Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Əliyev hər şeyi Pezeşkianın bircə zənginə qurban etdi...

Əliyev hər şeyi Pezeşkianın bircə zənginə qurban etdi...

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Prezident İlham Əliyevin 5 martda – İrandan Naxçıvan Beynəlxalq Hava Limanı və orta məktəbə dron hücumundan sonra verdiyi kəskin bəyanat və ardınca dövlətimizin atdığı qətiyyətli addımlar bəzilərini təəccübləndirmişdi. Onlar müqayisə edirdilər: Türkiyə istiqamətində bir gün öncə, 4 martda İran tərəfindən raket atılmış, NATO tərəfindən zərərsizləşdirilən raket Hatay vilayətinə düşmüşdü.

Bunu misal göstərənlər İlham Əliyevin Ərdoğandan fərqli reaksiya göstərməsini anlamaqda çətinlik çəkirdilər, bir çox halda isə bundan ölkəmizə qarşı sui-istifadəyə cəhdlər hiss olunurdu.

Amma fərq həddən artıq çoxdur:

1. Türkiyə istiqamətində atılan raketin hədəfinin əslində Aralıq dənizindəki hərbi obyekt olduğu barədə Türkiyənin özündə belə ciddi iddialar var. Raketin Türkiyəyə atıldığını türk ekspertlərin özləri belə qətiyyətlə deməkdən açıq şəkildə çəkinirlər – analoji iddia ötən gün Türkiyə istiqamətində atılan növbəti raketə də aiddir.

4 ədəd PUA-nın birbaşa Naxçıvana hücum etməsi isə göz önündədir;

2. Türkiyə istiqamətində atılan raket(lər)in hədəfi bəlli deyil, çünki havada vurulub.

Azərbaycan ərazisinə daxil olan PUA-ların isə hədəfi tam aydındır – mülki infrastruktur, aeroport və uşaqların təhsil aldığı orta məktəb.

3. Türkiyə NATO ölkəsidir, öz ərazisindən İrana qarşı heç bir hücuma izn verməsə də, regionda gərginlik fonunda ölkənin hava məkanı üçün NATO ayaqdadır, təsadüfi deyil ki, həm 4 martda, həm də 9 martda buraxılan raketləri NATO qüvvələri vurub.

Azərbaycan heç bir hərbi blokun üzvü deyil, ərazisində heç bir ölkənin bazası yoxdur. Azərbaycana edilən hücum elə Azərbaycana edilən hücumdur – İrana hücum edən “müttəfiqin” bazasına yox...

Türkiyə atılan raketlərin ABŞ bazalarını hədəf aldığı və NATO-nun da onları zərərsizləşdirdiyi üçün sərt reaksiyadan çəkinə bilər, ancaq səfirini çağırıb, etirazını da çatdırır.

Azərbaycan isə özünə edilən və birbaşa orta məktəb şagirdlərini, Naxçıvanla yeganə əlaqəni hədəf alan hücuma sakit reaksiya verə bilməz.

4. Ərdoğan da daxil olmaqla, heç bir ölkənin nəinki birinci şəxsi, heç naziri belə İran səfirliyinə gedib, Əli Xameneinin həlak olmasına görə başsağlığı verməyib – yalnız İlham Əliyevdən başqa.

4 martda İlham Əliyev İranın Azərbaycandakı səfirliyinə şəxsən gedib, başsağlığı verdi.

ABŞ lideri Donald Tramp İlham Əliyevə şəxsi münasibətini əl görüşməsindən tutmuş Ağ Evdə stulunu şəxsən çəkməsinə qədər, bir çox məqamlarla büruzə verib və dünyaya nümayiş etdirib. Avropa liderlərini Ağ Evdə masasının önündə sıraya düzən Tramp İlham Əliyevlə eyni masanı bölüşmüşdü.

Dünyada nizamın pozulduğu indiki şəraitdə şəxsi münasibətlərin necə mühüm faktora çevrildiyini gözəl bilən İlham Əliyev Trampın şəxsi göstərişi ilə aradan götürülən qonşu liderə görə o ölkənin səfirliyinə gedən yeganə şəxs olaraq təkcə inanılmaz cəsarət sərgiləmədi, bu, həm də kimliyindən asılı olmayaraq, müsəlman dövlət başçısının ölümünə reaksiya baxımından əsl ləyaqət nümunəsi idi.

Heç kim bu ləyaqəti, dövlət ərkanını göstərmək istəmədi – Əliyevdən başqa!

Bunun əvəzində Naxçıvana, həm də orta məktəbə, həm də mülki hava limanına hücum əlbəttə ki, qeyri-adi sərt reaksiya doğurmalı idi.

Həmin gün qərar verildi və İranla yük daşımaları, tranzit keçid də daxil olmaqla, bütün əməliyyatlar dayandırıldı; siyasi-diplomatik xahişlərin icrası, humanitar təşəbbüslər də dayandırıldı.

Azərbaycan öz tələblərini səsləndirdi: üzrxahlıq, araşdırma, səbəbkarların cəzalandırılması...

İran Prezidenti Məsud Pezeşkian İlham Əliyevə 8 martda zəng etdi. Zəngin gecikmə səbəbləri haqda uzun-uzadı ehtimallar irəli sürmək mümkündür. O ehtimallara toxunmadan xüsusi vurğulayaq ki, Pezeşkianla Əliyevin telefon danışığı haqda Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin yaydığı press-relizdə İranın azərbaycanlı prezidentinin üzr istəməsi ilə bağlı bircə cümlə də yoxdur. Əksinə, yayılan açıqlamada Pezeşkianın əvvəlki mövqeyi qorunub-saxlanılır, bu hücumun İranla əlaqəsi olmadığını bildirir, araşdırılacağını deyir – baxmayaraq ki, bundan bir gün öncə Pezeşkianın “qonşulardan üzr”ünün əsas ünvanının Azərbaycan Respublikası olduğunu da bu zəng ortaya qoyur (Pezeşkian o açıqlamasından sonra yalnız Əliyev və Ərdoğanla danışıb).

Son dərəcə ciddi nüansdır: Pezeşkian üzr istəmir (və yaxud rəsmi açıqlamada buna toxunulmasına ehtiyac görülmür), ancaq Xameneiyə görə başsağlığı verməsi, həmçinin humanitar yardım niyyətini vurğulayıb, minnətdarlıq edir.

Prezident İlham Əliyev isə anında göstərişlərini verir: 9 martda İranla yük daşımalarına qoyulan qadağa tam şəkildə qaldırılır, 10 martda isə İrana humanitar yardım karvanı yola düşür.

İlham Əliyev Müctəba Xameneini ali rəhbər seçilməsi münasibəti ilə təbrik edir.

Cəmi bircə zəng kifayət edir ki, rəsmi Bakının mövqeyi tam dəyişsin!

Çünki zəng edən azərbaycanlıdır!

Çünki zəng edən canıbir-qanıbir qardaşımızdır!

Çünki ABŞ və İsrailin zərbələrindən əziyyət çəkənlərin tam yarısı canıbir-qanibir bacı-qardaşlarımızdır!

Çünki Azərbaycan Respublikası və Əliyev Pezeşkianın istinad yerləri içində birinci yerdədir!

Çünki biz artıq 60 milyonuq (50 milyon 20 il əvvəl idik) və 60 milyonun gözü Quzeydədir!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://axar.az
archiveBu xəbər 10 Mart 2026 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see709

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see455

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see401

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see305

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see289

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see287

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see260

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see255

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see246

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see245

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see241

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see238

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see237

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see235

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see230

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see217

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see195

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see192

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see186

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri