Rusiyada teleaparıcıya qarşı “xarici agent işi“ üzrə çıxarılmış hökm ləğv olundu
Icma.az, Moderator.az saytına istinadən bildirir.
Moskva Şəhər Məhkəməsi teleaparıcı Tatyana Lazareva barəsində xarici agent kimi öhdəliklərini yerinə yetirməkdən yayınması ittihamı ilə çıxarılmış qiyabi hökmü ləğv edib.
Moderator.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Məhkəmə işi yenidən baxılması üçün müvafiq instansiyaya göndərib.
Qeyd edək ki, 2025-ci il oktyabrın 7-də Moskvanın Presnenski Rayon Məhkəməsi terrorizmə haqq qazandırmaq iddiası üzrə əvvəlki hökmü də nəzərə alaraq, Lazarevanı qiyabi qaydada yeddi il müddətinə azadlıqdan məhrum etmişdi.
Sonradan onun vəkili Leonid Solovyov bildirib ki, prokurorluq hökmün ləğvini tələb edib. Buna səbəb rayon məhkəmələrinin Rusiya Cinayət Məcəlləsinin 330.1-ci maddəsi (xarici agentin öhdəliklərindən yayınma) üzrə işlərə baxmaq səlahiyyətinin olmamasıdır. Müdafiə tərəfi də həmin maddənin konstitusiyaya və beynəlxalq hüquq normalarına zidd olduğunu əsas gətirərək apellyasiya şikayəti verib.
Xatırladaq ki, Tatyana Lazareva 2022-ci ilin fevralında Ukraynada aparılan xüsusi hərbi əməliyyatı pislədikdən sonra ailəsi ilə birlikdə Rusiyanı tərk edib və hazırda İspaniyada yaşayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 04 Fevral 2026 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















