Icma.az
close
up
RU
Əlilliyi olan şəxslərin rəqəmsal bacarıqlarının artırılması məqsədilə SMM təlimlərinə start verdi FOTOLAR

Əlilliyi olan şəxslərin rəqəmsal bacarıqlarının artırılması məqsədilə SMM təlimlərinə start verdi FOTOLAR

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Rəqəmsal İnkişafla Məşğulluq Yarat” layihəsinin icrasına başlayıb.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, bu barədə "Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək" İctimai Birliyinin sədri Səbinə Kərimova məlumat verib. Onun sözlərinə görə, layihənin məqsədi əlilliyi olan şəxslərin rəqəmsal bacarıqlarını inkişaf etdirmək, onların onlayn məşğulluq imkanlarına çıxışını təmin etmək və əmək bazarına inteqrasiyasını dəstəkləməkdir. Layihə çərçivəsində ilk təlim 23 may 2025-ci il tarixində təşkil olunub. Təlimi ƏSMİD ictimai Birliyinin sədri və layihə rəhbəri Səbinə Kərimova açaraq,iştirakçıları salamladı və layihə barədə geniş məlumat verdi. Sonra iştirakçılara təlmçi, QHT.az saytının admini, jurnalist Pərvanə Fərhadqızı təqdim etdi. Təlimçi Pərvanə Fərhadqızı tərəfindən iştirakçılar rəqəmsal bacarıqlar, onlayn platformalarda iş imkanları, elektron ticarət və rəqəmsal marketinq sahələrində ilkin biliklər təqdim olundu. Təlim zamanı iştirakçılar eyni zamanda fərdi inkişaf, motivasiya və effektiv ünsiyyət bacarıqları üzrə də məlumatlar əldə etdilər.

Layihənin məqsədi əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyasını sürətləndirmək, onların müstəqil şəkildə gəlir əldə etmələrini təmin etmək və inklüziv cəmiyyətin formalaşmasına töhfə verməkdir. Layihə boyunca iştirakçılara mentorluq xidməti də göstəriləcək, onlar fərdi dəstək alacaq və praktiki tapşırıqlarla bacarıqlarını təkmilləşdirəcəklər.

Təlimlər mərhələli şəkildə davam etdiriləcək və iştirakçılar son mərhələdə əldə etdikləri bilik və bacarıqlarla öz onlayn bizneslərini qurmaq və ya rəqəmsal sahədə iş tapmaq imkanı qazanacaqlar.

Qeyd edək ki, layihənin sonunda iştirakçılar əldə etdikləri bilik və bacarıqlarla real onlayn məşğulluq imkanları əldə edəcək və uğur hekayələri əsasında ictimaiyyət məlumatlandırılacaq. “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək" İctimai Birliyi bu layihə vasitəsilə inklüziv cəmiyyətin formalaşmasına və əlilliyi olan şəxslərin ictimai-iqtisadi həyatda aktiv iştirakına töhfə verməyi hədəfləyir.

"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 May 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri