Icma.az
close
up
RU
Əlin kişi əlinə dəysin sözünə görə döydü Binə dəki davanın detalları

Əlin kişi əlinə dəysin sözünə görə döydü Binə dəki davanın detalları

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakının Qaradağ rayonunda 1982-ci il təvəllüdlü Salyan rayon sakini Fəqan həmyerlisi Əvəzə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 12-də rayonun Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzindəki “Ağ çiçəyim” gül mağazasının yaxınlığında baş verib. 
Fəqan həmin gün saat 12 radələrində tanışı Əvəzin onunla zarafat etməsini əsassız olaraq özünə sığışdırmayıb, heç bir səbəb olmadan münaqişə yaradaraq ona nalayiq ifadələrlə təhqir edib, üzərinə hücum edib. 
Bu zaman Fəqan başı ilə Əvəzin sifət nahiyəsinə zərbə vurub. Ona hər iki gözətrafı nahiyəsinə xəsarətlər yetirib. 
Fəqanın barəsində Cinayət Məcəlləsinin 127.2.3 (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddələri ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Fəqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzinin qarşısında dayanaraq Salyan rayonuna sərnişin daşıma fəaliyyətini həyata keçirir: “Mayın 12-də, saat 12:30-da ticarət mərkəzinin qarşısında müştəri gözləyərkən həmyerlim Əvəz yaxınlaşaraq insanların içərisində mənimlə yekə-yekə danışaraq “əlin kişi əlinə dəysin” dedi. Mən Əvəzdən o sözün açıqlamasını istəyərkən nalayiq ifadə işlətdi. Həmin zaman əsəbləşərək baş nahiyəsi ilə Əvəzin sifət nahiyəsinə bir zərbə vurdum. Bu zaman ətrafdakı insanlar bizi ayırdılar və polis əməkdaşları yaxınlaşaraq bizi polis idarəsinə apardılar. Hadisə zamanı mən xəsarət almamışam. Əvəzlə əvvəllər aramızda hər hansısa şəxsi ədavətim və ya düşmənçiliyim olmayıb. Mən Əvəzin sifət nahiyəsinə başım ilə bir dəfə zərbə vurdum. Hadisə zamanı ətrafda taksi sürücüləri və rayona getmək istəyən müştərilər olub. Lakin həmin şəxslərin heç birini tanımamışam, etdiyim əməldən peşman olmuşam”.
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Fəqan 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməsi qadağan olunub. 
Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılıb. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Fevral 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri