Icma.az
close
up
RU
Əliyevlə Paşinyan Vaşinqtonda deyil, Ankarada görüşə bilərdi Sabiq nazir

Əliyevlə Paşinyan Vaşinqtonda deyil, Ankarada görüşə bilərdi Sabiq nazir

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin keçmiş xarici işlər naziri, hazırda hakimiyyətə müxalif mövqedə dayanan Əhməd Davudoğlu yerli televiziya kanallarından birinə verdiyi müsahibədə deyib ki, əgər Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra Ankara Ermənistanla sərhədin açılmasına və bu ölkə ilə diplomatik münasibətlərin qurulmasına razılıq versəydi, Azərbaycan və Ermənistan liderləri Vaşinqtonda deyil, Ankarada görüşəcək və dəhlizin adı “Tramp” deyil, misal üçün “Ərdoğan” adlandırılacaqdı.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə politoloq Elxan Şahinoğlu sosial media hesabında paylaşım edib. O, bildirib ki, Davudoğlu Ankaranın özünün xarici işlər naziri dövründə Ermənistanla imzalanan İsveçrə protokollarına qayıdılması təşəbbüsü ilə çıxış edib.

“Davudoğlu ayrıca, Türkiyə-Azərbaycan-Ermənistan üçlü formatının təsis edilməsi vacibliyindən danışıb.
Əhməd Davudoğlunun üçlü format barədə söylədiyinin gələcəkdə reallaşması ehtimalı yüksəkdir, ancaq keçmiş xarici işlər nazirinin o biri açıqlamaları mübahisəlidir. Türkiyə İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla sərhədi açıb, diplomatik münasibətlər qursaydı belə, İrəvan Bakı ilə dialoqunda Ankaranı vasitəçi olaraq qəbul etməyəcəkdi. Baş nazir Nikol Paşinyan Türkiyə ilə münasibətlərin normallaşmasının tərəfdarıdır, ancaq o belə Prezident İlham Əliyevlə sülh sazişinin mətnini Ankara və ya İstanbulda paraflanmasına razılıq verməzdi”.

Həmçinin oxuyun:

İranda Bakıya görə “müharibə” başladı – İrəvan və Ankara “birləşir”

Şahinoğlu qeyd edib ki, Vaşinqtondakı razılaşmada Zəngəzur dəhliziylə bağlı ABŞ-ın iştirakı ilə konsorsiumun yaradılması təklif edilib:

“İrəvan belə bir konsorsimun Türkiyənin rəhbərliyi altında təsis edilməsinə razılıq verməzdi. Buna baxmayaraq, gələcəkdə formalaşacaq konsorsiumda Türkiyə şirkətlərindən birinin iştirakı mümkündür.
Rəsmi Ankara Vaşinqton razılaşmasını dəstəkləsə də, Türkiyədə bu razılaşmayla bağlı tənqidi fikirlər də səslənir. Türkiyədəki bir qrup siyasətçi və ekspert ABŞ-ı imperialist dövlət kimi dəyərləndirir və bu dövlətin İsraildən fərqlənmədiyi qənaətindədir. Buna görə də həmin dairələrdə Amerikanın istənilən təşəbbüsünə tənqidi yanaşılır.

Bizim üçün önəmli Türkiyənin rəsmi qurumlarının baxışıdır. Onların isə Vaşinqton razılaşmasına iradı yoxdur. Bunun dərin səbəbi var. Birincisi, Bakı strateji müttəfqliyə əsaslanaraq Vaşinqtonda üçlü görüşə hazırlıq mərhələsində Ankara ilə məsləhətləşməmiş deyil. İkincisi, Tramp əbədi prezident deyil, zaman gələcək “Tramp marşrutu” yenidən “Zəngəzur dəhlizinə” çevriləcək və bu yoldan daha çox istifadə edən Türkiyənin bölgədə rolu indikindən daha çox artacaq,” – deyə Elxan Şahinoğlu əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Avqust 2025 22:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri