Icma.az
close
up
RU
Bu yanaşma dövlətin və cəmiyyətin qarşılıqlı etimadını möhkəmləndirir Əliməmməd Nuriyev

Bu yanaşma dövlətin və cəmiyyətin qarşılıqlı etimadını möhkəmləndirir Əliməmməd Nuriyev

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Yeni “Azərbaycan Respublikasının Daxili Qoşunları haqqında” qanun layihəsi təkcə təhlükəsizlik sistemini yeniləyən sənəd deyil, həm də hüquqi dövlət quruculuğunda yeni mərhələdir. Bu layihə güc tətbiqinin hüquqi çərçivəsini genişləndirərək, dövlət və cəmiyyət münasibətlərində etimad və məsuliyyət balansını yenidən qurur. 1994-cü ildə qəbul edilmiş əvvəlki qanunun yerinə gələn bu layihə, artıq müasir dövrün tələblərinə uyğun hüquqi strukturlaşdırma və terminoloji dəqiqlik üzərində qurulub. Burada daxili qoşunların vəzifələri, idarəetmə mexanizmləri, məsuliyyət formaları və güc tətbiqi qaydaları ardıcıl şəkildə tənzimlənir. Layihə dövlətin təhlükəsizlik sistemindəki mandat ziddiyyətlərini aradan qaldırır və icra orqanları üçün aydın məsuliyyət xətti müəyyənləşdirir. Bu, yalnız hüquqi texniki düzəliş deyil - dövlət idarəçiliyində şəffaf və hesabatlı mədəniyyətin güclənməsi deməkdir”.

Bunu 525.az-a Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə,layihə hüququn mahiyyətini sadəcə səlahiyyətlər toplusu kimi deyil, humanist dəyərlər sisteminin qoruyucu çərçivəsi kimi təqdim edir. Fiziki qüvvə, xüsusi vasitə və odlu silahdan istifadə yalnız “mütənasiblik”, “son zərurət” və “zəruri müdafiə” prinsipləri əsasında mümkündür. Bu, həm Konstitusiyanın 71-ci maddəsinin tələblərinə, həm də beynəlxalq insan hüquqları normalarına uyğundur:

«Hər əməliyyatın protokollaşdırılması və zərərçəkənə tibbi yardım göstərilməsi kimi müddəalar hesabatlı güc anlayışını hüquqi müstəviyə daşıyır. Qadınlara, uşaqlara, yaşlılara və fiziki məhdudiyyətli şəxslərə qarşı güc tətbiqinin qadağan olunması isə qanunun insani fəlsəfəsini daha da möhkəmləndirir. Bu yanaşma göstərir ki, dövlətin gücü yalnız zorun aləti deyil, hüquqi ədalətin təminat vasitəsidir. Layihə daxili qoşunların fəaliyyətini cəmiyyətə açıq və şəffaf şəkildə qurmaq məqsədi daşıyır. Burada  idarədaxili nəzarətin və ictimai nəzarətin paralel mexanizmləri nəzərdə tutulur. Bu, demokratik nəzarət və hüquqi məsuliyyət prinsiplərini real idarəetmə müstəvisinə gətirir.    Həmçinin qanun layihəsində daxili qoşunların sosial təminat məsələləri ayrıca yer tutur. Hərbi qulluqçuların və onların ailə üzvlərinin təhlükəsizliyi dövlətin birbaşa məsuliyyəti kimi müəyyən edilir. Bu, yalnız xidmət sisteminin hüquqi qorunması deyil, həm də vətənə xidmət edən insanın mənəvi dəyərlərinin tanınması deməkdir. Yeni qanun layihəsi Azərbaycanın təhlükəsizlik və idarəetmə sistemində hüquqi dövlət fəlsəfəsinin konkret ifadəsidir. Burada güc hüquqla çərçivələnir, hüquq isə insani məsuliyyətlə ölçülür. Bu yanaşma dövlətin və cəmiyyətin qarşılıqlı etimadını möhkəmləndirir, dövlət orqanlarının fəaliyyətinə ictimai inamı artırır. Hər bir hüquqi islahatın məqsədi qanunu “qorxunun mexanizmi” deyil, “ədalətin çərçivəsi”nə çevirməkdir. “Daxili Qoşunlar haqqında” yeni Qanun layihəsi məhz bu prinsipin – gücün hüquqa, hüququn isə insana xidmət etdiyi dövlət modelinin nümunəsidir”.

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Oktyabr 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri