Icma.az
close
up
RU
Əliyev Ağ Ev üçün ad çəkdi: Bakını hədəf alan təşkilat haqda dəhşətli FAKTLAR

Əliyev Ağ Ev üçün ad çəkdi: Bakını hədəf alan təşkilat haqda dəhşətli FAKTLAR

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyevin ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda çıxışı zamanı ABŞ Prezidenti Donald Trampla bağlı fikirləri maraqla qarşılandı.

Azərbaycan Prezidenti Ağ Ev rəhbərinin atdığı addımların çox perspektivli olduğunu bildirib. İlham Əliyev vurğulayıb ki, USAID tamamilə korrupsiyaya uğramış təşkilatdır. “Azadlıq”, “Amerikanın səsi” radiolarının fəaliyyətinin dayandırıldığını, lakin bunun kifayət olmadığını deyən dövlət başçısı, siyasi düşmənçiliyə xidmət edən “Human Rights Watch”, “Amnesty International”, “Transparency” kimi təsisatların fəaliyyətinin qarşısı alınmalı olduğunu diqqətə çatdırıb.

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, cənab Prezidentin qeyd etdiyi kimi, USAİD tamamilə korrupsiyaya uğramış və qanunsuz əməllərlə məşğul olan bir təsisatdır:

“Bunu son dövrlərdə ictimailəşdirilən faktlar da sübuta yetirir. Məsələn, İlon Maskın rəhbərlik etdiyi xərclərin azaldılması komandasının USAID əməkdaşlarına göndərdiyi işdən çıxarılma bildirişlərində ciddi səhvlər aşkar edilib. Senator Joni Ernst USAID-in Mərakeşdə keramika dərsləri, Livana səfərlər və Vuhandakı laboratoriyaya maliyyə yardımı kimi layihələrə milyonlarla dollar sərf etdiyini və bu vəsaitlərin səmərəsiz istifadə olunduğunu iddia edib.

Bununla yanaşı, məlum olub ki, USAID 1990-cı ildə Əl-Qaidə qruplaşmasının terrorçusu Ənvər əl-Əvlakinin Kolorado Dövlət Universitetində təhsilini tam maliyyələşdirib. Əl-Əvlaki bu təhsildən terrorçuları radikallaşdırmaq və cəlb etmək üçün istifadə edib. USAID-in Afrika layihələrindən birində sənədlərin saxtalaşdırılması və maraqların toqquşması halları aşkar edilib”.


Elçin Mirzəbəyli

Deputat bildirib ki, Ağ Evin 3 fevral 2025-ci il tarixli bəyanatına görə, USAID-in müxtəlif ölkələrdə həyata keçirdiyi layihələrdə böyük məbləğdə vəsaitlərin səmərəsiz xərclənməsi halları aşkarlanıb:

“Məsələn, Serbiyada iş yerlərində müxtəlifliyin artırılması üçün 1,5 milyon dollar, İrlandiyada “DEI musiqili” layihəsi üçün 70 min dollar, Vyetnamda elektrikli nəqliyyat vasitələri üçün 2,5 milyon dollar və Kolumbiyada “transgender operası” üçün 47 min dollar ayrıldığı qeyd edilir.

“Chemonics” adlı podratçı şirkət Nigeriyada səhiyyə təchizat zənciri layihəsi çərçivəsində saxta fakturalar təqdim etdiyi üçün ABŞ hökumətinə 3,1 milyon dollar məbləğində cərimə ödəməyə razılaşıb. Bu, USAID-in podratçı və subpodratçılarının fəaliyyətində nəzarət mexanizmlərinin zəif olduğunu göstərir.  ABŞ senatorları Jim Risch və Tim Scott, USAID-in Afrika İnkişaf Fondunda vəsaitlərin səmərəsiz istifadəsi, saxta xərclər və maraqların toqquşması kimi ciddi idarəetmə problemlərinin araşdırılmasını tələb ediblər.

Bütün bunlar USAİD-lə bağlı olan qanunsuz əməllərin yalnız görünən tərəfidir. Görünməyən tərəflərinin, yəni daha ağır cinayətlərin tam siyahısını isə çox güman ki, məxfilik qrifi altında gizlədildiyi üçün görmək mümkün olmayacaq”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Aprel 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri