Icma.az
close
up
RU
Elin Süleymanov COP29la bağlı BBCyə müsahibə verib AZƏRTAC

Elin Süleymanov COP29la bağlı BBCyə müsahibə verib AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 24 noyabr, AZƏRTAC

Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov COP29-la bağlı “BBC” kanalına müsahibə verib.

AZƏRTAC xəbər verir ki, diplomat müsahibəsində Azərbaycanın iqlim dəyişikliyi, yaşıl enerjiyə keçid və beynəlxalq əməkdaşlıq istiqamətində gördüyü işlərdən, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə alternativ enerji mənbələrinə investisiyalarından bəhs edib: "Azərbaycan regionda yaşıl keçidə liderlik edir. Biz külək, günəş və digər bərpaolunan enerji sahələrinə böyük investisiyalar yatırırıq. COP29-a ev sahibliyi etmək Azərbaycanın qlobal səylərdəki liderliyini nümayiş etdirir və sabah daha yaşıl bir dünya üçün qapıları açır”,- deyə o, bildirib.

Müsahibədə səfir Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı inklüziv müzakirələrə üstünlük verdiyini vurğulayıb. O, qeyd edib ki, iqlim dəyişikliklərinə səbəb olan resursların nümayəndələri də daxil olmaqla, bütün tərəflərin iştirakı ilə müzakirələr aparılmalıdır: "Dəyişiklik istəyiriksə, hər kəs masa ətrafında olmalıdır. 28 COP keçib, hələ də danışırıq. Bunun əsas səbəblərindən biri, kifayət qədər inklüziv müzakirələrin aparılmamasıdır. Azərbaycan isə bu dəfə fərqli yanaşma tətbiq edir”,- deyə səfir bildirib.

E.Süleymanov müsahibə zamanı Azərbaycana qarşı yönəlmiş bəzi ittihamlara da cavab verib. O, diqqəti iqlim dəyişikliyi məsələlərinə yönəltməyin vacibliyini vurğulayaraq, müzakirələrə aidiyyəti olmayan məsələlərin COP konfranslarında diqqəti yayındırdığını qeyd edib.

Səfir bildirib ki, COP29, Azərbaycanın qlobal iqlim dəyişikliklərinə dair səylərini təqdim etmək üçün vacib platformadır. Azərbaycanın məqsədi yalnız müzakirələr aparmaq deyil, həm də konkret həll yollarına nail olmaqdır: "Bizim məqsədimiz qlobal ölçülərə uyğun, davamlı razılaşma əldə etməkdir. Azərbaycan bu sahə də öz öhdəliyini nümayiş etdirir. Razılıq əldə edilsə, bu yalnız Azərbaycanın deyil, bütün dünyanın uğuru olacaq. Əks təqdirdə bu, kollektiv uğursuzluq olacaq. Bəzi Qərb dövlətlərinin liderləri iqlim böhranı ilə mübarizəyə həqiqətən də əhəmiyyət versəydilər, onlar da Britaniyanın Baş naziri Kir Starmer kimi şəxsən COP29-da iştirak edərdilər”,- deyə səfir qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Noyabr 2024 01:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri