Icma.az
close
up
RU
Əliyev xəbərdarlıq etdi, 5 il sonra gerçəkləşdi: Dünya bunu gözləmirdi Hazır olmalıyıq

Əliyev xəbərdarlıq etdi, 5 il sonra gerçəkləşdi: Dünya bunu gözləmirdi Hazır olmalıyıq

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyev cəmi 15 gün ərzində dünyanın diqqət mərkəzində olan dörd böyük zirvə toplantısında iştirak edərək Azərbaycanın nüfuzunu bir daha yüksək səviyyədə nümayiş etdirdi. BMT-də qlobal gündəmlə bağlı mövqeyi, Danimarkada Avropa Siyasi Birliyinin Zirvə toplantısında strateji təklifləri, Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT)  iclasında regional liderliyi, Misirdə isə Yaxın Şərq Sülh Sammitində diplomatik ustalığı ilə dövlətimizin qlobal proseslərdəki rolunu gücləndirdi.

Bu intensiv iştirak ölkəmizin artan beynəlxalq çəkisini, Prezident İlham Əliyevə olan dərin hörməti və etibarı, həmçinin Azərbaycanın diplomatik və siyasi imicinin yüksəlməsini aydın şəkildə göstərir. Dövlətimizin rəhbəri olaraq o, yalnız regionda deyil, qlobal səviyyədə də etibarlı, nüfuzlu və qərarverici lider kimi tanınır.

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, bu gün Azərbaycan artıq ölkədaxili və regional məsələlərlə deyil, daha ciddi qlobal problemlərin həlli istiqamətində dünyanın ən güclü dövlətləri ilə birlikdə addımlar atır:

“Çünki müxtəlif münaqişələrin həlli istiqamətində əldə etdiyi təcrübələr Azərbaycana beynəlxalq aləmdə daha ciddi aktor kimi fəaliyyət göstərməyə imkan verir. Azərbaycan öz problemini dünya birliyinə təqdim edib onun həllini xahiş etmir. Əksinə, problemini həll etməyi bacaran bir ölkə kimi dünya dövlətlərinin diqqətini cəlb edir.

Dövlət başçısı 15 gün ərzində dörd Zirvə toplantısında – BMT, Danimarkada Avropa Siyasi Birliyinin zirvə toplantısı, Qəbələdə TDT, Misirdə sülh sammiti – iştirak etməsi bunu sübut edir. İlham Əliyev qatıldığı bu tədbirlərin hər birində diqqət mərkəzində oldu”


Əlimusa İbrahimov

Politoloq bildirib ki, Azərbaycan artıq dünyanın aparıcı dövlətləri ilə birlikdə qlobal çağırışların həllinə öz töhfəsini verir:

“Bütün bunlar isə 2020-ci ildən sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən aparılan ardıcıl hücum diplomatiyası sayəsində əldə edilib. İlham Əliyev 44 günlük müharibə ərəfəsindəki müsahibələrində yaxın gələcəkdə dünyanın idarə olunmasında yeni reallıqların meydana çıxacağı barədə xəbərdarlıqlar etmiş, Azərbaycanın bu dəyişikliklərə hazır olmasının vacibliyini vurğulamışdı. Bu istiqamətdə ilk addım, əlbəttə ki, torpaqlarımızın işğaldan azad olunması idi. Ermənilərin torpaqlarımızdan qovulması Azərbaycan üçün yeni perspektivlər açdı. İndi bu perspektivlər artıq həyata vəsiqə almağa başlayıb.

Azərbaycan qlobal səviyyədə öz layiqli yerini tutmaq üçün uğurlu addımlar atır. Heç şübhəsiz, İlham Əliyevin uzaqgörən siyasəti bu gün də ölkəmizi uğurdan-uğura aparır”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Oktyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri