Icma.az
close
up
RU
Elm sahəsində innovativ texnologiyaların tətbiqi cəmiyyətin tərəqqisinə mühüm töhfə verir

Elm sahəsində innovativ texnologiyaların tətbiqi cəmiyyətin tərəqqisinə mühüm töhfə verir

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan ötən dövr ərzində regionun güclü və dinamik inkişaf edən dövlətinə çevrilib. Bu inkişafın təməlində iqtisadi islahatlar, infrastrukturların modernləşdirilməsi, insan kapitalına yatırımlar və digər amillər mühüm yer tutur. Prezident İlham Əliyevin təşəbbüsü ilə yüksək texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları sahələrində xüsusi proqramlar icra olunur, Azərbaycan öz süni peykini orbitə çıxararaq qlobal kosmik fəzada öz layiqli imzasını təsdiq edib. Eləcə də, ölkəmizdə innovasiya və startap ekosistemi formalaşdırılıb, dünyanın iri intellekt icması ilə sıx mübadilələr qurulub. Bütün bunlar yeni reallıqlar dövründə elm sahəsinin üzərinə də mühüm vəzifələr qoyur, sürətli transformasiya və texnoloji intibah əsrinə daha hazırlıqlı olmasını tələb edir”. Bu fikirləri Milli Məclisi deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş tədbirdə ölkəmizin elm ictimaiyyətinin qarşısında dayanan vəzifələr diqqət mərkəzində oldu. Prezident İlham Əliyevin tədbirdəki çıxışı sadəcə təbrik nitqi deyil, ölkəmizin yeni siyasi reallığında elmin rolunu müəyyən edən proqram xarakterli bəyanat idi. Məlumdur ki, Ulu Öndər Heydər Əliyev dövründən formalaşmış elmi məktəbin yaratdığı baza bugünkü irəliləyişin əsasını təşkil edir. Heydər Əliyevin bu sahəyə qayğısı elmin strateji inkişaf və islahatlar konsepsiyasının əsasını təşkil edib. Lakin indi qarşıda tamam fərqli tələblər, fərqli sürət və daha böyük məsuliyyət dayanır. Prezidentimiz tədbirdə xatırlatdı ki, Azərbaycan artıq işğaldan azad olunmuş, sərhədlərini möhkəmləndirmiş və beynəlxalq nüfuzunu bərpa etmiş bir dövrə qədəm qoyub. Bu şəraitdə elm, uzun illər ərzində ölkəyə təsir edən məhdudiyyətlər və itkilər olmadan, ilk dəfə inkişaf üçün geniş imkanlar əldə edib. Cənab Prezidentin əsas mesajı ondan ibarətdir ki, intellektual potensial artıq milli gücün aparıcı elementi kimi çıxış edir. Dövlətin qüdrəti təkcə təbii resurslarla deyil, texnoloji üstünlüklə, biliklərin səviyyəsi, innovasiyalar və elmi fikrin keyfiyyəti ilə ölçülür. Müasir dünyada qələbəni əhalinin sayı deyil, texnologiya təmin edir. Ölkənin uğuru isə elmi yaradıcılığın və araşdırmaların nəticələrindən asılıdır. Bu, “status naminə elm” modelindən imtina edib, elmi dövlət inkişafının praktiki alətinə çevirmək deməkdir. Müdafiə sənayesindən tutmuş rəqəmsal idarəetməyə, azad olunmuş ərazilərin təbii ehtiyatlarının öyrənilməsindən innovativ istehsal sahələrinə qədər bütün istiqamətlər elm tələb edir. Cənab Prezidentin də gözləntiləri budur ki, alimlərimiz elmi-texnoloji tərəqqinin sürəti ilə ayaqlaşmalıdır, elmi tədqiqatlar yalnız akademik məqsədlər üçün deyil, iqtisadiyyatın tərəqqisinə və cəmiyyətin rifahına yönəlmiş praktiki vasitələr kimi çıxış etməlidir. Elmin praktik nəticələri olmalıdır, iqtisadiyyatın sürətli inkişafına uyğun əlaqələndirmə, uzlaşma daha yüksək səviyyəyə çatmalıdır.

Millət vəkilinin sözlərinə görə, dövlət başçısının çıxışının mühüm hissəsi tarixi həqiqətin və elmi araşdırmaların strateji əhəmiyyətinə həsr olunmuşdu. Prezident Rusiya imperiyasının XX əsrin əvvəllərinə aid xəritələrinə istinad edərək, hazırkı Ermənistan ərazisinin azərbaycanlı toponimləri ilə göstərildiyini, Göyçə gölünün tarixən elə bu adla qeyd olunduğunu diqqətə çatdırdı. Bu faktlar sadəcə coğrafi məlumat deyil, alimlərə ünvanlanan çağırışdır: saxtalaşdırmanın qarşısını elmi əsaslarla almaq, tarixi gerçəklikləri sistemləşdirib dünya ictimaiyyətinə çatdırmaq, arxiv materiallarını diplomatiyada və humanitar siyasətdə istifadə etmək zəruridir. Bu baxımdan da elm ictimaiyyətinin üzərinə böyük vəzifələr düşür. Doğrudur, indiyədək bu istiqamətdə müəyyən işlər görülüb. Amma yeni çağırışlar alimlərimizi daha da səfərbər etməlidir.

Sevinc Fətəliyeva qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında ana dilimizin qorunması da xüsusi yer tutur. Belə ki, dövlət başçısı Azərbaycanın ədəbi dili ilə bağlı bildirdi ki, dil mədəniyyəti təkcə humanitar məsələ deyil, milli kimliyin təməlidir. Qloballaşma, informasiya kütləsinin artması və kommunikasiya vərdişlərinin dəyişməsi fonunda dilçilik elminin üzərinə həm araşdırma, həm qoruma, həm də təbliğ funksiyası düşür. Beləliklə, elm yalnız texniki deyil, həm də mədəni missiya daşıyır. Ona görə də, dilçi alimlərimiz, bütövlükdə cəmiyyətimiz ana dilimizin saflığını hər zaman qorumalıdır.

Ötən dövr ərzində Azərbaycan elminin inkişafi, o cümlədən AMEA-nın maddi-texniki bazasının gücləndirilməsi üçün dövlət başçısı tərəfindən vacib addımların atıldığını deyən deputatın sözlərinə görə, qanunvericilik bazasının yenilənməsi, müxtəlif dəstək proqramları hazırlanması, beynəlxalq elmi resurslara çıxışın təmin olunması və s. bunun göstəricisidir. Əlbəttə, maddi-texniki bazanın gücləndirilməsi vacib mərhələdir, lakin bundan sonra elm artıq təşəbbüskarlıq göstərməli, böyük həcmli dövlət layihələrində iştirak etməli və nəticə yönümlü fəaliyyət nümayiş etdirməlidir. Yəni, artıq konkret elmi məhsullar, praktiki töhfələr və iqtisadi-siyasi qərarlara bilavasitə təsir edən araşdırmalar tələb olunur ki, elm ictimaiyyəti yeni mərhələdə bu istiqamətdə fəaliyyətini güclənməlidir.

“Beləliklə, cənab Prezidentin nitqi elmi ictimaiyyət qarşısında bir sıra mühüm vəzifələri müəyyənləşdirdi. Bu da ondan ibarətdir ki, elmi nəticələr real iqtisadiyyata inteqrasiya etməli, texnoloji bazanın yaradılmalıdır. Eləcə də, müdafiə və kibertəhlükəsizlik sahələrində modernləşmədə iştirak, arxivlərin sistemləşdirilməsi, toponimlərin öyrənilməsi və tarixi faktların sənədləşdirilməsi kimi məsələlər strateji əhəmiyyət daşıyır. Eyni zamanda, gənc tədqiqatçıların elmə cəlb olunması, yeni elmi mühitin formalaşdırılması və nəsil dəyişikliyinin təmin edilməsi zəruri şərt kimi qeyd olunur. Bütün bu yanaşmalar göstərir ki, Prezident İlham Əliyevin çıxışı sadəcə, elm ictimaiyyətinə rəsmi təbrik deyildi. Bu çıxış, əslində, Azərbaycanın yeni elmi doktrinasıdır. Dövlət başçısının nitqində elmin gələcək inkişaf istiqamətləri, prioritet sayılan sahələr aydın ifadə olunur və müəyyənləşdirilir. Cənab Prezident faktiki olaraq Azərbaycan elmi üçün yeni çağırışları, milli hədəfləri formalaşdırıb. Bu da Azərbaycanda modernləşdirmənin hərəkətverici qüvvəsi olmaq, idarəetmədə bilik təminatını gücləndirmək, tarixi yaddaşı qorumaq və ölkənin texnoloji müstəqilliyini təmin edən təməl sütuna çevrilməkdən ibarətdir”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Noyabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see343

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see224

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see208

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see206

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see197

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see188

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see184

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see183

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see174

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see168

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see163

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see147

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see141

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri