Icma.az
close
up
RU
ƏLİYEVİN MÜSAHİBƏSİ KREML TƏBLİĞATÇILARINI İSTERİKAYA SALDI Azərbaycanlılar “düşmən”, Azərbaycan isə növbəti işğal hədəfi kimi göstərilir

ƏLİYEVİN MÜSAHİBƏSİ KREML TƏBLİĞATÇILARINI İSTERİKAYA SALDI Azərbaycanlılar “düşmən”, Azərbaycan isə növbəti işğal hədəfi kimi göstərilir

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Səfirliyimizə raket atılması təsadüfdürmü?

Başlıca prinsipi həqiqətləri inkar etmək və Rusiyanı, ən asası isə Putini hər zaman haqlı çıxarmaq, Moskvanın imperiya sevdasına xidmət etmək və s. olan Kreml təbliğatı Azərbaycan Prezidentinin “Əl-Ərəbiyə” kanalına müsahibəsindən sonra əsl isterika yaşamaqdadır. Mərkəzi dövlət televiziya kanallarında zatən xeyli müddətdir baş alıb gedən anti-Azərbaycan təbliğatı bu müsahibədən sonra daha da tünd çalarlar almağa başlayıb. Azərbaycana, azərbaycanlılara və Azərbaycan rəhbərliyinə qarşı açıq nifrət, iftira kampaniyasının miqyası görünməmiş ölçülər almaqdadır.

Ən maraqlısı isə odur ki, Kreml təbliğatçılarını və başını, ağlını itirmiş “Z-bloqerlər”i ən çox özündən çıxaran Azərbaycan başçısının 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin Rusiya tərəfindən işğal olunduğuna dair dedikləridir. Sosial şəbəkələrdəki rusiyalı şərhçilərin reaksiyasından belə məlum olur ki, Rusiyada çoxlarının 20-ci əsrin əvvəllərində Azərbaycanın müsəlman aləmində ilk demokratik cümhuriyyət qurmasından ümumiyyətlə, xəbərləri yoxdur. Bəziləri hətta həyasızcasına belə bir dövlətin olmadığını iddia edərək, tarixi faktı inkar etməyə çalışırlar. Kreml təbliğatçıları və “Z-bloqerlər” isə İlham Əliyevin hər şeyi öz adı ilə çağıraraq, işğalı işğal adlandırmasına qəzəblənirlər və iddia edirlər ki, AXC-nin devrilməsi və Azərbaycan ərazilərinin zəbt edilməsi işğal yox, sanki könüllü birləşmə olub. Üstəlik, guya Rusiya işğalı Azərbaycana iqtisadi rifah, təhsil, mədəniyyət və s. gətirib. Sanki Rusiya gəlməmişdən Azərbaycan “acından ölür”, nə təhsil, nə də mədəniyyət tanıyırdı. Hansı ki, Cümhuriyyətimiz qalsaydı, Azərbaycanın təbii sərvətləri və çalışqan xalqı ölkəmizi regionun ən inkişaf etmiş, çiçəklənən məmləkətinə çevirə, millətimiz bu faciələri yaşamaya bilərdi. İşğal da elə bunun qarşısını almaq üçün idi. Əksinə, məhz bu işğaldan sonra böyük təbii sərvətləri olan Azərbaycan ağır aclıq illərini yaşadı, azərbaycanlılar müxtəlif illərdə öz torpaqlarından sürgün edildilər, 1930-cu illərdə dəhşətli repressiyalara məruz qaldılar, mülkündən, dilindən, dinindən ayrı salındılar və sair. Ancaq Kremlin təbliğat tulaları nədənsə bunları xatırlamaq istəmirlər. Nədənsə, Azərbaycanın təbii sərvətlərinin sümürülməsini, torpaqlarımızın böyük hissəsinin ermənilərə peşkəş edilməsini, azərbaycanlılara qarşı milli ayrıseçkiliyi, onlara bütün müsəlman respublikaları kimi ikinci sort sifətilə baxılmasını, SSRİ dağılanda isə regionumuzda millətlərarası münaqişə və darmadağın edilmiş iqtisadiyyatın xarabalıqlarını qoyub getdiklərini demirlər.

Təhsilə, mədəniyyətə gəlincə, Azərbaycan bolşevik Rusiyasının işğalında yox, müstəqil yaşasaydı, onun təhsili də, elmi də, iqtisadiyyatı da, mədəniyyəti də indikindən qat-qat daha artıq inkişaf edərdi. Elə uzun illərdir bu sahələrdə qurtula bilmədiyimiz bəlalar – korrupsiya, süründürməçilik, rüşvət, himayədarlıq və s. də sovet dövrünün mirasıdır. Bu bəlalardan qurtulmaq üçün yeganə ümidimiz isə imperiya Rusiyası yox, sovet dönəmi və Rusiyanın təsirlərilə heç bir əlaqəsi olmayan, müasir, qabaqcıl təhsil almış yeni nəslin yetişməsinədir... Prezidentin müsahibəsində Kreml təbliğatını özündən çıxaran ikinci məqam Rusiyanın Ukraynaya qarşı işğalını da öz adı ilə çağırmasıdır. Ölkə başçısı növbəti dəfə qeyd edib ki, Azərbaycan işğalın ilk günündən Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini açıq bəyan edib. Əlbəttə ki, bu da Kremli və onun təbliğat maşınını hiddətləndirməyə bilməzdi. Ən azından ona görə ki, Pribaltika respublikaları və Moldovanı çıxmaq şərtilə keçmiş SSRİ respublikaları başçılarından heç kim Rusiyanın Ukraynanı işğalı ilə bağlı bu cür açıq və konkret mövqe ortaya qoymayıb.

Maraqlıdır ki, məhz Prezidentin məlum müsahibəsindən cəmi bir neçə saat sonra Azərbaycanın Kiyevdəki səfirliyi Rusiyanın raket hücumuna tuş gəldi. Rusiya raketi səfirliyimizin cəmi 100 metrliyinə düşdü. Səfirliyin binasına ciddi ziyan dəydi. Böyük ehtimalla bu raket zərbəsinin birbaşa hədəfi məhz səfirliyimizin binası olub, onun 100 metrliyindəki ağaclıq sahə yox və sadəcə, Rusiya silahlarının dəqiqlik baxımından “axsaması” səbəbindən hədəf dəqiq vurulmayıb. Çünki yaxın ərazidə Ukraynanın hər hansı bir başqa hərbi, yaxud infrastruktur obyekti olmayıb ki, onu hədəf alsınlar. Deməli, hədəf səfiliyimiz olub. 4 ilə yaxındır Ukraynada mülki əhalini bombardman edən, harınlamış, insanlıq sifətini itirmiş, qana susamış Putin Rusiyası üçün xarici ölkə səfirliyini vurmaq heç bir çətinlik törətmir. Hətta bu səfirlik “dost”, “tərəfdaş” adlandırdığı və bunu əks etdirən müqavilələr bağladığı qonşu ölkənin səfirliyi olsa da belə. Onu da unutmayaq ki, eyni gündə, eyni raket hücumu zamanı Türkiyə “Bayraktar”-ının Ukraynadakı zavodu da hədəf alınıb...

Yeri gəlmişkən, bir çox mənbələr Rusiyada orta və iri biznesi olan, həmçinin, dövlət qulluğunda, vəzifələrdə çalışan azərbaycanlıların siyahısının tutulduğunu və yaxın zamanlarda həmin şəxslərə qarşı təzyiq və təhdidlərin başlanacağını bildirirlər. Bu zaman azərbaycanlıların Rusiya vətəndaşı olub-olmamasına fərq qoyulmur. Bir zamanlar faşist Almaniyası da eyni üsulla yəhudiləri siyahıya alaraq, onlara qarşı repressiyalara başlamışdı...

Bütün bunlar Kremlin Azərbaycana açıq savaş elan etdiyinin göstəricisidir. Hazırda bu savaşın praktiki tərəfi Ukraynadakı Azərbaycan obyektlərinə, hətta səfirliyimizə qarşı icra olunur. Nəzəri tərəfi isə çirkin Kreml təbliğatı tərəfindən həyata keçirilir. Lakin Azərbaycan 1918-ci ildəki Azərbaycan deyil. Bunu Kremldəkilər və onların təbliğat tulaları da gözəl bilir. Onların zingildəmələri, inildəmələri də elə bundandır...

Cəlal Məmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Avqust 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri