Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Əliyev Qafqazın gələcək taleyini təkbaşına yazır: Rəsmi Bakı regionu qaranlıq keçmiş dən uzaqlaşdırır

Əliyev Qafqazın gələcək taleyini təkbaşına yazır: Rəsmi Bakı regionu qaranlıq keçmiş dən uzaqlaşdırır

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rəsmi Bakının müəllifi olduğu geoiqtisadi layihələrin sayəsində və məhz Azərbaycanın birbaşa iştirakı ilə Ermənistan da tranzit ölkəyə çevrilmək imkanı qazanır... Bu baxımdan, ABŞ-ın da iştirakı ilə reallaşdırılacaq Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) bütövlükdə Cənubi Qafqaz üçün genişmiqyaslı inkişaf perspektivləri vəd edir...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Cənubi Qafqazın gələcək taleyinin müəyyən olunması istiqamətində strateji addımlar atılmaqdadır. Belə ki, Azərbaycan, ABŞ və Ermənistan arasında bu regionu yeni inkişaf perspektivlərinə qovuşdura biləcək önəmli sənədlər imzalanıb. Ona görə də, bundan sonra Cənubi Qafqazda geopolitik şərtlərin dəyişib, yeni dövrün başlanma ehtimalı kifayət qədər yüksəkdir. Və Azərbaycan Prezidenti İlham Əliyevin açıqlamaları da əslində, Cənubi Qafqazı gözləyən strateji dəyişikliyin anonsu da sayıla bilər.

Onu da qeyd etmək lazımdır ki,  Prezident ilham Əliyevin Ağ Ev sahibi Donald Trampın dəvəti ilə ABŞ-a işgüzar səfəri Azərbaycan-ABŞ münasibətləri üçün çox böyük önəm daşıyır. Belə ki, yaxın gələcəkdə Azərbaycan-ABŞ ikitərəfli münasibətləri yeni əməkdaşlıq mərhələsinə keçməklə, strateji tərəfdaşlıq səviyyəsinə qədər inkişaf edə bilər. Və bu baxımdan, hazırda Azərbaycanın milli maraqlarının qorunması üçün ABŞ ilə yüksək səviyyədə münasibətlər qurulur və inkişaf etdirilir.

Azərbaycan və ABŞ prezidentlərinin görüşünün səmimi şəraitdə keçməsi isə dövlətimizin başçısının liderliyinə və ölkəmizə verilən böyük önəmin açıq göstəricisidir. Eyni zamanda, Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasını hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılmasına dair sənədin imzalanması böyük əhəmiyyət daşıyır. Həmin sənəddə yer alan gələcək əməkdaşlıq istiqamətləri - qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və s. sahələrdə fəaliyyət Azərbaycanın qarşısında böyük imkanların açıldığını göstərir.

Təbii ki, Bayden administrasiyası dövründə əvvəlki illərdə qazanılmış nailiyyətlər və potensial dondurulmuş vəziyyətə salındığı üçün Azərbaycan bu istiqamətdə vaxt itirmək istəmir. Ona görə də, Prezidentin ABŞ-a səfəri çərçivəsində ABŞ-ın bir neçə aparıcı şirkəti ilə görüşlər keçirilib. Və bu, yaxın gələcəkdə həm Azərbaycan, həm də Cənubi Qafqaz üçün geniş inkişaf potensialı aça bilər.

Digər tərəfdən, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğv olunması və strateji əməkdaşlıq formatına başlanması tarixi hadisədir. Bu, onu göstərir ki, Prezident İlham Əliyev və ABŞ lideri Donald Tramp arasında münasibətlər həmişəki kimi yüksək səviyyədədir. Və ABŞ prezidenti Donald Trampın 907-ci düzəlişi ləğv etməsi də məhz bu yüksəksəviyyəli münasibətilərin təzahürüdür.

Onu da nəzərə almaq lazımdır ki, ikinci Qarabağ müharibəsi başa çatanda Ermənistan və Azərbaycanın gələcək əlaqələri sahəsində ciddi vakuum yaranmışdı. Onilliklər boyu münaqişənin həllinə nail ola bilməyən ATƏT-in Minsk Qrupu isə iflic vəziyyətinə düşmüşdü. Çünki Azərbaycan mövcud problemləri məhz beynəlxalq hüquq çərçivəsində özü həll etmişdi. Və rəsmi Bakı elə həmin vaxt bu boşluğun çox davam edə bilməyəcini də bəyan etmişdi.

Bu səbəbdən də, rəsmi Bakı Ermənistanla sülh müqaviləsinin təşəbbüskarı və müəllifi rolunu da öz üzərinə götürdü. Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində beş əsas prinsip üzrə yekun sülh sazişinin mətnini də hazırladı. Və həmin sənədin bütün maddələrinin razılaşdırılması indi Cənubi Qafqaz üçün çox önəmli tarixi hadisədir. Və rəsmi İrəvan Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olan müddəaları ləğv etdikdən sonra yekun sülh sazişinin imzalanması qarşısında heç bir əngəl qalmayacaq.

Hələlik isə Azərbaycan və Ermənistan arasında artıq razılaşdırılmış sülh sazişinin mətninin məhz Ağ Evdə paraflanəması Cənubi Qafqaz üçün sabitliyin və təhlükəsizliyin təminatıdır. Çünki həm Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafında, həm Azərbaycan-Ermənistan normallaşma prosesiində Birgə Bəyannamənin imzalanması, dünyanın superdövlətinin isə buna şahidlik etməsi strateji əhəmiyyət daşıyır.

Göründüyü kimi, Azərbaycan onilliklər boyu davam etmiş ədalətsizliyi hərbi yolla təkbaşına aradan qaldırılmağa nail oldu. Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində isə Cənubi Qafqazın inkişaf perspektivləri qarşısında əsas əngəl rolunu oynayan bu problem hüquqi-siyasi cəhətdən də sona çatdırılmış oldu. Və indi bu məsələdə yekun nöqtənin qoyulması məhz Ermənistanın nə qədər operativ davrana biləcəyindən birbaşa asılıdır.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakının Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı tələbi bu ölkənin daxili işlərinə qarışmaq demək deyil. Çünki Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olduğundan ona düzəliş edilmədən yekun sülh sazişinin imzalanması qeyri-mümkündür. Və bu baxımdan, prinsipial, ardıcıl mövqeyə malik olan rəsmi Bakı Ermənistan qarşısında heç vaxt onun qəbul edilə bilməyəcəyi şərtlər irəli sürməyib.

Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində əldə olunan daha bir önəmli uğur məhz Zəngəzur dəhlizinin açılması ilə birbaşa bağlıdır. Belə ki, Ağ Evdə imzalanmış Birgə Bəyannamədə Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz çıxışın Ermənistanın suverenliyi çərçivəsində təmin edilməsi öz əksini tapıb. Və bu baxımdan, rəsmi Bakının bu məsələdə yeganə hədəfi məhz Azərbaycanın bir hissəsindən digər hissəsinə maneəsiz keçidin yaradılmasıdır.

Digər tərəfdən, rəsmi Bakının müəllifi olduğu geoiqtisadi layihələrin sayəsində və məhz Azərbaycanın birbaşa iştirakı ilə Ermənistan da tranzit ölkəyə çevrilmək imkanı qazanmış olacaq. Bu baxımdan, ABŞ-ın da iştirakı ilə reallaşdırılacaq Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) bütövlükdə Cənubi Qafqaz üçün genişmiqyaslı inkişaf perspektivləri vəd edir. Və bütün bunlar məhz Azərbaycan Prezidenti İlham Əliyevin geopolitik, geoiqtisadi, geostrateji uğurlarıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Avqust 2025 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see266

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see258

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see239

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see202

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see190

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see187

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see163

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see154

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see148

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see145

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see143

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see142

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see137

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see133

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri