Icma.az
close
up
RU
Əliyev Mirziyoyevlə bir arada: Xankəndidə fabrik açıldı Yeniləndi

Əliyev Mirziyoyevlə bir arada: Xankəndidə fabrik açıldı Yeniləndi

Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, Şavkat Mirziyoyev COP29-un uğurla keçirilməsi münasibətilə təbriklərini çatdıraraq, bu tədbirin çox yüksək səviyyədə təşkil olunduğu vurğuladı. Qeyd etdi ki, Özbəkistan Azərbaycana dost, qardaş və müttəfiq ölkə olaraq buna sevinir. Ali qonaq dedi ki, Özbəkistanda Azərbaycana xüsusi münasibət var.

İkitərəfli münasibətlərimizin inkişafında tarixi bir dövrün olduğunu vurğulayan Özbəkistan Prezidenti ölkələrimiz arasında bu il imzalanan müttəfiqlik münasibətləri haqqında Müqaviləni qeyd etdi. Şavkat Mirziyoyev nümayəndə heyətlərimizin yaxından işlədiyini, qarşıya qoyulan layihələrin uğurla icra edildiyini dedi.

Prezident İlham Əliyev ölkəmizə səfərə gələrək COP29-da iştirak etdiyinə görə Özbəkistan dövlətinin başçısına təşəkkürünü bildirdi.

İmzalanan sənədlərin önəminə toxunan Azərbaycan Prezidenti dedi ki, yaşıl enerjinin inkişafı və ötürülməsi layihələrinin həyata keçirilməsi əlaqələrimizin mahiyyətini göstərir.

Dövlət başçısı Xankəndi şəhərində tikiş fabrikinin inşası ilə bağlı layihəyə görə minnətdarlığını bildirdi və burada xeyli sayda insanın işlə təmin olunacağının önəmini vurğuladı.

Söhbət zamanı Bakıda Özbəkistan Evi, Özbəkistanda isə Azərbaycan Evi layihələrinin icrasından məmnunluq bildirildi, ölkəmizin Özbəkistanda ticarət nümayəndəliyinin açılması, təhsil, maşınqayırma, inşaat, mədən, əczaçılıq, pambıqçılıq, turizm sahələrində layihələrlə bağlı fikir mübadiləsi aparıldı.

Sonra Azərbaycan və Özbəkistan Prezidentlərinin iştirakı ilə Xankəndi şəhərində tikiş fabrikinin videobağlantı vasitəsilə açılış mərasimi oldu.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Prezident Şavkat Mirziyoyev: Təbrik edirəm. Uğurlu başlanğıcdır.

Prezident İlham Əliyev: Burada həm Azərbaycan dilində, həm də özbək dilində yazılıb. Sözlər eynidir.

Bu fabrik birliyimizin daha bir rəmzidir. Mən qardaşım Şavkat Miromonoviçə minnətdarlığımı bildirirəm ki, bizim özbək dostlarımız qısa müddətdə Xankəndidə minlərlə insanın çalışacağı və təbii ki, mütləq əksəriyyəti qadınlardan ibarət gözəl müəssisənin yaradılmasına kömək göstərdilər. Bu, məşğulluqdur, bu, istehsaldır, bu, Qarabağın inkişafıdır. Özbək qardaşlarımız isə yenə burada birincidirlər. Füzulidə məktəb tikməkdə bizə ilk yardımçı oldular, işğaldan azad edilmiş ərazilərdə belə böyük bir müəssisə yaratmaqda bizə ilk köməyi göstərdilər.

Mən Şavkat Miromonoviçə, bütün özbək dostlarımıza və qardaşlarımıza belə qardaşlıq münasibətinə görə bir daha minnətdarlığımı bildirir və bu müəssisənin açılışı münasibətilə sizi təbrik edirəm.

x x x

Qeyd edək ki, bu tikiş fabrikinin inşası Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən həyata keçirilib. Layihənin ümumi investisiya dəyəri 11 milyon manat təşkil edir. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Müəssisə həm yerli, həm də Özbəkistan xammalı əsasında fəaliyyət göstərəcək. Regionda qeyri-neft ixracının artımına əhəmiyyətli töhfə verəcək fabrikdə istehsal olunacaq məhsulların 80 faizi müxtəlif ölkələrə ixrac ediləcək. Ərazisi 1,2 hektar olan fabrikdə ildə 3-5 milyon ədəd müxtəlif trikotaj məhsulları istehsal ediləcək. Ümumilikdə burada 800 iş yeri yaradılacaq. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim almış 250 nəfər hazırda işlə təmin olunub. Müəssisədə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğuna xüsusi diqqət yetirilib. Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan tikiş fabriki iki ölkə arasında uğurlu əməkdaşlığın rəmzi olaraq ölkəmizdə yüngül sənayenin inkişafı üçün yeni imkanlar açır və ənənəvi dostluq, iqtisadi tərəfdaşlıq əlaqələrimizi möhkəmləndirir.

***

11:54

Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, sonra Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə Xankəndi şəhərində tikiş fabrikinin videobağlantı vasitəsi ilə açılış mərasimi olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 15 Noyabr 2024 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see148

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see148

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Türkiyə millisi İtaliyalılar qarşısında darmadağın oldu YENİLƏNİB

29 Sentyabr 2026 01:05see145

Çəngəl bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır

29 Sentyabr 2026 04:04see145

İranın Qəşm adası yaxınlığında partlayış səsləri eşidilib

29 Sentyabr 2026 01:23see145

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

Yığmaya rəhbərlik edən məşqçilər arasında ən zəif nəticələrdən biri

29 Sentyabr 2026 00:20see142

Totti 2006 cı il dünya çempionatının həyatındakı rolundan danışdı

29 Sentyabr 2026 05:19see142

Monteneqrodan son dəqiqə şoku: Ermənistan məğlub oldu

29 Sentyabr 2026 00:07see141

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Demnadan Milanda yeni Gucci kolleksiyası (FOTO)

29 Sentyabr 2026 08:15see139

Qazaxıstanlı atlet Asiya Oyunlarının qızıl medalından məhrum edildi

29 Sentyabr 2026 00:32see139

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

16 marşrutun yolu dəyişdirilir

28 Sentyabr 2026 23:39see138

Tramp təsdiqlədi: İranla yeni təmaslar qurulub

29 Sentyabr 2026 01:01see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri