Icma.az
close
up
RU
Əliyevdən Sərkisyanı çətinə salan həmlə: Türk lider və Lukaşenko olmaz dedi, ermənilər qəzəbləndi

Əliyevdən Sərkisyanı çətinə salan həmlə: Türk lider və Lukaşenko olmaz dedi, ermənilər qəzəbləndi

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2014-cü ildə Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olması prosesində Qazaxıstan və Belarus liderlərinin Ermənistandan tələbi yenidən gündəmə gəlib. 

Globalinfo.az xəbər verir ki, Qazaxıstanın o zamankı prezidenti Nursultan Nazarbayev və Belarus Prezidenti Aleksandr Lukaşenko Aİİ-nin Astanada keçirilən iclasında Ermənistanın üzvlüyünü müzakirə edərkən Azərbaycanın Qarabağ mövzusunda fikrini dəstəkləyiblər.

Belə ki, liderlər Azərbaycan Prezidenti İlham Əliyevlə danışdıqlarını, onun Ermənistanın ittifaqa beynəlxalq səviyyədə tanınan əraziləri ilə, yəni Qarabağ daxil edilmədən üzv olması fikrinə qatıldıqlarını bildiriblər. Nazarbayev və Lukaşenko bu məsələni Ermənistanın o zamankı prezidenti Serj Sərkisyanla iclasda gündəmə gətiriblər və rəsmi Bakının istəyinin haqlı olduğunu vurğulayıblar. Məlumata görə, həmin vaxt Sərkisyan liderlərin çıxışları qarşısında susub və sadəcə dinləyib, heç bir reaksiya verməyib. Onun susqunluğu Ermənistanda ciddi rezonans doğurub və Sərkisyan tənqid atəşinə tutulub.

Keçmiş prezidentin köməkçisi olmuş Samvel Fərmanyan açıqlamaya yayaraq bu məsələni yenidən gümdəmə gətirib.

O, Sərkisyanın susma səbəbindən danışıb və bu məsələnin onları çox narahat etdiyini bildirib:

“Artıq heç bir məsələ gizli qalmamalıdır. O tarixlərdə Ermənistanın Aİİ-yə üzvlüyü prosesində həqiqətən də qarışıqlıqlar yaşandı. Qazaxıstan və Belarus liderləri Sərkisyanla ayrıca da danışaraq Ermənistanın Qarabağsız  ittifaqa qəbul ola biləcəyini və Əliyevi dəstəklədiklərini dedilər. Sadəcə bu məsələ hələ ortaya atılmamışdan öncə İrəvan hökuməti üzvlük prosesini əsas aktor olan Rusiya ilə danışmış, razılıq almış və təsdiqləmişdi. Ona görə də, Sərkisyan baş verənlər qarşısında sadəcə susmağı seçdi, bu buna rəğmən çox ciddi təzyiqlərə məruz qaldı və vəziyyət heç də asan olmadı. Xüsusilə Nazarbayev bu məsələni onunla daha çox müzakirə edirdi”.

Əliyar Xəlil
Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:31
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Oktyabr 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri