Icma.az
close
up
RU
Əliyev və Makron görüşü ilə Azərbaycan Fransa əlaqələrində yeni dövr ŞƏRH

Əliyev və Makron görüşü ilə Azərbaycan Fransa əlaqələrində yeni dövr ŞƏRH

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə fransalı həmkarı Emmanuel Makronla görüşü olub.

Əliyevin Makronla görüşünü Redaktor.az-a şərh edən politoloq Yusif Bağırzadə bildirdi ki, artıq bir neçə ildir Azərbaycan-Fransa münasibətləri əvvəlki qədər ürəkaçan səviyyədə deyildi:

"Fransanın Ermənistan-Azərbaycan münaqişəsində birmənalı şəkildə və qeyri-hüquqi olaraq Ermənistan tərəfini dəstəkləməsi, həm ATƏT çərçivəsində, həm də digər beynəlxalq qurumlarda Azərbaycan-Fransa münasibətlərində gərginlik yaradıb. Həm hərbi, həm maddi yardım göstərməsi, əlbəttə ki, ölkələrimiz arasında diplomatik mühitə təsir edib. Azərbaycan beynəlxalq aləmdə Fransanın bu “iç üzünü” ortaya qoydu. Korsika vətəndaşlarına, bölgəsindəki digər dövlətlərə, Dominikan Respublikasına və Fransanın okeanboyu müstəmləkə siyasətinə dair məsələləri, həmçinin Əlcəzairdəki soyqırımı beynəlxalq tədbirlərdə davamlı qaldırıb. Bu səylər nəticəsində Dominikan Respublikası və Korsika Fransada kifayət qədər yüksək status qazanıb və bunda Azərbaycanın rolu böyükdür".

Müsahibimiz bildirdi ki, Fransa-Azərbaycan münasibətləri əvvəllər də yüksək səviyyədə olub:

"Şarl de Qoll dövründən başlayaraq bu əlaqələr Mitteran, Sarkozi və digər prezidentlərin vaxtında yüksəlmişdi. Azərbaycan Luvr muzeyinin və Paris Notr-Dam kilsəsinin təmirinə də maddi yardım göstərmişdi. Eyni zamanda, Azərbaycanın Xəzər hövzəsindəki enerji sektorunda Fransanın nəhəng neft şirkəti “Şevron”un fəaliyyəti də bu əlaqələrin strateji əhəmiyyətini göstərir. Yaxınlarda Avropa Birliyinin qeyri-formal Avropa Siyasi Birliyinin görüşündə iki dövlət başçısının görüşü baş tutub və yüksək səviyyədə keçib. Bu platformada Azərbaycan ilə Ermənistan arasında sülh sazişinə yaxın münasibətlərin qurulması Fransa-Azərbaycan əlaqələrinin yeni dövrünə işarə edir. Fransa bu gün Avropa İttifaqının aparıcı dövlətlərindən biridir və Azərbaycan da xarici siyasətində Avropa dövlətləri ilə münasibətləri daha da inkişaf etdirməyi hədəfləyir. Bu baxımdan, Fransa ilə münasibətlər strateji əhəmiyyət daşıyır".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Oktyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri