Icma.az
close
up
RU
Əliyevlə Paşinyanın Şanxay görüşündən GÖZLƏNTİLƏR: Bakı üçün əsas hədəf...

Əliyevlə Paşinyanın Şanxay görüşündən GÖZLƏNTİLƏR: Bakı üçün əsas hədəf...

Sitat.info portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Pekin sammitində Əliyev-Paşinyan görüşü ehtimalı regional diplomatiya üçün yeni mesaj ola bilər. Əgər bu görüş baş tutarsa iki əsas mövzu gündəmin mərkəzində olacaq: sülh müqaviləsinin inkişafı və Zəngəzur dəhlizi məsələsi".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Tural İsmayılov deyib. 

O bildirib ki,  Bakı üçün əsas hədəf – Ermənistanla sülh sazişinin konkret mətn üzərində davamıdır: " Ermənistan tərəfi hər dəfə "saziş imzalanmalıdır" desə də, praktiki addımlar atmaqda tərəddüd edir. Azərbaycan isə artıq konkret konturları elan edib: qarşılıqlı ərazi bütövlüyünün tanınması, sərhədlərin dəqiqləşdirilməsi və kommunikasiyaların açılması. Eyni zamanda Ermənistan konstitusiyasının dəyişməsi hələ də baş tutmayıb. 

İkincisi və daha kritik məqam – Zəngəzur dəhlizidir. Azərbaycan üçün dəhliz təkcə Naxçıvanla quru bağlantı deyil, həm də Orta Asiyaya çıxış qapısıdır. Ermənistan isə "dəhliz" ifadəsini qəbul etmir, "yol" və "kommunikasiya" anlayışı ilə kifayətlənməyə çalışır, amma cənab Trampın artıq mövqeyi var. Lakin Bakı üçün bu, sadəcə texniki məsələ deyil, strateji məsələdir".

Politoloqun fikrincə, Şanxay görüşünün məğzi də buradadır ki,  Azərbaycan, Çinin təşəbbüsləri ilə Avrasiya nəqliyyat xəritəsində mühüm rol almaq istəyir: "Zəngəzur dəhlizi də məhz bu xəritənin ayrılmaz hissəsidir. Paşinyan isə daxili siyasi təzyiqlər, Qərblə balans oyunu və Moskva faktoru arasında çətin seçim qarşısındadır".

T.İsmayılov hesab edir ki. bu görüşdən radikal qərarlar gözləmək çətindir: " Amma iki ehtimal var: tərəflər sülh müqaviləsinin mətni üzərində daha çox irəliləyiş əldə edə bilər və Zəngəzur dəhlizi ilə bağlı müəyyən konturlu razılıq (ən azı işçi mexanizm) gündəmə gələ bilər. Azərbaycanın mövqeyi dəyişməzdir - dəhliz açılmalıdır, amma "Ermənistanın xoşuna gələr-gəlməz" şərti ilə yox. Bakı bunu regional layihələrin və öz geosiyasi mövqeyinin tərkib hissəsi kimi görür.

Beləliklə, Şanxayda baş tutacaq mümkün Əliyev-Paşinyan görüşü  münasibətlərin davamı üçün önəmli ola bilər".

Səid,

Sitat.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://sitat.info
archiveBu xəbər 29 Avqust 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri