Icma.az
close
up
RU
Əliyevin səfərinin mühüm məqamları: Bakı Pekinə regiona çıxış imkanı yaradır

Əliyevin səfərinin mühüm məqamları: Bakı Pekinə regiona çıxış imkanı yaradır

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri baş tutub. Prezidentin Çin lideri Si Cinpinlə görüşü, iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat da daxil olmaqla əməkdaşlıq sənədlərinin imzalanması yerli və xarici mediada diqqət çəkib.

Danışıqların iki ölkənin iqtisadi və ticarət sahələrinə müsbət töhfə verəcəyi ilə bağlı proqnozlar verilir.

Globalinfo.az-a danışan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov deyib ki, son 10 ilin trendlərinə əsasən, Çin Xalq Respublikası bu gün dünya miqyasında ən mütərəqqi iqtisadi sistemə malik ölkə kimi mövqeyə sahiblənib. Bu təkcə ucuz işçi qüvvəsi ilə bağlı deyil. Əsas səbəb Çində mövcud olan effektiv və müasir iqtisadi idarəetmə modelidir:

“Bu model çərçivəsində, bir tərəfdən dövlətin iqtisadiyyatda aktiv iştirakı və strateji planlaşdırmaya əsaslanan yanaşmalar, digər tərəfdən isə bazar iqtisadiyyatı mexanizmlərinin, xüsusilə də kiçik və orta biznesə yönəlik mexanizmlərin uğurlu tətbiqi mühüm rol oynayır. Nəticə etibarilə Çin bu gün dünya miqyasında alıcılıq qabiliyyətinə görə lider mövqedədir.

Ümumi daxili məhsul göstəricilərinə və onun dünya üzrə təhlilinə nəzər yetirsək, görərik ki, Çin bu sahədə də ön sıralardadır. Digər tərəfdən, Çin bu gün həm ABŞ-dan, həm də Avropa İttifaqından daha çox yüksək texnoloji məhsul ixrac edən ölkədir. Bu isə təbii olaraq, Çinlə iqtisadi əməkdaşlığı olduqca perspektivli edir.

Elşad Məmmədov

Qeyd etmək lazımdır ki, Çin iqtisadiyyatı ixrac yönümlüdür, yəni ixracdan asılılıq yüksək səviyyədədir. Bununla belə, ixracın çox olması ölkəyə böyük həcmdə dollar kütləsinin daxil olması deməkdir. Bu isə öz növbəsində müəyyən mənfi təsirlər doğura bilər. Bu təsirlərin qarşısını almaq üçün həmin vəsaitin sterilizasiyası zəruridir. Sterilizasiya vasitələrindən biri kimi, Çin bu vəsaitləri xarici investisiyalara yönəltməyi seçmişdir”.

E.Məmmədovun sözlərinə görə, Çin dünya miqyasında ən aparıcı investor ölkələrdən biridir və onun investisiyalarının əsas xüsusiyyəti yüksək texnoloji yönümlü olmasıdır:

“Yəni, bu investisiyalar infrastrukturun inkişafına və innovativ sahələrə yönəlir. Azərbaycan üçün isə bu, olduqca vacibdir. Xarici investisiyaların ölkəyə cəlb olunması baxımından yüksək texnologiyaların transferi böyük əhəmiyyət daşıyır. Bu texnologiyalar vasitəsilə ölkədə sənayeləşməni sürətləndirərək, iqtisadiyyatın rəqabət qabiliyyətini artırmaq mümkündür.

Bu kontekstdə Çinlə əməkdaşlıq Azərbaycanın qarşısında geniş imkanlar açır. Eyni zamanda, Çin üçün də Azərbaycanla münasibətlər aktuallıq kəsb edir. Çünki Azərbaycan Çinə regiona çıxış imkanı yaradır. Ölkəmiz regionun tranzit qapısı rolunu oynayır və Çin tərəfindən dəstəklənən iri infrastruktur layihələrinin həyata keçirilməsində Azərbaycanın önəmli rolu ola bilər.

Nəticə etibarilə, Azərbaycanın tranzit imkanlarının genişlənməsi ilə yanaşı, Çinlə texnoloji əməkdaşlıq vasitəsilə ölkədə sənayeləşməni daha da inkişaf etdirmək mümkündür. Bu baxımdan, iki ölkə arasında iqtisadi əməkdaşlığın böyük perspektivləri mövcuddur”.

Safura Bənnayeva
Gloalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Aprel 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see631

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see266

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see240

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see218

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see213

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see171

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see170

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see170

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see158

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see152

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see147

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri