Icma.az
close
up
RU
Əlilliyi olan şəxslərin cəmiyyətdəki rolunu yenidən dəyərləndirək: Stereotiplərdən reallığa MÜSAHİBƏ

Əlilliyi olan şəxslərin cəmiyyətdəki rolunu yenidən dəyərləndirək: Stereotiplərdən reallığa MÜSAHİBƏ

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu müsahibədə Əlilliyi Olan Şəxslərin Müstəqil Həyat Mərkəzinin rəhbəri Aydın Xəlilov əlilliyi olan şəxslərin məşğulluğuna təsir edən amillər, cəmiyyətdəki mövcud stereotiplərin yaranma səbəbləri və bu sahədə həyata keçirilən təşəbbüslər barədə fikirlərini QHT.az-la bölüşüb.

QHT.az: Aydın müəllim, əksər hallarda cəmiyyətdə əlilliyi olan şəxslərin işləmək istəmədiyi barədə yanlış fikirlər yayılır. Bu stereotipin yaranma səbəbləri haqqında nə düşünürsünüz?

Aydın Xəlilov: Bu çox yayılmış bir stereotipdir və təəssüf ki, real vəziyyəti təhrif edir. Əlilliyi olan şəxslərin işləməməsi məsələsi çox vaxt onların istəksizliyindən irəli gəlmir, əksinə, bir çox maneə və çətinliklərlə üzləşirlər. Əlilliyi olan insanların çoxu cəmiyyətin fəal üzvü olmaq istəyir, lakin sosial və fiziki maneələr, iş yerlərindəki diskriminasiya və təhsil çatışmazlığı onların qarşısına ciddi əngəllər qoyur. Bu, onların işləmək istəyinə deyil, real imkanların olmamasına əsaslanır. Bir çox əlilliyi olan şəxs xarici baxışdan sağlam görünə bilər, lakin onlar xroniki xəstəliklər, güclü ağrılar, yorğunluq və ya məhdud fiziki imkanlarla üzləşir. Məsələn, bəzi insanlar uzun müddət otura bilmir və ya ayaq üstə durmaqda çətinlik çəkirlər. Həmçinin, tibbi prosedurlar və reabilitasiya kimi davamlı tələblər onların tam iş şəraitində fəaliyyət göstərmələrinə mane ola bilər.

QHT.az: Sosial maneələrə də toxunduq, əlilliyi olan şəxslərin iş bazarında qarşılaşdıqları əsas çətinliklərdən bəhs etsək, hansı məsələlər önə çıxır?

Aydın Xəlilov: Əlilliyi olan şəxslər əmək bazarında ciddi diskriminasiya ilə üzləşirlər. Çox vaxt işəgötürənlər onları daha az məhsuldar və ya əlavə çətinlik yaradan insanlar olaraq görürlər. Bu da əlilliyi olan şəxslərin işə qəbul edilməməsi və ya onlara bərabər şansların verilməməsi ilə nəticələnir. Bununla yanaşı, iş yerlərinin əlçatanlığı məsələsi də mühüm əhəmiyyət kəsb edir. Panduslar, uyğun iş stansiyaları və liftlərin olmaması iş yerində fiziki maneələr yaradır.

QHT.az: Psixoloji amillərin rolunu necə qiymətləndirirsiniz? Uzun müddətli işsizlik və ya cəmiyyətdən izolyasiya edilmək bu şəxslərin ruh halına necə təsir edir?

Aydın Xəlilov: Psixoloji amillər də çox vacibdir. Uzun müddət işsiz qalmaq, rədd cavabları almaq, özünə inamsızlıq yaratmağa səbəb ola bilər. Əlilliyi olan şəxslər çox vaxt cəmiyyətin və ya ailənin himayəsinə möhtac olduqlarını hiss edir və bu da əlavə psixoloji təzyiq yaradır. Bu səbəbdən, onların özlərinə inamını artırmaq və dəstək vermək çox vacibdir.

QHT.az: Təhsil və bacarıqların inkişafı əlilliyi olan şəxslərin məşğulluğuna necə təsir edir? Əlilliyi olan şəxslərin məşğulluğuna dəstək olmaq üçün nələr edilə bilər?

Aydın Xəlilov: Təəssüf ki, əlilliyi olan şəxslər üçün təhsil imkanları hələ də məhduddur. Aşağı təhsil səviyyəsi və peşə hazırlığının çatışmazlığı onların müasir əmək bazarının tələblərinə uyğunlaşmasını çətinləşdirir. Əlilliyi olan şəxslərə xüsusi təlimlər və təhsil proqramları təqdim edilməsi, onların bacarıqlarını inkişaf etdirmələrinə kömək edər və bu, iş tapmaqda onlara böyük üstünlük verər. Əlilliyi olan şəxslərin məşğulluğunu artırmaq üçün bir neçə mühüm addım atılmalıdır. Birincisi, müyəssər iş mühitinin yaradılması vacibdir. İş yerlərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılması, təhsil və peşə hazırlığı proqramlarının inkişaf etdirilməsi, inklüziv işəgötürmə siyasətinin tətbiqi çox önəmlidir. Ayrıca, psixoloji dəstək və işəgötürənlərlə əməkdaşlıq da vacibdir. Bizim mərkəz olaraq bu sahədə fəaliyyət göstəririk və əlilliyi olan şəxslərə iş tapma, təhsil alma və özlərini cəmiyyətdə reallaşdırma mövzusunda dəstək oluruq.

QHT.az: Əlilliyi olan şəxslərin iş bazarına inteqrasiyasına dəstək olmaq məqsədilə "Azərbaycanda Əlilliyi olan şəxslər üçün İnklüziv Peşə Təhsili və Məşğulluq İmkanlarının Artırılması" layihəsi həyata keçirilir. Bu layihə haqqında daha ətraflı məlumat verə bilərsinizmi?

Aydın Xəlilov: Bu layihə əlilliyi olan şəxslərin müstəqil həyatını təmin etmək və əmək bazarına inteqrasiyasını asanlaşdırmaq üçün çox mühüm bir təşəbbüsdür. Biz müxtəlif təlimlər, məşğulluq konsultasiyaları, peşə hazırlığı proqramları və işəgötürənlərlə əməkdaşlıq vasitəsilə bu şəxslərin iqtisadi azadlığını artırmağa çalışırıq. Biz həmçinin cəmiyyəti əlilliyi olan şəxslərin hüquqları və cəmiyyətdəki rolu barədə maarifləndirmək üçün müxtəlif kampaniyalar keçiririk.

QHT.az: Layihə çərçivəsində əlilliyi olan şəxslər necə müraciət edə bilərlər?

Aydın Xəlilov: Əlilliyi olan şəxslər və işəgötürənlər layihəyə müraciət edərək daha inklüziv bir iş mühiti yaratmaq üçün bizimlə əlaqə saxlaya bilərlər. Qeydiyyat üçün telefon, email və ünvan üzərindən bizimlə əlaqə qura bilərsiniz. Üstəlik, əlilliyi olan şəxslər üçün bütün təhsil və xidmətlər tamamilə ödənişsizdir. Əlilliyi olan şəxslərin cəmiyyətdəki rolu böyükdür və biz onların imkanlarını daha yaxşı reallaşdırmaq üçün hər bir addımı atmalıyıq. Bütün cəmiyyətin inklüzivliyə doğru irəliləməsi üçün hər birimiz məsuliyyət daşıyırıq. Gəlin birlikdə daha inklüziv və bərabər imkanlara malik bir cəmiyyət quraq!

Əlaqə: Telefon: +994 77 273 17 00

Email: [email protected]

Ünvan: Bakı, Xətai r-nu, Əhmədli, Gəncə pr. 2942A (Həzi Aslanov metrosuna 10 dəq. yaxınlığında)

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Noyabr 2024 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see328

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see226

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see194

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see179

“Rusiya Ukrayna müharibəsinin həllində əhəmiyyətli irəliləyiş var” Tramp

13 Dekabr 2025 08:23see170

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see146

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see146

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see143

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see141

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see138

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see137

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see134

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see132

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see132

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see132

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see130

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see130

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see129

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see129

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri