Əllə təkbətəkin qabağını aldı, hakimlər görməzdən gəldi üstündən səssiz keçilən epizod
Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Misli Premyer Liqasında 8-ci turun "İmişli" - "Qəbələ" matçında maraqlı hadisə yaşanıb. Qarşılaşmanın 59-cu dəqiqəsində "İmişli"nin müdafiəçisi Ronaldo de Souza əli ilə rəqib hücumunun qarşısı alınıb.
"Qəbələ"nin futbolçusunun qapıçı ilə təkbətək çıxacağını nəzərə alsaq, Ronaldonun qırmızı vərəqə ilə cəzalandırılacağı gözlənilirdi. Amma nə baş hakim İnqilab Məmmədov, nə də VAR hakimi Tural Qurbanov burada vərəqəlik heç nə görməyib. Nəinki qırmızı vərəqə, heç sarı vərəqə də göstərilməyib. Halbuki buna qədər sarı vərəqəsi olan Ronaldo ikinci "sarı" ilə də qovula bilərdi.
Maraqlısı odur ki, İnqilab Məmmədov bu epizodda cərimə zərbəsi təyin edib. Amma təhlükəli hücumun əllə qarşısının alınmasını ya görməyib, qeydə almayıb.
Həmin epizodun videosunu da təqdim edirik.
saytlarin hazirlanmasi
Baxış sayı:95
Bu xəbər 19 Oktyabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















