Icma.az
close
up
RU
Əli Məsimlidən Rusiyanın təzyiq və təhdidlərinə qarşı Milli Həmrəylik çağırışı MƏQALƏ

Əli Məsimlidən Rusiyanın təzyiq və təhdidlərinə qarşı Milli Həmrəylik çağırışı MƏQALƏ

Aznews.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Keçmiş Baş nazir, Milli Məclisin deputatı Əli Məsimli Rusiyanın Azərbaycana qarşı təhdid və təzyiqləri ilə bağlı məqalə qələmə alıb. AzNews.az vətəndaşlara həmrəylik çağışı edən məqaləni təqdim edir:

Azərbaycanın xarici siyasətində bütün ölkələrlə qarşılıqlı hörmət, qarşılıqlı etimad və qarşılıqlı faydalılıq prinsiplərinə əsaslanan bərabərhüquqlu əməkdaşlıq münasibətləri əsas yer tutur. Hansısa məsələdə fikir ayrılığı olanda, ölkəmiz beynəlxalq hüquq, hər iki tərəfin tanıdığı aidiyytı sahə üzrə beynəlxalq konvensiya və digər sənədlərin əsas prinsiplərinə uyğun həll yoluna üstünlük verir.

Ötən il dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Rusiyanın "Pantsir-S"hava hücumundan müdafiə sistemi tərəfindən vurulması nəticəsində baş verən faciəvi aviaqazada xeyli insan həlak oldu. Azərbaycan bu məsələnin beynalxalq normalar çərçivəsində çözülməsi,Rusiyanın məsuliyyəti öz üzərinə götürüb kompensasiya ödəməsi kimi ədalətli mövqeyini ortaya qoydu. Lakin Rusiya tərəfi bu hadisəyə görə məsuliyyəti öz üzərinə götürmək əvəzinə, əvvəlcə primitiv manupulyasiyalarla məsuliyyətdən yayınma yolunu tutdu,Sonra Rusiyanın yox, Azərbaycan tərəfinin Rusiyadan üzr istəməli olduğu kimi gülünc tezisləri dövriyyəyə buraxdı. Son günlər isə Rusiya mediası vasitəsilə və Dövlət Dumasında Rusiyanın hakim partiyasını təmsil edən deputatların dili ilə Azərbaycana qarşı bir təhdid, təhqir, təzyiq və aşağılama kampaniyaya başlayıb.Bu kompaniyanin əsas tezisləri yenə də Rusiyanın şovinizmlə yoğrulmuş imperiya ambisiyasından qaynaqlanan “həmin dalğa-həmin koordinat” məsələsidir. Bu yolla Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə, Rusiyada yaşayan soydaşlarımıza qarşı məkrli kampaniyanı yürütmək istəyirlər.

Rusiya, AZAL-ın təyyarəsini vurması ilə bağlı Azərbaycanın haqlı möveyini anlayışla qarşılamaq, həqiqətin üzə çıxması üçün şəffaf araşdırmada maraqlı olmaq, hazırda beynəlxalq ictimaiyyətin gözündə formalaşmış ifrat mənfi yülklü imicinə heç olmasa müəyyən müsbət notlar qatmaq üçün təyyarənin qəzaya uğramasında məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasını təmin etməyə və kompensasiya ödəməyə hazır olduğunu bəyan etmək əvəzinə, ölkəmizə qarşı başladığı kompaniyanın mövzu və mahiyyəti göstərir ki, AZAL-ın təyyarəsinin vurması ilə bağlı olaylar Rusiyanın Azərbaycana qarşı məkrli niyyətinin yalnız görünən tərəfidir və Azərbaycan daxil,postsovet məkanna aid ölkələrə münasibətdə sərgilədiyi ənənəvi, tipik davranışlardan qaynaqlanan tarixi səhvinin növbəti təkrarıdır.

Rusiyanın AZAL-ın təyyarəsini vurması ilə bağlı Azərbaycanın haqlı möveyinə qarşı başladığı ideoloji kompaniya “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında” qurmasına dair bəndinə kobudcasına etinasızlıqdır.

Rusiyanın təyyarə qəzasının faciəvi nəticələrinə görə məsuliyyətdən yayınma cəhdləri və üstəlik Azərbaycana qarşı qərəzli mövqe sərgiləməsini informasiya müharibəsi səviyyəsinə qaldırması iki ölkə arasında münasibətlərin getdikcə gərginləşməsinə xidmət edir və həm də bunun arxasında ciddi ssenarilərin olduğu qənətini ortaya qoyur.

Rusiyanın Azərbaycana qarşı təzyiq və təhdidləri bu ölkənin sivil münüsibətlər çərçivəsində davranan ölkə olmadığını bir daha bütün dünyaya nümayiş etdirir.

Rusiyaın davranışları Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra regionunuzda yaratdığı yeni situasiyanın təsiri ilə Cənubi Qafqazda formalaşmağa başlayan yeni regional arxitektiranın sabitsizləşdirilməsinə xidmət edir, Ermənistanın Azərbaycana qarşı təxribatlarına yol açır. Bu,həm də Rusiyanın regionumuzda itirdiyi mövqenin yenidən bərpası cəhdinin işartılarıdır.

Rusiya təzyiq vasitəsi kimi növbəti dəfə miqrant amilindən istifadə edir.Rusiyada olan soydaşlarımıza qarşı təzyiqlər,çirkin kompaniya getdikcə güclənir. Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyevin dili ilə təhqirlərlə müşayət olunmuş formada Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının qapadılması, iş adamlarının biznesinin məhdudlaşdırılması, bu ölkə ərazisində yaşayan azərbaycanlı miqrantların qovulması, vərəndaşlığı olan azərbaycanlıların isə hərbi uçota alınaraq Ukrayna ilə müharibəyə göndərilməsi təklif edilir. Rusiyanın Qərbin sanksiyalara məruz qalmaqla getdikcə zəiflədiyi və getdikcə daha çox dərəcədə təklənməyə doğru getdiyi bir şəraitdə onun təsərrüfatının həyatı əhəmiyyət kəsb edən sahələrinin hələ də ayaqda qalmasında miqrantların rolu çox böyükdür. Ona görə də Rusiyanın Azərbaycana qarşı bu qərəzli mövqeyi,təhdidlər və şovinist xarakterli çağırışlar bumeraq effekti verib, onun təkcə Azərbaycanla yox, əksər MDB ölkələri ilə münsibətlərdəki soyuqluğun daha da artmasına gətirib çıxarmaqla, daha çox onun özünə qarşı çevriləcək, onsuz da daralmış nəfəsliklərini daha da daraldacaq.

“Azərbaycan Hava Yolları”na məxsus təyyarə ətrafında cərayan edən hadisələr zamanı Rusiyanın davranışları növbəti dəfə göstərdi ki,Rusiyadan bizə,ümumiyyətlə postsovet məkanına aid olan yeni müstəqil dövlərlərin heç birinə strateji müttəfiq olmaz. Ona görə ki, bunun üçün Rusiya gərək özünü fikirdə,sözdə və əməld etibarlı müttəfiq olmaq bacarəğını nümayiş etdirə bilsin.Hələlik Rusiya bunu heç bir postsovet ölkəsinə münasibətdə davamlı şəkildə nümayiş etdirə bilməyib. Ona görə də Rusiya ilə yalnz dövlət maraqları üst-üstə düşən zaman kəsiklərində və konkret situasiyalarla bağlı bir müddət birgə addımlamaq, tərəfdaşlıq etmək olar...Qalan vaxtlarda bütün ölkələrə münasibətdə olduğu kimi, Rusiyaya da münasibətdə qarşılıqlı hörmət, qarşılıqlı etimad və qarşılıqlı faydalılıq prinsiplərinə əsaslanan bərabərhüquqlu əməkdaşlıq münasibətləri əsas götürülməlidir. Eyni zamanda Azərbaycan bütün qonşuları ilə normal münasibətlər saxlamağa maraqlı olan bir ölkə kimi qonşuluq prinsipinin dəyərləri baxımından və Rusiyada yaşayan soydaşlarımız naminə Azərbaycan münüsibətlərdə yaranmış gərginliyin artan xəttlə inkişaf trayektoriyasına keçməsinin tərəfdarı deyil. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”də deyildiyi kimi, mübahisələrin dinc yolla həlli prinsiplərinə sadiqdir və bu əsasda yenə də Rusiya ilə qonşuluq münasibətlərini normal saxlamağa maraqlı ölkədir.

Yaxın vaxtlarda məlum olacaq ki, Rusiyada Azırbaycana qarşı yönəlmiş qızışdırıcı çıxışlar sadəcə “nəbz yoxlmasıı” xarakteri daşıyır, yoxsa Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsinə hesablanan ssenarinin tərkib hissəsindir... Əgər “nəbz yoxlaması” xarakteri daşıyırsa,onda bu, təyyarə qəzası ətafındakı müzakirələrin hələ bir müddət qeyri-müəyyən vəziyyətdə qalmasına aparır. Sonra isə müəyyən qədər pozitiv bir sonluqla nəticələnməsinə ümid etmək olar. Yox əgər Rusiya bu gərginliyi daha da dərinləşdirmək yolunu davam etdirsə,deməli Rusiyanın məkrli ssenarisi ilə getdikcə artan bu gərginliyin pik nöqtəsi hələ qabaqdadır. Bu halda Rusiyanın ata biləcəyi addımların bir hissəsi, xüsusən də orada yaşayan soydaşlarımızla,ticari-iqtisadi əlaqələrlə bağlı ata biləcəyi addımlar xeyli dərəcədə məlumdur və təbii ki,ona hazır olmalıyıq.Bu baxımdan Rusiya təzyiqləri artırmaq yolu tutduğu təqdirdə, bu qarşıdurmadan uğurla çıxmaqdan ötrü 5 prinsipin əsas götürülməsini vacib hesab edirik:

Birincisi,44 günlük Vətən müharibəsində qələbəmizin rəhni olan milli birliyimizi,həmrəyliyimizi daha parlaq şəkildə nümayiş etdirmək.

İkincisi, Rusiyanın başladığı bu təhdid və təzyiqlər qarşısında geri çəkilməmək və Azərbaycanın beynəlxalq normalara və ədalətə əsaslanan mövqeyinin müdafiəsini davam etdirmək.

Üçüncüsü, ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə, Azərbaycan xalqına qarşı fəaliyyət göstərən zatulinlərə, valuyevlərə və Rusiyadan ölkəmizə hədyanlar yağdıran digərlərinə qarşı ölkəmizin qanunvericiliyi çərçivəsində bundan sonra da müvafiq addımlar atmaq və onların təkcə Azərbaycan yox,bəşəriyyət üçün “arzuolunmaz şəxslər” olduğunu beynəlxalq ictimaiyyətə çatdırmaq.

Dördüncüsü, bizə dost olan ölkələrlə münasibətlərimizi daha da gücləndirmək.

Beşincisi, Azərbaycan dövlətinin timsalında bu məsələdə tutulmuş prinsipial mövqeli yolu ölçülü-biçili,təmkinlə davam etdirmək və cəmiyyətin ona fəal vətəndaş mövqeli dəstəyini daha da gücləndirmək.

Əli Məsimli,

Milli Məclisin deputatı,İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 11 Fevral 2025 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see134

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see133

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see133

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see132

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see130

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see129

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see124

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see121

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see121

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see118

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see118

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see117

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see117

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see115

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see114

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see113

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see112

Heydər Əliyev Mərkəzinin parkında gəzinti istirahət və incəsənət gözəlliyini seyr etmək üçün sevilən məkan FOTO

13 Aprel 2025 11:33see111

Kişilərin uğur qazanmasına mane olan 6 VƏRDİŞ

13 Aprel 2025 10:19see108

ABŞ da göyərtəsində 6 nəfərin olduğu təyyarə qəzaya uğrayıb

13 Aprel 2025 08:23see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri