Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Əli Koç dönəmi başa çatdı! Səadəttin Saran “Fənər”in 38 ci prezidenti oldu

Əli Koç dönəmi başa çatdı! Səadəttin Saran “Fənər”in 38 ci prezidenti oldu

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Həftəsonu “Fənərbaxça” camiəsində böyük səbrisizliklə gözlənilən növbədənkənar prezident seçkisi keçirildi.

Əvvəlcə seçkidə mübarizənin üç namizəd – Əli Koç, Səadəttin Saran və Hakan Bilal Kutlualp arasında gedəcəyi gözlənilirdi. Amma seçkiyə bir neçə gün qalmış Hakan Bilal Kutlualp Saranın tərəfinə keçərək namizədliyini geri götürdüyünü açıqladı.
Artıq şənbə günündən bəlli idi ki, Əli Koçun işi heç də asan olmayacaq. Onun uğursuzluqlarından boğaza yığılan fanatlar və klubun rəsmi üzvləri Səadəttin Sarana böyük dəstək nümayiş etdirdilər. Koç hətta açıqlama vermək üçün kürsüyə çıxarkən etiraz sədaları üzündən normal danışmaqda çətinlik çəkirdi.
Seçkinin ən maraqlı hissəsi, yəni səsvermə prosesi bazar günü baş tutdu. 49268 rəsmi klub üzvünün səs vermək hüququnun olduğu səsvermədə 24732 üzv iştirak etdi. Onlardan 24393-nün səsi keçərli oldu. Səsvermənin nəticəsi camiədə demokratiyanın ön planda olduğunu göstərdi. Tarixi seçkidə Saran 12325, Koç 12068 səs topladı.
Beləliklə, cəmi 257 səs fəri ilə qalib gələn Saran “Fənərbaxça” tarixinin 38-ci prezidenti oldu! 2018-ci ildə Əziz Yıldırıma tarixi bir fərqlə qalib gələn, eləcə də 2021 və 2024-cü ildəki seçkidə uğur qazanan Koç isə bu dəfə növbədənkənar seçkidə “ağ bayraq qaldırmalı” oldu.
Onun 7 illik dönəmi həmişə fiasko kimi xatırlanacaq. Bu müddətdə transferlərə 260 milyon avrodan pul xərclənilməsinə, eləcə də bir çox önəmli məşqçinin gətirilməsinə baxmayaraq, çempionluq həsrətinə son qoymaq mümkün olmadı. Halbuki bu müddətdə “İstanbul BŞ”, “Trabzonspor” və “Beşiktaş” çempion oldu, “Qalatasaray” isə çempionluq sayını 25-ə çatdıraraq 5-ci ulduzu qazandı.
Hakan Bilal Kutlualpın son anda Saranın xeyrinə geri çəkilməsi də seçkidə mühüm rol oynadı. Saranın Kutlualpa başqan vəkili vəzifəsini verəcəyi gözlənilir. Saranın ən önəmli vədi çempionluqla bağlıdı. Onu camiənin gözündə yüksəldən daha bir məqam klubun daxili təlimatnaməsində reallaşdırmaq istədiyi dəyişiklikdi. Belə ki, Saran klubda çempionluq həsrətinin 3 ilə çatmasının ardından avtomatik növbədənkənar seçkinin keçirilməsini təklif edir. Bundan başqa, onun planı həyata keçirilsə, bundan sonra “Fənər”də 6 ildən artıq işləyən prezident olmayacaq!
Türkiyənin ən tanınmış iş adamlarından olan Səadəttin Saran 1964-cü ildə ABŞ-da doğulub. Maraqlıdı ki, o, 1984-85-ci illərdə Türkiyənin üzgüçülük üzrə yığma komandasında kapitan olub və hətta 50 metrə sərbəst üzmədə Türkiyə rekordunu yeniləyib. Daha sonra ABŞ-da Kentukki Universitetinin maşın mühəndisliyi ixtisasını oxuyaraq Türkiyəyə dönüb. Mövcud şirkətlərinin təməlini isə 1989-da “Saran İnternational” şirkətini qurmaqla qoyub. Ona məxsus “Saran Holdinq” şirkəti media, internet yayını, lotereya oyunları və müdafiə sənayəsi sahəsində fəaliyyət göstərir. O ilk dəfə hələ 2001-ci ildə Əziz Yıldırımın prezidentliyi dönəmində “Fənər”in idarə heyətində yer almış və 2 ildən sonra ayrılmışdı. Sonradan onun Yıldırımla münasibətləri pozulduğundan bir neçə il klubun rəsmi üzvlüyündən kənarlaşdırılmışdı. Amma 2022-ci ildə məhkəmədə qalib gələn Saran klub üzvlüyünü bərpa etmişdi.
Saranın sərvəti təxminən 400 milyon avro civarındadı və o, Türkiyənin ən varlı şəxsləri siyahısında ilk “20-lik”də yer almır. Müqayisə üçün deyək ki, Əli Koçun sərvəti təxminən 700-800 milyon avro idi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Sentyabr 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see333

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see270

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see262

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see260

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see241

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see239

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see237

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see234

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see227

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see224

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see222

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see216

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see215

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see201

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see200

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see194

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see187

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see182

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see171

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri