Əli Tağıyev: Azərkosmos un layihəsi Türk Dövlətləri Təşkilatı üzrə fəaliyyət göstərəcək
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Azərkosmos"un nəzdində fəaliyyət göstərən akademiya tərəfindən gələcəkdə mobil əsaslı kosmik innovasiya və sistem avtobusu layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Kosmik Agentliyi - "Azərkosmos"un nəzdində fəaliyyət göstərən Kosmik Akademiyanın kosmik icma layihələrinin icra rəhbəri Əli Tağıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu, regional bir layihədir:
"Layihə Türk Dövlətləri Təşkilatı üzrə fəaliyyət göstərəcək. Bu mobil tədris və təcrübə platforması nəinki Azərbaycanda fəaliyyətdə olacaq, həm də bütün türk dövlətlərinə, müxtəlif regionlara, məktəblərə səfər edəcək və hər bir kəsi kosmos elmi haqqında məlumatlandıracaq, onların maariflənməsinə müsbət təsir göstərəcək. Bu layihə ilə biz türk dövlətləri arasında həm elmi, həm də mədəni əlaqələrin inkişafına öz töhfəmizi verməyə çalışırıq".
Aygün Mirakif
Baxış sayı:103
Bu xəbər 11 Aprel 2025 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















