik Forumuna dəvət aldığını, lakin pasportu olmadığına görə tədbirə gedə bilmədiyini deyir. Bu forumu da elə təqdim edir ki, sanki dünyanın taleyi, yeni dünya nizamı orada müəyyənləşdirilir və Əli Kərimlisiz nə bu forum olacaq, nə də yeni nizam düzgün qurulacaq. Halbuki, Varşava Təhlükəsizlik Forumu nə regionda, nə də dünyadakı proseslərə təsir imkanı olan bir tədbirdir. 

Varşava Təhlükəsizlik Forumu transatlantik əməkdaşlığa həsr olunmuş Avropa təhlükəsizlik konfranslarından biridir. O, Mərkəzi və Şərqi Avropanın təhlükəsizliyinə diqqət yetirməklə, ümumi çağırışlara ortaq cavabların işlənib hazırlanmasına yönəlib. Xüsusi bir siyasi əhəmiyyət daşımayan və 2014-cü ildən təşkil edilən tədbir daha çox qeyri-hökumət təşkilatları səviyyəsində təşkil olunan müzakirə platformasıdır. 

Bu toplantı Mərkəzi və Şərqi Avropada təhlükəsizliyin təmin olunmasında heç bir rol oynamır. Varşava Təhülkəsizlik Forumu nə Münhen Təhlükəsizlik Konfransı, nə NATO-nun zirvə sammiti, nə də ATƏT-ə üzv olan ölkələrin zirvə görüşüdür. Digər tərəfdən isə Əli Kərimli nə səlahiyyət sahibidir, nə də rəsmi statusa malikdir. Onun Varşava Təhülkəsizlik Forumunda iştirak edib-etməməsinin də heç bir əhəmiyyəti yoxdur. 

Yəni Əli Kərimli Varşavaya getsəydi belə, onun bu gedişinin istər Avropaya, istərsə də Azərbaycana hər hansı faydası olası deyildi. Çünki Əli Kərimli nəinki Avropa və ya dünyada, heç 30 illik müxalifətçilik dönəmi yaşadığı Azərbaycanda belə söz sahibi deyil. Özünə bir pasport ala bilməyən şəxs dünya üçün nə edə bilər ki? 

O, yalnız ətrafındakı kiçik qrupun maraq-mənafe təmsilçisidir ki, bu adamların da ümumi cəmi bir dərnək üzvlərinin sayı qədərdir. Digər tərəfdən, Varşavada keçirilən bu tədbir əhəmiyyətli olsaydı, qonşuluğunda Ukraynaya bir gün ağlayardı. Əli Kərimliyə bu dəvət onun ətrafında siyasi şou təşkil etmək, eləcə də Azərbaycan əleyhinə növbəti təbliğat aparmaq üçün bir tribuna kimi lazımdır.

Onun pasport mövzusunu siyasi hay-küy kampaniyasına çevirməsi də bunu bir daha sübut edir. Müasir çağırışlara ehtiyac olan yerdə isə çağırılmış bayatıları dinləyən olmur. 

Süleyman 
“Cebheinfo.az”

Açar sözlər: Əli Kərimli Varşava Təhlükəsizlik Forumu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri