Prezident İlham Əliyevin prinsipial mövqeyi nəticə Moskvanın məsələyə konstruktiv yanaşmasını təmin etdi
Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb. Deputat qeyd edib ki, Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında keçirilən görüş və aparılmış müzakirələr ikitərəfli münasibətlərin normal məcrada davam etdiyini göstərir.
Müşfiq Cəfərov
“Prezident Putinin açıqlamaları təyyarə insidenti ilə bağlı məsələlərin müsbət yöndə həll olunacağını deməyə əsas verir. Bildiyiniz kimi iki dövlət arasında son bir ilə yaxın müddətdə davam edən gərginlikdə Azərbaycanı ən çox narahat edən əsas məsələ məhz Rusiyada antiAzərbaycan və ermənipərəst qüvvələrin ölkəmizə qarşı məqsədyönlü fəaliyyəti idi. Görüşdən sonra prezidentlərin media qarşısında verdiyi açıqlamalar həm də bu məsələyə aydınlıq gətirdi”-deyən deputatın fikrincə, əminliklə demək olar ki, Prezident İlham Əliyevin bu prosesdə prinsipial və ardıcıl mövqeyi nəticə etibarilə Moskvanın məsələyə konstruktiv yanaşmasını təmin etdi.
“Bu, bir diplomatik uğurdur. Görüşün səmərəli və milli maraqlarımız çərçivəsində keçdiyini deməyə əsas verən Prezident İlham Əliyev Düşənbə görüşündə Rusiya ilə münasibətləri “uğurla inkişaf edən” adlandırmasıdır. Ölkə başçısı həmçinin qeyd edib ki, heç bir yavaşlama və ya geriləmə müşahidə olunmur”-deyə Müşfiq Cəfərov vurğulayıb.
İradə Cəlil, Bizimyol.info


