Icma.az
close
up
RU
İlham Əliyevlə Paşinyan Tiranadadırlar Liderlər görüşə bilər?

İlham Əliyevlə Paşinyan Tiranadadırlar Liderlər görüşə bilər?

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Albaniyanın paytaxtı Tiranaya işgüzar səfər edib.
Zirvə toplantısının bu gün keçirləcəyi gözlənilir. Sammitə ümumilikdə 50-yə yaxın ölkə dəvət edilib. 
Qeyd edək ki, Tirana sammitində Ermənistanın Baş naziri Nikol Paşinyan da iştirak  edir. O da dünəndən Tiranadadır.
Avropa Siyasi Birliyinin sonuncu - beşinci sammiti 20204-cü il noyabrın 7-də Macarıstanın paytaxtı Budapeştdə keçirilib. Ötənilki Zirvə toplantısında Nikol Paşinyan iştirak etsə də, İlham Əliyev Budapeştə getməmişdi.
Avropanın digər şəhərlərində əvvəllər keçirilmiş sammitlər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında müəyyən təmaslar və görüşlər olub.
Bəs Tirana sammitində də liderlərin görüşü mümkündürmü?
Suala birmənalı cavab vermək çətindir. Rəsmi Bakıdan bununla bağlı hər hansı açıqlama yoxdur.
Ermənistan Baş nazirnin mətbuat katibi Nazeli Baqdasaryan isə deyib ki, Tiranada Nikol Paşinyanın bəzi dövlət və hökumət başçıları ilə ikitərəfli görüşləri planlaşdılıb. Lakin o, Ermənistan liderinin Azərbaycan Prezidentilə bir araya gələ biləcəyii barədə fikir səsləndirməkdən yayınıb.
 

Qeyd edək ki, İlham Əliyev və Paşinyan arasında sonuncu görüş 2024-cü il oktyabrın 24-də Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında baş tutub. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

Liderlərin sonuncu görüşündən sonra ikitərəfli sülh gündəliyində xeyli dəyişikliklər baş verib. Belə ki, Bakı ilə İrəvan arasında 17 paraqrafdan ibarət sülh müqaviləsinin mətni tam razılaşdırılıb.
Daha sonra Ermənistan Azərbaycanın irəli sürüdüyü digər iki şərtə də qismən razılaşıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan bu ilin aprel ayında verdiyi açıqlamalarda ATƏT-in Minsk qrupunin ləğv edilməsinə və konstitusiya dəyişikliyinə gediləcəyini bildirib. O, yeni konstitusiya layihəsində Azərbaycana ərazi iddiasını nəzərdə tutan müstəqillik aktına istinadın olmayacağını vurğulayıb. 
Digər tərəfdən Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı yeni mərhələnin başlanması da gecikir... Tərəflər 2025-ci il yanvarın 16-da baş nazir müavinləri Mher Qriqoryan və Şahin Mustafayev səviyyəsində növbəti delimitasiya prosesinin sərhədin şimal hissəsindən - Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin qovşağından başlamaq barədə razılığa gəliblər. Prosesin aprel ayında başlanacağı gözlənilirdi... 
A.Qorxmaz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 May 2025 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see263

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see175

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see173

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see169

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see167

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see166

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see165

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see165

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see164

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see163

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see163

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see163

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see163

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see161

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see161

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see160

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see158

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see157

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see156

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri