Icma.az
close
up
RU
Əliyev möcüzəsi: Unikal idarəetmə, heyrətamiz diplomatiya

Əliyev möcüzəsi: Unikal idarəetmə, heyrətamiz diplomatiya

Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanın quruculuq salnaməsini inkişaf etdirən, yeni uğurlar yazan, daim Zirvəyə daşıyan və müasir siyasətimizdə alternativi olmayan yeganə Liderdir. O, Azərbaycanın milli qürur mənbəyi, dövlətçiliyimizin simvoludur. Azərbaycan Onun Siyasi uzaqgörənliyinin, müdrik dühasının və əsil lider məharətinin sayəsində müstəqil, suveren dövlət kimi adını müasir tarixinizə qıızıl hərflərlə yazdırmışdır.

Birmənalı şəkildə qeyd olunmalıdır ki, İlham Əliyev müstəqil Azərbaycanın inkişafı uğrunda ən ağır mübarizələrdə və çətin sınaqlarda Heydər Əliyevin yaxın silahdaşı kimi yaxından iştirak etmiş, gənc yaşlarından siyasi və iqtisadi idaretmənin incəliklərini dərindən mənimsəmişdir. Onun fitri bacarığı və mükəmməl baxışları enerji diplomatiyasının uğurlarında misilsiz rol oynamışdır. Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində çalışdığı dövrdə neft müqavilələri ilə bağlı aparılan gərgin danışıqlarda iştirak edən İlham Əliyevin məhz qətiyyəti və prinsipial mövqeyi sayəsində “Əsrin müqaviləsi” birbaşa Azərbaycanın milli maraqları və mənafeyinə uyğun imzalanmışdır.

1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilən İlham Əliyev deputat olduğu dövrdə geniş və çoxşaxəli fəaliyyəti ilə qanun yaradıcılığında yaxından iştirak edərək yenilikçi siyasətçi kimi sanballı töhfələr verib. Azərbaycan Parlamentinin daimi nümayəndə heyətinin rəhbəri kimi fəaliyyəti çox yaddaqalan və məzmunlu olub. Onun bu mötəbər tribunadan əzmkar iradəsi və cəsarətli çıxışları sayəsində erməni təcavüzkarları Avropa Şurasında ifşa olumuş, Qarabağ haqqında Qərb dünyasında oybektiv rəy formalaşmışdır.

Cənab İlham Əliyev 2000-ci illərdə yetkin siyasi lider, Böyük Siyasətə hazır şəxsiyyət kimi regional və planetar statustda qəbul edilirdi. Heydər Əliyev kimi nəhəng strateqin unikal idarəçilik məktəbində yetişməsi Azərbaycanın dövlət idaretmə institutunun qeyd-şərtsiz Ona həvalə edilməsini şərtləndirirdi. Həmin dövrdə baş verən ictimai proseslər, Ulu öndərin səhhətində yaranan problemlər İlham Əliyevin hakimiyyətə gəlişini tarixi zərurətə və qarşsıalınmaz siyasi qanunauyğunluğa çevrilmişdi.

Ulu öndər 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətində öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürərəkən nikbin tərzdə bildirirdi ki, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyev qarşıda duran bütün məsələləri baş çatdıracaq: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Xalq Heydər Əliyev yolunun yeganə əmanəti olan cənab İlham Əliyev ətrafında yekdilliklə birləşərək 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərinə dərin etimadını nümayiş etdirdi. Bununla da Azərbaycanın ictimai-siyasi həyatında əlamətdar hadisə, yeni mərhələ başlandı.

Prezident İlham Əliyev çalışdığı mötəbər dövlət vəzifəsində hər zaman xalqa arxalanıb, güc alıb, xalqın iradəsi ilə irəliyə addımlayıb. Atdığı hər addımda milli maraq və mənafeləri, vətəndaşların həyatını uca tutub, siyasi ömrünü dövlətimizə və xalqımıza fəda edib. Dövlətin ali kürsüsündə ölkənin qarşısında dayanan bütün məsələlərin necə və hansı yolla həll edilməsini hər kəsdən yaxşı bilirdi. Onun ən ali amalı, müqəddəs ideyası, bir nömrəli vəzifəsi torpaqlarımızı erməni işğalından azad etmək idi. Oktyabrın 31-də andiçmə mərasimində də bu taleyüklü məsələni ən birinci manifesti kimi elan etdi: “Biz Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik, iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə yönəldəcəyik. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”.

Cənab İlham Əliyev ali vəzifənizə başladığı ilk gündən bütün gücünü və vaxtını bir nömrəli müqəddəs arzusu olan torpaqlarımızın erməni tapdağından azad edilməsinə sərf etdi, ölkəmizin güclənən iqtisadi potensialı ardıcıl olaraq peşəkar ordu quruculuğuna yönəltdi. Eyni zamanda, bütün Azərbaycan cəmiyyətini vahid amal ətrafında səfərbər etdi. Beynəlxalq təşkilatların ədalətsizliyi, riyakarlığı, hətta təzyiq və təxribatları qarşısında əyilmzə vüqarı ilə dik durdu. O, təkcə Ermənistanla deyil, onun havadarları ilə siyasi-diplomatik, informasiya cəbhəsində mübarizə aparırdı.

Prezident İlham Əliyev mahir siyasət və idarəretmə ustası, uzman diplomat, etibarlı və etimadı yüksək olan şəxsiyyətdir. Adı və nüfuzu Azərbaycanın hüdudlarını aşaraq planetar miqyas aldığından ölkəmizin dostlarının sayı qat-qat artmışdır. Onun sakit səbrlə müşahidə edilən ecazkar siyasi müdrikliyi Azərbaycana etibarlı beynəlxalq tərəfdaşlar qazandırıb. Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, MDB, və digər qurumlarda Azərbaycanın haqq səsinə qoşulan yaxın müttəfiqlərinin sayını artırıb. O, dünyada haqsızlıqlara rəğmən, Azərbaycanın yaxın tərəfdaşlarının siyasi dəstəyinə arxalanaraq beynəlxalq ali tribunalardan Ermənistana sonu yaxşı olmayacaq xəbərdarlığını bəyan edirdi.

Cənab Prezident 17 il ərzində heyrətamiz təmkinini qorusa da yenilməz qətiyyətlə, möhkəm iradə ilə yekun bəyanatını verdi: “Biz heç vaxt bu işğalla barışamayacağıq. Azərbaycan ərazilərində ikinci erməni dövləti yaradılmayacaq. Bizim səbrimizin də həddi var!”.

Ali Baş Komandan hərbi-diplomatik zəkası və fədakarlığı sayəsində qurduğu nümunəvi orduya, yenilməz Silahlı Qüvvələrimizə güvənərək Zəfər hərəkatına başladı, cəmi 44 gün ərzində düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifini bütün dünyanın gözü qarşısında fiaskoya uğratdı. 23 saatlıq peşəkar manevrlərlə Xankəndidəki terror yuvasının kökünü kəsərək erməni faşizminin Azərbaycan ərazilərində əbədi məhvinə səbəb oldu. O, Azərbaycan xalqının qürurunu bərpa etdi, başını ucaltdı. Dünyanın hər yerində azərbaycanlılar başı dik, ləyaqətlə gəzir.

Prezident İlham Əliyev təkcə 10 milyon Azərbaycan vətəndaşının rəhbəri deyil. O, 50 milyonluq Dünya Azərbaycanlılarının lideridir. O, Azərbaycanın tarixinin siyasi yaddaşı, dövlətçiliyimizin Simasıdır. İlham Əliyev son 200 illik tariximizdə yeganə şəxsiyyət, siyasi lider kimi adını düşmən tərəfindən işğal olunmuş ərazilərin azad edilməsinə və geri qaytarılmasına nail olan Xilaskar kimi yazdırmaqla Azərbaycan tarixinin Zəfər salnaməsidir.

Müasir gənclik, gələcək nəslin nümayəndələri məhz Ali Baş Komandanın Zəfər manifesti sayəsində əbədi dinclik, əmin-amanlıq tapıb, gələcək xoş və əbədi səadətini qurmaqdadır. Bu gün 86.6 min kv.km ərazisinin hər bir nöqtəsində müqəddəs Azərbaycan Bayrağının dalğalanması Müzəffər Ali Baş Komandanını əsl Sərkərdə qabiliyyətinin, Böyük Qəhrəmanlığının rəmzi hesab edilə bilər.

Qalibiyyət missiyasının növbəti səhifəsini azad ərazilərdə davam etdirən cənab Prezident 4 ildir ki, Böyük Qayıdışın yeni uğurlarını yazır, eyni zamanda regionun böyük bir əməkdaşlıq quruculuğu arxitekturasını qurur, geosiyasi ladşaftının dəyişməsinə səbəb olmaqdadır. Onun siyasi istedadı və potensial imkanları Cənubi Qafqaz və yaxın regionla məhdudlaşmır və hədsiz böyük bir siyasi coğrafiyanı əhatə edir. Praktik olaraq siyasi sistemə gətirdiyi yeni davranış modeli qlobal səviyyədə qəbul olunur. Onunla beynəlxalq səviyyədə, ən mötəbər siyasi arenalarda hesablaşırlar, məsləhətləşirlər, məsləhət alırlar, birgə xoşniyyətli yollar cızırlar.

Təvazökarlıqdan uzaq olsa da etiraf etmək lazımdır ki, bəzi dövlət başçıları Ona oxşamağa çalışır, Ondan öyrəndiklərini etiraf edirlər. Serbiya Prezidenti Aleksandr Vuçiçin dəfələrlə Prezident İlham Əliyevin dövlət başçısı kimi məharətinə heyranlığını xatırlatmaq yerinə düşür. Cənab Vuçiç qeyd edir ki, “Prezident İlham Əliyevin sözünə istənilən imzadan daha çox etibar etmək olar”. Yaxud, Macarıstanın baş naziri Viktor Orban beynəlxalq arenada necə və daha çox uğur qazanmağın yollarının İlham Əliyevdən öyrənilməli olduğunu söyləyib. “Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm”.

Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyıb Ərdoğanın fikrincə, İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycan bölgədə cazibə mərkəzinə çevrilib. Rusiya Prezidenti Vladimir Putin isə Azərbaycan Prezidentinin başlıca məqsədinin öz ölkəsinin, Azərbaycan xalqının xoşbəxtliyə apardığını və buna nail olduğunu vurğulayıb.

Digər ölkələrin prezidentləri və dövlət rəhbərləri də Azərbaycan Prezidentinin nadir siyasi keyfiyyətlərinə heyranlıqlarını ifadə ediblər. Hətta bəzi xarici siyasi liderlər Onun bu qədər geniş hüdud alan siyasi qüdrətindən, qlobal təşəbbüskarlığından, geriçəkilməz prinsipial diplomatik hünərindən ehtiyat edərək qısqanırlar. Bəzi hallarda Ona qarşı açıq müşayiət edilən ədalətsiz davranışların səbəbi də məhz İlham Əliyevin siyasi nəhəngliyindən, bənzərsiz Liderliyindən, qlobal coğrafiyada Sözünə və İmzasına sadiqlindən qaynaqlanır.

Xalqımız Möhtərəm Prezidentimizin möhtəşəm siyasi qüdrətindən, zəngin idarəçilik irsinizdən uzun illər bəhrələnmək və öz gələcək firavanlığını qorumaq üçün 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində yekdilliklə Onu dəstəkləyərək dərin etimadını nümayiş etdirdi. Bu düzgün seçimlə ölkəmizin yeni inkişaf mərhələsi başlandı.

Prezidentin mizanı pozulmuş dünya siyasətində gətirdiyi müasir baxış və mütərəqqi yanaşmalar və məharətlə irəliyə daşıdığı humanist diplomatiya regional və beynəlxalq həmrəyliyə töhfələr verməkdədir. Biz bunun növbəti qürurverici anını ötən ay ölkəmizdə keçirilən COP29 sessiyasında gördük, dünya liderləri Onun peşəkar təşkilatçılıq qabiliyyətini iqlim diplomatiyasında dönüş nöqtəsi kimi qiymətləndirdi.

Cənab İlham Əliyev son 21 ildə çoxşaxəli fəaliyyəti, siyasi qətiyyət və iradəsi, həyata keçirdiyi müstəqil siyasət kursu ilə hər bir Azərbaycanlının arzu və istəyini gerçəkləşdirib. Onun tarixi-siyasi statusu, Lider kimi Azərbaycan qarşısında gördüyü işlərin miqyası 21 illik tariximizdən daha böyükdür. Hər bir azərbaycanlı qəti əmindir ki, cənab Prezident yeni siyasi və iqtisadi çağırışların dərin fraqmentasiya aldığı müasir mühitdə unikal Liderliyi ilə ölkəmizi yeni intibah mərhələsinə yüksəldəcək, daha ləyaqətli rifah cəmiyyəti quracaqdır.

seeBaxış sayı:88
embedMənbə:https://axar.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri