Icma.az
close
up
RU
Əliyev lazım olanı dedi, mənim başqa sözüm yoxdur Paşinyan

Əliyev lazım olanı dedi, mənim başqa sözüm yoxdur Paşinyan

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan və Ermənistan arasında dönüş nöqtəsi razılaşması əldə olunub, ondan imtina etmək heç bir tərəf üçün faydalı deyil”.

Globalinfo.az Teleqraf.com-a xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir sülh sazişi üzrə əldə edilmiş razılaşmanın pozula biləcəyindən qorxunun olub-olmaması ilə bağlı sualı belə cavablandırıb:

Həmçinin oxuyun:

Erməni rəsmilərlə nəyi müzakirə edəcəyik? – Elmar Məmmədyarov

“Ermənistan və Azərbaycanın ümumi maraqları və ABŞ-nin sülh sazişində iştirakı açıq şəkildə göstərir ki, imtinanın heç bir tərəfə sərfəli ola bilməyəcəyi əlamətdar razılaşma əldə olunub. Bu sualı istənilən saziş və istənilən müqavilə ilə bağlı vermək olar, amma bu gün bəyannamənin imzalanması əhval-ruhiyyəsi, mənim bəyanatlarım, Prezident Trampın bəyanatları, Azərbaycan prezidentinin bəyanatları, məncə, atmosferin müəyyən dəyişikliyindən xəbər verir. Prezident Əliyev erməni jurnalistin oxşar sualını cavablandırıb və mənim buna əlavə etməyə heç nəyim yoxdur”.

Paşinyan qeyd edib ki, uzun sürən danışıqlar nəticəsində razılıq əldə olunub və tərəflər rəhbərlik etdikləri ölkələrin maraqlarına cavab verən mətn üzərində razılaşıblar.

Baş nazir vurğulayıb ki, bu sülh anlaşması həm Ermənistan, həm Azərbaycan, həm də region üçün uğurdur: “Əgər nəyisə uğur hesab ediriksə, ondan niyə imtina edək, hansı məqsədlə? Vaz keçməli idiksə, niyə bu mərhələyə çatdıq?”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Avqust 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see587

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see418

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see298

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see276

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see270

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see265

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see254

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see254

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see252

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see234

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see226

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see199

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see199

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see194

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see183

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see183

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see179

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see171

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri