Icma.az
close
up
RU
Əliyevin geopolitik manevri Qafqazın taleyini dəyişir: Tramp Zəngəzur dəhlizinə “təhlükəsizlik çətiri” örtür

Əliyevin geopolitik manevri Qafqazın taleyini dəyişir: Tramp Zəngəzur dəhlizinə “təhlükəsizlik çətiri” örtür

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Davosda baş tutan Əliyev-Tramp görüşündən belə nəticə çıxartmaq olar ki, Cənubi Qafqaz yeni mərhələyə artıq daxil olub… İndi bu regionda hərbi-siyasi qarşıdurma gündəmindən geoiqtisadi rəqabət və geostrateji layihələrə bağlı ortaqlıq dövrünə keçid baş verməkdədir…

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Cənubi Qafqazda yeni geopolitik balansın formalaşmaqda olduğu artıq qətiyyən şübhə doğurmur. Belə ki, 44 günlük ikinci Qarabağ savaşında tarixi hərbi zəfər qazanmaqla, Azərbaycan bu regionun gələcək taleyini yenidən müəyyən edəcək fərqli geopolitik şərtlər yaratmışdı. Ötən ilin 8 avqustundasa, Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda imzalanmış TRİPP layihəsi (Zəngəzur dəhlizi) ilə bağlı üçtərəfli anlaşma Cənubi Qafqazı artıq daha fərqli geopolitik mərhələyə daşımış oldu. Və üstəlik, bu mərhələnin inkişaf istiqamətlərini yalnız regional deyil, həm də qlobal geostrateji faktorlar müəyyən edir.

Onu da qeyd etmək lazımdır ki, Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Ağ Ev sahibi Donald Tramp arasında baş tutan görüş Cənubi Qafqazda formalaşmaqda olan yeni geopolitik reallıqlar baxımından, olduqca önəmli hadisə kimi dəyərləndirilir. Çünki bu yüksəksəviyyəli görüş yalnız iki ölkə arasında qarşılıqlı münasibətlərin mövcud dinamikasını deyil, həm də Azərbaycan-Ermənistan post-münaqişə mərhələsinin, regional nəqliyyat-kommunikasiya xətlərinin, eləcə də ABŞ-ın Cənubi Qafqaza qayıdışını təsdiqləyən geopolitik fəallığın konturlarını qabarıq şəkildə üzə çıxarır.

Məsələ ondadır ki, Cənubi Qafqazda yeni mərhələnin inkişlaf istiqamətlərində Vaşinqton razılaşmaları və həmin sənədlərdə ABŞ prezidenti Donald Trampın imzasının da olması xüsusi yönləndirici faktor kimi həlledici təsirə malik ola bilər. Bu baxımdan, Davos görüşü zamanı 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması üzrə əldə edilmiş razılaşmalarda Ağ Ev sahibi Donald Trampın rolunun xüsusi vurğulanması qətiyyən təsadüfi deyil. Belə ki, Tramp administrasiyasının xarici siyasətdə ikitərəfli razılaşmalara, şəxsi diplomatiyaya və iqtisadi maraqlara əsaslanan yanaşması, Cənubi Qafqaz kimi olduqca mürəkkəb region üçün yeni imkan pəncərələri aça bilər.

Maraqlıdır ki, məhz bu səbəbdən də, Vaşinqton razılaşmaları, bu regionda uzun illər daha çox Avropa Birliyi və Rusiya arasında bölüşdürülmüş vasitəçilik rolunun ABŞ tərəfindən yenidən mərkəzləşdirilməsini təmin etmiş oldu. Bu kontekstdə prezident Donald Trampın təşəbbüsü ilə irəli sürülən “Sülh Şurası” formatı ABŞ-ın regional münaqişələrin idarə olunmasında artıq sadəcə, strukturlaşmış deyil, həm də siyasi liderlik üzərindən geopolitik təsir mexanizmləri qurmaq niyyətini biruzə verir.

Təbii ki, Cənubi Qafqazda belə önəmli geostrateji proseslərin intensiv xarakter almağa başladığı bir mərhələdə rəsmi Bakının “regionda artıq sülh var” məzmunlu geopoltik mesaj verməsi də qətiyyən təsadüfi deyil. Belə ki, prezident İlham Əliyevin Ağ Ev sahibi Donald Trampla görüşdə Cənubi Qafqazda artıq sülhün mövcud olduğunu bəyan etməsi Azərbaycanın rəsmi post-münaqişə narrativini aydın şəkildə ortaya qoyur. Azərbaycan liderinin bu önəmli mesajı bir tərəfdən, beynəlxalq ictimaiyyətə ünvanlanıb ki, Cənubi Qafqaz artıq “dondurulmuş münaqişələr zonası” deyil. Digər tərəfdən isə bu, həm də Ermənistan və onun ənənəvi tərəfdaşları üçün yeni davranış çərçivəsi də müəyyənləşdirmiş olur.

Ən əsasısa, rəsmi Bakı tərəfindən regional sülhün məhz konkret iqtisadi indikatorlarla əsaslandırılması, xüsusilə də Azərbaycandan Ermənistana neft məhsullarının ixracı ilə bağlı reallığın vurğulanması regionda sabitlik üçün önəmli addımların atılmasına işarə sayıla bilər. Çünki rəsmi İrəvanın idxal etdiyi taxılın da məhz Azərbaycan üzərindən Ermənistana çatdırılması elə eyni prosesin tərkibinə daxil olan önəmli addımdır. Yəni, bütün bunlar rəsmi Bakının sülh mövzusunu abstrakt siyasi anlayışdan artıq real iqtisadi qarşılığı olan asılılıq mərhələsinə keçirdiyini göstərir. Və bu yanaşma liberal iqtisadi sülh nəzəriyyəsinə uyğun olaraq, həm ticarətin, həm də tranzitin təhlükəsizlik risklərini azaltdığı ilə bağlı tezislərə söykənir.

Bütün bunlar onu göstərir ki, ABŞ-ın iştirakı ilə TRİPP layihəsi reallaşacağı təqdirdə, Zəngəzur dəhlizi əslində, Cənubi Qafqazda başlayan yeni inkişaf mərhələsini geopolitikadan tədricən geoiqtisadiyyata doğru istiqamətləndirə də bilər. Hə halda, Cənubi Qafqazdakı proseslərin inkişaf istiqamətləri Zəngəzur dəhlizinin artıq yalnız Azərbaycan-Ermənistan münasibətlərinin predmeti olmadığını, onun daha geniş regional və qlobal layihəyə çevrildiyini birmənalı şəkildə təsdiqləyir. ABŞ-ın bu önəmli dəhlizə artan marağı Ağ Evin Çindən Avropaya uzanan alternativ ticarət marşrutlarını dəstəkləmək strategiyası ilə də üst-üstə düşür. Və bu baxımdan, Zəngəzur dəhlizi artıq regional deyil, məhz Avrasiya miqyaslı layihə kimi dəyərləndirilir.

Eyni zamanda, Ağ Evin son vaxtlar TRIPP layihəsinin reallaşdırılması istiqamətində daha həssas davranması ABŞ-ın Cənubi Qafqazda yalnız siyasi vasitəçi deyil, həm də iqtisadi aktor kimi öz mövqeyini gücləndirmək istədiyini göstərir. Üstəlik, bu layihə enerji, nəqliyyat-kommunikasiya və logistika zəncirləri üzrə regional bağlantıların inteqrasiyasını hədəfləməklə yanaşı, həm də ABŞ şirkətləri və investisiya qurumları üçün yeni bazar imkanları da yaradır. TRIPP layihəsi bu mənada, Ağ Evin “təhlükəsizliyə paralel investisiya” modelinə əsaslanan yanaşmasının Cənubi Qafqazdakı real təzahürü kimi görünür. Azərbaycan isə ABŞ üçün bu modeldə enerji resursları, tranzit potensialı və siyasi sabitlik baxımından, etibarlı strateji tərəfdaş rolunu oynayır.

Təbii ki, bütün bu proseslər Cənubi Qafqazda geopolitik maraqları olan Rusiya və İran tərəfindən də diqqətlə izlənilir. Kreml üçün ABŞ-ın Azərbaycan-Ermənistan sülh gündəliyində fəallaşması Rusiyanın postsovet məkanında təsir imkanlarının daralması deməkdir. İran isə Zəngəzur dəhlizinin regional tranzit balansını dəyişdirə biləcəyindən ciddi şəkildə narahatdır. Və bütün bunlara paralel olaraq, Türkiyə də Cənubi Qafqazın geostrateji layihələrində əsas geopolitik iştirakçılardan biri kimi öz mövqeyini tədricən gücləndirir.

Göründüyü kimi, Davosda baş tutan Əliyev-Tramp görüşündən belə nəticə çıxartmaq olar ki, Cənubi Qafqaz yeni mərhələyə artıq daxil olub. İndi bu regionda hərbi-siyasi qarşıdurma gündəmindən geoiqtisadi rəqabət və geostrateji layihələrə bağlı ortaqlıq dövrünə keçid baş verməkdədir. TRIPP layihəsi (Zəngəzur dəhlizi) isə bu keçid prosesinin əsas təməl sütunlarındandır. ABŞ-ın Tramp administrasiyası dövründə Cənubi Qafqaza fərqli geopolitik hədəflərlə geri dönüşü isə Azərbaycanın geostrateji manevr imkanlarını daha da genişləndirir. Və belə anlaşılır ki, rəsmi Bakı öz çevik manevrləri ilə Azərbaycanı Avrasiya miqyasında əsas logistika qovşağına çevirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 Yanvar 2026 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri