Icma.az
close
up
RU
Əliyev və Paşinyan Əbu Dabidə müqavilə imzalayacaq? Tofiq Zülfüqarovun şərhi

Əliyev və Paşinyan Əbu Dabidə müqavilə imzalayacaq? Tofiq Zülfüqarovun şərhi

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Xəbər verdiyimiz kimi, sabah Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində sülh prosesi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçiriləcək. Regionda sülhün əldə olunması baxımından bu görüş böyük əhəmiyyət daşıyır. Tərəflərin yekun sülhlə bağlı bəyanatları da intensivləşib.

Bu baxımdan Əbu-Dabi görüşü nə vəd edir? Tərəflər arasında hansısa saziş imzalana bilərmi?

Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirdi ki, bu, yekun görüş olmayacaq:

“Biz başa düşməliyik ki, masanın üzərindəki sənəd sülh sazişidir. Bununla əlaqədar olaraq, Əbu-Dabi görüşü sadəcə, prinsipləri əhatə edən və bəzi məsələləri həll edən bir görüşdür. Amma digər məsələlər hələ öz həllini tapmalıdır.

Sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların müzakirə olunması və həll edilməsi, humanitar məsələlər və s. var. Mövzular hələ çoxdur. Mən, doğrusu, inanmıram ki, orada hansısa sənədə qol çəkiləcək. Güman edirəm ki, ümumi bir bəyanat qəbul oluna və ya medianın sualları cavablandırıla bilər.

Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Ermənistanın rəsmi sənədlərində, o cümlədən Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Bunlar həll edilmədikcə, Azərbaycan sülh sazişinə qol çəkməyəcək. Bu barədə mövqeyimiz açıq şəkildə bildirilib. Hər halda, ümid edək ki, mövqeləri yaxınlaşdıran bir görüş olacaq.


Aysel,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 09 İyul 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri