Taleh Kazımov: Cari ilin 10 ayında ölkədə iqtisadi artımın əsas mənbəyi qeyri neft qaz sektoru olub
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 19 noyabr, AZƏRTAC
Yeni qlobal reallıqların formalaşdığı şəraitdə cari ilin 10 ayında ölkə iqtisadiyyatında artım davam edib. Bu dövrdə iqtisadi artımın əsas mənbəyi qeyri-neft-qaz sektoru olub. 2025-ci ilin yanvar-oktyabr aylarında ümumi daxili məsulun real ifadədə 1,3 faiz artımını müşahidə etdik. O cümlədən qeyri-neft-qaz sektorunda isə 3,1 faiz artım qeyd alınıb.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin noyabrın 19-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
T.Kazımov bildirib ki, qeyri-neft-qaz sektorunda artım əsasən informasiya və rabitə, turizm və tikinti sahələrində olub. “Mərkəzi Bankın iqtisadi artımla proqnozu nikbindir. 2025-ci ilin sonuna ümumi daxili məhsulun 2,2 faiz olacağı, 2026-cı ilin sonuna isə 2 faiz olacağı proqnozlaşdırılır. Qeyri-neft-qaz ümumi daxili məhsula gəldikdə isə bu ilin sonunda 3,7 faiz, növbəti ildə isə 4,4 faiz olacağı proqnozlaşdırılır”, - deyə Mərkəzi Bankın sədri əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 19 Noyabr 2025 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















