Icma.az
close
up
RU
Elin Süleymanov Aİnin iqlim mövzusunda ikili standartlarını tənqid edib AZƏRTAC

Elin Süleymanov Aİnin iqlim mövzusunda ikili standartlarını tənqid edib AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

London, 8 yanvar, AZƏRTAC

Azərbaycanın İrlandiyadakı səfiri Elin Süleymanov “The Irish Independent”ə verdiyi müsahibədə COP29-un nəticələri və Avropa İttifaqının iqlim mövzusundakı mövqeyi barədə fikirlərini bölüşüb.

AZƏRTAC xəbər verir ki, səfir Aİ-nin iqlim böhranı ilə bağlı çox danışdığını, lakin hərəkətlərinin sözlərlə uyğun gəlmədiyini vurğulayıb:

“Avropa İttifaqının lider ölkələrinin rəhbərləri iqlim məsələlərinin insanlıq üçün həyat və ölüm məsələsi olduğunu deyirlər. Lakin həmin sammitlərə qatılmırlar. Bu, həqiqətən də ikili standartların bariz nümunəsidir”, - deyə o bildirib.

Elin Süleymanov Bakıda keçirilmiş COP29-un uğurlu nəticələrindən danışaraq, iqlimə həssas ölkələr üçün illik 300 milyard dollarlıq maliyyə vəsaitinin ayrılmasını müsbət addım kimi qiymətləndirib. Bununla belə, o əlavə edib ki, bu rəqəm daha yüksək ola bilərdi:

“Biz daha çox maliyyə vəsaiti üçün mübarizə apardıq. Lakin Qərb ölkələri əsas donorlar olduğu üçün bəzi avropalı dostlarımız ictimaiyyət qarşısında bir söz, şəxsi müzakirələrdə isə başqa sözlər deyirdilər”.

Səfir COP29-un “Bakı Çağırışı” təşəbbüsünü xüsusi vurğulayıb. Qeyd olunub ki, bu təşəbbüs iqlim, münaqişə və humanitar böhranların həlli yollarını birləşdirən uzunmüddətli bir irs olaraq təqdim edilib. O, İrlandiyanın bu təşəbbüsdə lider rol oynaya biləcəyinə və dəstək göstərəcəyinə ümid etdiyini bildirib.

Səfir həmçinin keçmiş millət vəkili və dövlət naziri Terri Leydenin Azərbaycanın İrlandiyadakı ilk fəxri konsulu təyin edilməsi ilə əlaqədar fikir bildirib.

Məqalədə qeyd olunub ki, İrlandiyada təxminən 73 Azərbaycan vətəndaşı yaşayır. Buna münasibət bildirən E.Süleymanov, iki ölkə arasındakı əlaqələrin inkişafının vacibliyini vurğulayıb. “Biz istəyirik ki, daha çox səyahət və əlaqələr qurulsun. Ölkələrimiz bir-birinə daha da yaxınlaşsın”,- deyə səfir qeyd edib.

Elin Süleymanov Azərbaycanın Qarabağ bölgəsində yenidənqurma işlərinin minalar səbəbindən çətinləşdiyini bildirib. O, qeyd edib ki, 2023-cü ildə münaqişənin başa çatmasından bəri 300-dən artıq insan minaların qurbanı olub. Səfir İrlandiyanı və digər beynəlxalq tərəfdaşları minaların təmizlənməsi prosesinə dəstək verməyə çağırıb. E. Süleymanov əlavə edib ki, Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında aparılan birbaşa danışıqlara müdaxilə etməməlidir: “Bütün müsbət dəyişikliklər Azərbaycan və Ermənistanın birbaşa danışıqları nəticəsində baş verdi. Biz bəzi məsələlərdə razılaşmasaq da, qonşuyuq, bir-birimizi yaxşı tanıyırıq və birlikdə yaşamağa məcburuq. Tərəfimizdən hər hansı bir müdaxiləyə ehtiyac yoxdur”.

Səfir həmçinin Azərbaycanın külək və günəş enerjisinə investisiya planlarını qeyd edib. Gürcüstan, Macarıstan və Rumıniya ilə birgə Qara dəniz altından elektrik bağlantısı yaratmaq layihəsinin icra edildiyini bildirib. Bu layihə ilə Azərbaycanın gələcəkdə Avropaya bərpaolunan enerji ixrac etməyi hədəflədiyini vurğulayıb.

“Bakının COP29-a ev sahibliyi etməsi məsələsi ortaya çıxmamışdan çox əvvəl biz yaşıl mənbələrə keçid və enerji müxtəlifliyi haqqında danışmağa başlamışdıq”,- deyə E. Süleymanov qeyd edib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Yanvar 2025 03:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see280

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see278

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see272

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see237

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see224

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see138

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri