Icma.az
close
up
RU
Rusiya patriotları niyə İlham Əliyevin bəyanatından isterikaya düşüblər?

Rusiya patriotları niyə İlham Əliyevin bəyanatından isterikaya düşüblər?

Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiyanın başıpozuq, debil, xəstə “patriotları”nın isterik bağırtıları yenə efirləri bürüyüb.

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” kanalına müsahibəsində dediyi “Rusiya 1920-ci ildə Azərbaycanı işğal edib” açıqlaması onları dəli-divanə edib.

Prezident nə deməli idi bəs?

Məxfi sənədlərə girişi olan, SSRİ-nin ən presitjli məktəbinin-MQİMO-nun məzunu, tarix elmləri üzrə fəlsəfə doktoru olan Prezident bəyəm tarixi bilmir?

Necə ki, 1940-cı ildə Pribaltika işğal olundu, eləcə də ondan 20 il əvvəl Azərbaycanı ələ keçirdilər, qanuni hakimiyyətini çevirdilər.

2 il mövcud olmuş AXC-yə qarşı bir dənə də olsun daxili qiyam faktı yoxdur.

Buna görə, Rusiyada Leninin təlimatı əsasında yerli bolşevik, eser, meneşviklər və “Hümmət” sosial-demokrat qrupunun pərakəndə dəstələri əsasında 1920-ci ilin fevralında tez-tələsik Azərbaycan Kommunist Partiyası yaradıldı.

Qiyamın siyasi əsasını qoymaq üçün.

Moskva AXC-nin Atatürklə olan mürəkkəb münasibətlərindən istifadə etdi, Dağlıq Qarabağda erməniləri qiyama qaldırdı, daxili təxribatlara əl atdı.

Qanlı niyyətini həyata keçirdi.

11-ci Qırmızı Ordu heç Azərbaycan kommunstlərinin rəsmi müraciətini gözləmədən Yalama sərhədini özbaşına keçdi.

Qalanı məlumdur.

Rusiya niyə qıcıqlanır?

Çünki Putin doktrinasına görə, MDB ölkələri “kvazi-dövlətlərdir”, SSRİ-nin dağılmasından sonra “özbaşına” yaranıb. Putin isə SSRİ-nin süuqutunu “faciə” hesab edir.

Onun 2021-ci ildə Ukrayna ilə bağlı yazdığı məqaləsini oxuyun. Kremlin siyasi prioriteti aydın olur.

İlham Əliyev Azərbaycanın müstəqilliyini və suverenliyini açıq bəyan etməklə bunun uğrunda mübarizəni və qanını tökmüş qəhrəmanlarnı xatırladır.

Bu, Moskvanın xoşuna gəlmir.

Nə olsun? Bu nəyi dəyişir ki?

Azərbaycanı gözardı etmək, “sovet nisgili” ilə qaralamaq gülüncdür.

“Əlyazmaları yanmır”!

Xaqani SƏFƏROĞLU

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://azpost.info
archiveBu xəbər 29 Avqust 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see171

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see142

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see134

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see132

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see131

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see130

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see128

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri