Əliyevdən İrəvana sərt xəbərdarlıq: Sözlərimə fikir versinlər Yeni Sabah
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistan silahlandırma siyasətindən əl çəkməli, buna son qoyulmalıdır. Dəfələrlə bunu demişəm və onlar bilir ki, sözümə diqqət yetirmək lazımdır. Hələ ki, gec deyil, bundan əl çəksinlər, bizimlə heç vaxt rəqabət aparmaq gücündə olmayacaqlar.
Yenisabah.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciətində söyləyib.
“Biz müharibə istəmirik. İstədiyimizə nail olduq, ərazi bütövlüyümüzü, dövlət suverenliyimizi təmin etdik. Bütün sərhədlərdə ərazi bütövlüyü təmin edilir və keçmiş məcburi köçkünlər, qaçqınlar öz dədə-baba torpaqlarına qayıdırlar. İndi quruculuq işləri ilə məşğuluq. Bizim üçün əsas məsələ budur”, - deyə dövlət başçısı əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 08 Noyabr 2024 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















