Icma.az
close
up
RU
Əlində nar tutaraq “Ağdam mənim vətənimdir” deyən Simonyana TƏRS SİLLƏ: Erməni spikerin etirafları… KONKRET

Əlində nar tutaraq “Ağdam mənim vətənimdir” deyən Simonyana TƏRS SİLLƏ: Erməni spikerin etirafları… KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Ermənistan hakimiyyətində təmsil olunanların bir-birinə zidd bəyənatlar verməsi, özlərini təkzib edən fikirlər səsləndirməsi adi hal halıb. Dünən dediklərini bu gün dananlar siyasətdən uzaq olduqalarını bir daha nümayiş etdirirlər. Baş nazir Nikol Paşinyanın şou xarakterli çıxışları, daxili auditoriyaya hesablanan bəyanatları cəmi bir neçə saatdan sonra məsxərəyə qoyulur. Onun komandasında təmsil olunanlar da eynən Paşinyanın kursunu davam etdirir, bəzən özlərinin danışdıqlarının fərqində olmurlar.

Ermənistan parlamentinin sədri Alen Simonyan da tez-tez bir-birinə zidd, hətta fikirlərini inkar edən çoxlu sayda bəyanatların müəllifidir. Bəzən onun “istedadı” qarşısında aciz qalan jurnalistlər Simonyanın təzadlı fikirləri qarşısında xeyli düşünməli olurlar.

Erməni spiker yenə “quş” buraxıb. Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınmasına toxunan Simonyan bildirib ki, bunun ilk təşəbbüskarı Rusiya prezidenti Vladimir Putindir. Putin isə Paşinyanın məlum bəyanatından sonra “şoka” düşdüyünü bildirmişdi. Rusiya prezidenti Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasına hətta hiddətini də gizlətmir. O, dəfələrlə bildirib ki, bu bəyanatla Rusiyanın Qarabağla bağlı planın üstündən xətt çəkilib. Simonyan bildirib ki, Rusiya bizi tək buraxdı. Məsələ isə çox sadədir. Ermənistanda hesab edirdilər ki, Rusiya Qarabağda Azərbaycanla müharibəyə başlayacaq və 1992-1994-cü illərdə olduğu kimi yenə erməni əsgərinin formasında Azərbaycan ərazilərini işğal edəcək. Amma Azərbaycan 1990-cı illərdə olduğu kimi zəif deyil və ölkəmizin hərbi gücünü region ölkələri də yaxşı bilir.

Üstəlik, Qarabağın Azərbaycan ərazisi kimi tanınmasına Putinin təşəbbüs göstərməsi kökündən yanılış yanaşmadır. Simonyan və digər erməni siyasətçilər çox gözəl anlayırlar ki, bütün ölkələr Qarabağı Azərbaycan ərazisi kimi rəsmən tanıyıb. Hətta, Fransa Senatı Qarabağın  “müstəqilliyini” tanıyan biabırçı qətnamə qəbul etdikdən sonra, rəsmi Paris Fransanın Azərbaycanın ərazi bütövlüyünü qəbul etməsi ilə bağlı bəyanat yaydı.

Simonyan əlbəttə ki, bütün bunlardan xəbərdardır. Eləcə də ölkəmizin və Ermənistanın BMT-yə sovet sərhədləri daxilində girməsini də çox gözəl bilir. Bundan başqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi də Simonyanın yadından çıxmamalıdır. Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycanın suveren hüquqlarını ermənilərdən başqa heç kim şübhə altına almayıb. Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə özünün “Facebook” səhifəsində də bu barədə yazıb: “1994-cü ildən başlayaraq Qarabağın Azərbaycana qaytarılması ətrafında danışıqlar prosesi aparılıb. Bütün danışıqlarda Qarabağın Azərbaycana qaytarılması müzakirə olunub. Biz bunu etmədik. Beynəlxalq birlik isə hətta müharibəyə qarşı çıxmadı. Bu, reallıqdır, əziz insanlar”.

Belə çıxır ki, Simonyan Paşinyanı və eyni zamanda beynəlxalq hüququ rədd edir. Bu gün Ermənistanın Rusiyaya qarşı çoxlu iddiaları var. Amma Rusiyanı Qarabağın Azərbaycanın bir hissəsi kimi tanımasında ittiham etmək axmaqlıqdır. Alen Simonyan erməni jurnalistlərə Qarabağı “Artsax” adlandıra bilməyəcəyini deyib. Qeyd edib ki, siyasi xadim kimi qonşu ölkənin ərazisinə başqa ad demək onun siyasi imicinə xələl gətirər. Yenə də təzad, yenə ziddiyət. Bir neçə il əvvəl Nikol Paşinyan Xankəndidə, “Qarabağ Ermənistandır və nöqtə”, deyən zaman onu alqışlayanlar arasında Simonyan da olub. Üstəlik, Simonyan əlində nar tutaraq “Ağdam mənim vətənimdir”, deyəndə anlamalıydı ki, başqa ölkənin ərazisində onun suveren hüquqlarına hörmətsizlik edir.

Simonyan və daxil olduğu komandanın başı əzilməyincə elə güman edirdilər ki, Qarabağ doğurudan da Ermənistandır və onlar Azərbaycanı başqa ərazilərini də işğal etməklə hədələyirdilər. Simonyan Rusiyanın Ermənistanı “tərk etməsindən” şikayətlənir və bildirir ki, Moskva erməniləri tək buraxdı. Amma Putin bəyanatlarında da təsdiq edib ki, Rusiya Ermənistana daim silah verib. Hətta  44 günlük müharibə zamanı da Moskva Ermənistanın yanında olub. Onu mütəmadi silah-sursatla təmin edib. Yeri gəlmişkən, bunu dolayısı ilə Simonyan özü də etiraf edib: “Qarabağ ermənilərinin əllərində olan silahlarla döyüşmək imkanı var idi”. Bəs  Qarabağdakı separatçılar silahları haradan alıblar? Ermənistanın silah zavodu var? Deməli, Qarabağa bütün silahlar Rusiyadan daşınıb. Eyni zamanda, Simonyan iki vacib məqamı etiraf edib. Birincisi, o, Ermənistanın Azərbaycanın müvəqqəti işğal olunmuş ərazilərində separatçıları silahlandırdıqlarını boynuna alıb. İkincisi, Qarabağda antiterror əməliyyatı keçirməkdə Azərbaycanın haqlı olduğunu sübut edib. Bununla da Ermənistan hakimiyyətinin qeyri səmimiliyi bir daha sübut olunub. Qarabağı Azərbaycanın tərkibində tanıyan rəsmi İrəvan, bəzən çaşdırıcı bəyanatları ilə özünü də çətin vəziyyətə salır. Siyasi imitasiyalardan əl çəkməyin vaxtı isə 4 il əvvəl başa çatıb. İndi regionda güclü Azərbaycan var və onun şərtləri ilə hesablaşmaq lazımdır.

Vəli Həsənoğlu,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 Fevral 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri