Əliyevlə Paşinyan 4 ayda 4 dəfə görüşüb Foto
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son dörd ay ərzində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında ardıcıl olaraq hər ay görüş baş tutub.
Axar.az xəbər verir ki, bu dövr ərzində liderlər müxtəlif beynəlxalq platformalarda bir araya gələrək, sülh danışıqları və münasibətlərin normallaşdırılması istiqamətində müzakirələr aparıblar.
10 iyulda Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasında Əbu-Dabidə görüş baş tutub.
8 avqust tarixində ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda Oval ofisdə üçtərəfli görüş keçirilib.
1 sentyabrda Azərbaycan və Ermənistan liderləri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Çində görüşüblər.
2 oktyabr tarixində isə Prezident İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyanla Danimarkaya səfəri (Avropa Siyasi Birliyinin sammiti) çərçivəsində görüşüb.
Tərəflərin mütəmadi təması regionda uzunmüddətli sabitlik və əməkdaşlıq baxımından mühüm addım kimi qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 02 Oktyabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















