Icma.az
close
up
RU
Əli Məsimli: Qeyri neft sektoru 2026 cı ildən iqtisadi artımın əsas lokomotivi olacaq

Əli Məsimli: Qeyri neft sektoru 2026 cı ildən iqtisadi artımın əsas lokomotivi olacaq

Operativ MM portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Milli Məclisin deputatı Əli Məsimli Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclasında çıxış edərək Prezidentin imzaladığı amnistiya aktını yüksək qiymətləndirib və qeyri-neft sektorunun inkişafı ilə bağlı təkliflərini səsləndirib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki, Konstitusiya və Suverenlik ilində verilən amnistiya aktı mühüm və təqdirəlayiq hadisədir:

“Prezidentin amnistiya aktı Konstitusiya və suverenlik ilində verilmiş çox əhəmiyyətli bir addımdır”.

Əli Məsimli çıxışında 2026-cı ilin büdcə zərfinin müzakirələri zamanı əldə olunan nəticələrə toxunaraq qeyd edib ki, orta perspektivdə iqtisadi artımın əsas hərəkətverici qüvvəsi qeyri-neft sektoru olacaq.

Onun sözlərinə görə, 2029-cu ilə qədər qeyri-neft sektorunun ümumi daxili məhsulda payının 80 faizə çatdırılması hədəfinə nail olmaq üçün aqrar sahə, emal sənayesi və turizm arasında əlaqələndirilmiş və səmərəli strategiya vacibdir.

Deputat son illərin statistik göstəricilərinə diqqət çəkərək kənd təsərrüfatı sahəsində narahatedici tendensiyaların yarandığını bildirib:

“2016–2023-cü illərdə kənd təsərrüfatının artım tempi ümumi daxili məhsulun artım tempini üstələyib. Lakin ötən ildən etibarən bu dinamika dəyişib və bu ilin 11 ayında kənd təsərrüfatında artım cəmi 1,1 faiz təşkil edib. Bu, çox ciddi siqnaldır”.

Əli Məsimlinin sözlərinə görə, kənd təsərrüfatında mövcud potensialdan səmərəli istifadə edilməsi ölkədə yerli istehsalın gücləndirilməsinə, ərzaq bolluğunun yaradılmasına, bu sahədə çalışan 1,8 milyona yaxın insanın həyat səviyyəsinin yüksəldilməsinə, emal sənayesinin xammal bazasının möhkəmləndirilməsinə və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə imkan verə bilər. Bu addımlar, eyni zamanda, regionlardan Bakıya miqrasiyanın sürətinin azalmasına da töhfə verə bilər.

Deputat çıxışının sonunda Milli Məclisin sədri Sahiba Qafarovaya müraciət edərək, parlamentdə kənd təsərrüfatı, emal sənayesi və turizm sahələrində mövcud vəziyyət, problemlər və həlli yolları ilə bağlı xüsusi dinləmələrin keçirilməsini təklif edib.

Afət ZİYADQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 16 Dekabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see287

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see197

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see186

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see160

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see153

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see149

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri