Icma.az
close
up
RU
Azərbaycan Türkiyə Pakistan münasibətləri regionun tərəqqisinə böyük töhfə verir

Azərbaycan Türkiyə Pakistan münasibətləri regionun tərəqqisinə böyük töhfə verir

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin bir araya gəldiyi 2025-ci il Zirvə görüşü - təkcə siyasi və diplomatik akt deyil, tarixə, qardaşlığa və gələcəyə ünvanlanan milli-siyasi manifest idi. Prezident İlham Əliyevin çıxışı, bu görüşü bir çağırışdan çox, yeni bir strateji nizamın başlanğıcı kimi təqdim etdi: “Bugünkü Zirvə görüşü Azərbaycanın Müstəqillik Günündə, erməni işğalından azad edilmiş Laçında keçirilir. Bunun böyük rəmzi mənası var. Bugünkü Zirvə görüşü sayca ikincidir. Keçən ilin iyulunda Azərbaycan-Türkiyə-Pakistan birinci Zirvə görüşü keçirilmişdir. Əminəm ki, biz bu ənənəni davam etdirəcəyik. Ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır. Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında olmuşuq.” Bu rəmzi mənanı oxumaq üçün sadəcə hadisəyə baxmaq kifayət etmir – onun arxasında dayanan tarixi yaddaşı, geosiyasi mesajı və ideoloji ruhu anlamaq lazımdır.

Laçın həm də siyasi ağılın mədəniyyətlə tamamlandığı yer oldu. Zirvə görüşünün digər bir möhtəşəm istiqaməti isə mədəniyyətin və mənəviyyatın dövlət siyasətində yeri ilə bağlı idi. Zirvə görüşündə siyasi və hərbi güclə yanaşı mədəni əlaqələrə də xüsusi yanaşma oldu. Prezident İlham Əliyevin çıxışı bunu dolğun şəkildə əks etdirir: “Birgə mədəni tədbirlər, akademik tərəfdaşlıqlar və turizm əlaqələrinin fəallaşması xalqlarımız arasındakı bağları daha da gücləndirəcəkdir. Eyni zamanda, beynəlxalq platformalarda və təşkilatlarda həmrəyliyimiz gücümüzə güc qatır. Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), habelə D-8 kimi beynəlxalq platformalarda birgə səylərimizi daha da möhkəmləndirmək əzmindəyik. Həmçinin ölkəmizin ötən il D-8-in 11-ci Zirvə görüşü zamanı yekdilliklə bu təşkilatın üzvü seçilməsində göstərilən dəstəyə görə qardaş Türkiyəyə və qardaş Pakistana bir daha təşəkkür edirəm. Hörmətli həmkarlar, Azərbaycan hər zaman qardaş Türkiyənin və Pakistanın yanında olub.”
Azərbaycan, Türkiyə və Pakistan – fərqli etnik və dil kimliklərinə malik olsalar da, ortaq mədəni kodlara, İslam dəyərlərinə və ədalət prinsipinə əsaslanan dövlətlərdir. Bu ortaq kodlar – muğamdan sufilik fəlsəfəsinə, Mehter marşından aşıq ədəbiyyatına, Lahorun poeziyasından Bakının xalçasına qədər yumşaq güc alətləridir. Bu güc, informasiya dövründə sərhədsiz yayılma imkanına malikdir. Mədəniyyət bu dövlətlərin yumuşaq silahıdır – qəlbləri fəth edən qüvvədir. Ortaq film istehsalları, mədəni festival formatında beynəlxalq platformalar, birgə universitetlər və tələbə mübadilə proqramları üçlük ölkələrinin yumşaq gücünə institusional baza qazandıracaqdır. “Akademik tərəfdaşlıqlar xalqlarımızı yaxınlaşdıracaqdır.” Bu çağırış yalnız siyasətçilərə yox, mədəniyyət adamlarına, media mütəxəssislərinə və alimlərə ünvanlanmış strateji mesajdır. Təbii ki, inanc və sülh – mənəviyyatın siyasi gücü danılmazdır.
Prezident İlham Əliyevin Pakistan və Hindistan arasında gərginliklə bağlı dediyi sözlər, İslam dəyərlərinin diplomatiyadakı əhəmiyyətini ortaya qoydu: “Pakistan və Hindistan arasında son gərginliyi böyük narahatlıq hissi ilə, eləcə də sülhün və sabitliyin bərpa olunacağı ümidi ilə yaxından izlədik. Bu gərgin dönəmdə ilk gündən Pakistanla həmrəyliyimizi açıq şəkildə ifadə etdik. Münaqişənin dialoq və sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan həllini dəstəkləyirik”.
Azərbaycan, Türkiyə və Pakistan bu səsi dünyaya həm ağılla, həm qəlblə, həm də ruhla çatdırır. Ən əsası isə Laçın görüşü, təkcə təqvimdə bir tarix deyil.

Rüstəm Nağıyev
YAP Gədəbəy rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 İyun 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri